Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-2019/2025 28.08.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızı, X1 Bakı şəhər X4 İdarəsi tərəfindən qəbul edilmiş 18 iyul 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətinin baxılmağa hazırlanması zamanı M Ü Ə Y Y Ə N E T D İ M: Şikayət və ona əlavə edilmiş sənədlərə əsasən X2 xx.xx.2025-ci il tarixində, saat 18:34-də Xətai rayonu, Y.Səfərov küçəsi ərazisində “BMW 740 İ M SPORT PACKAGE HİBRİD” minik markalı, 77AE969 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən 327.1-1.5.9, 5.10.1-5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsi nəticəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 100 manat məbləğində cərimə edilməsi haqqında tənbeh növü tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir. Şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən şikayət geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1 və 129.1.3cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” 04 noyabr 2020-ci il tarixli qərarında göstərilmişdir ki, qanunverici tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Göründüyü kimi, qanunvericilik səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət vermə qaydasını fiziki şəxsə münasibətdə fiziki şəxsin yaşayış yeri, hüquqi şəxsə münasibətdə isə hüquqi şəxsin ünvanının olduğu yer üzrə müəyyən etsə də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” 04 noyabr 2020-ci il tarixli qərarında göstərmişdir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydalara əsasən veriləməlidir. İş materiallarından görünür ki, sözügedən material üzrə törədilməsi ehtimal edilən inzibati xəta hadisəsi Bakı şəhəri Xətai rayonu ərazisində baş vermişdir,şəxsin yaşayış yeri isə Yasamal rayonudur Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 132.1 və 131.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aid olubolmaması həll edilir. Beləliklə, təsvir olunanlara əsasən hesab edirəm ki, Bakı şəhər X4 İdarəsi tərəfindən qəbul edilmiş 18 iyul 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət geri qaytarılsın. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3, 132.1.1 və 132.2-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: X1 Bakı şəhər X4 İdarəsi tərəfindən qəbul edilmiş 18 iyul 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Hakim Firuzə Kərimova
Məhkəmə qərarları › İş №3(012)-2019/2025
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-2019/2025
28.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver