Məhkəmə qərarları › İş №3(012)-2019/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2019/2023

04.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2019/2023 04.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Məmmədov Elman Tofiq oğlunun, Məhkəmə iclasının katibi Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi ilə, İnzibati tənbeh vermə barədə protokol vermiş şəxs Abşeron rayon Polis İdarəsinin İTŞ-nin polis sahə rəisi, polis mayoru X1, Zərərçəkmiş şəxs Aslan oğlunun, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Müdafiəçisi Abşeron rayon vəkil bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Masazır kəndində yaşayan Şəxs barəsində Abşeron rayon Polis İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 13 oktyabr 2023-cü il tarixdə Abşeron rayonu, Masazır kəndi, S.Rəhimov küçəsində yerləşən vətəndaş Zərərçəkmiş şəxs Aslan oğlunun evindən 1 ədəd 60 manat dəyərində drel və 1 ədəd fincan dəsti talamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Abşeron rayon Polis İdarəsinin İTŞ-nin polis sahə rəisi, polis mayoru X2 izahatında göstərdi ki, Abşeron Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı polis kapitanı Mahir Nurəliyev tərəfindən aparılmış təhqiqat araşdırması zamanı Zərərçəkmiş şəxs Aslan oğluna qarşı törədilmiş oğurluq əməlində inzibati xətanın tərkibi müəyyən edilmişdir. Təhqiqat zamanı bu şəxs müəyyən edilməsə də, inzibati araşdırma zamanı həmin oğurluq əməlinin Şəxs tərəfindən törədildiyi müəyyən olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə adını sonradan bildiyi Abşeron rayonu, Masazır kəndi, S.Rəhmov küçəsində yerləşən Zərərçəkmiş şəxs Aslan oğluna məxsus fərdi yaşayış evindən ümumilikdə 60 manat dəyərində 1 ədəd drel və 1 ədəd fincan dəstini oğurlayıb aparmışdır. Sonradan taladığı drel və fincan dəstini tanımadığı şəxsə 30 manata satmışdır. O, əməlindən peşmandır. Himayəsində 02 azyaşlı uşağı vardır. Məhkəmə iclasında çıxış etmiş Zərərçəkmiş şəxs ona məxsus fərdi yaşayış evindən Şəxs tərəfindən ümumilikdə 60 manat dəyərində 1 ədəd drel və 1 ədəd fincan dəstinin oğurlanmışdır. Ona dəymiş ziyanın ödənilməsini tələb edir, Şəxs şikayətçidir. Məhkəmə iclasında müdafiəçi Vəkil hüquqlarını müdafiə etdiyi Şəxs əməlindən peşman olmasını bildirərək, barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, prosess iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanılmış sənədləri nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin dəfələrlə inzibati məsuliyyətə cəlb olunmasını, onun təqsirinin dərəcəsini nəzərə alıb, barəsində həbs növündə inzibati tənbehin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 4 saat olmaqla, cəmi 12 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməldir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 30 gün müddətinə həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən saat 18:30-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Abşeron rayon Polis İdarəsinin Müvəqqəti Saxlanma Yerinə həvalə edilsin. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 2 saat olmaqla, cəmi 12 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar