Məhkəmə qərarları › İş №3(012)-2020/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2020/2021

17.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2020/2021 17.12.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızı, Vəliyeva Nərmin Elçin qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi, polis mayoru X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və vəkili Xırdalan şəhər vəkil bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1977-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 6 ünvanında yaşayan Şəxs barəsində Abşeron Rayon Polis İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İXMnin 232-1 və 157-ci maddələri ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi, polis mayoru X2 tərəfindən tərtib edilmiş protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi, polis mayoru X2 bildirdi ki, Şəxs 04.12.2021-ci il tarixdə, saat 23 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Koroğlu küçəsində 22 saylı fərdi yaşayış evinin həyətində Şəxs keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qəsdən S.Abışovanın sifət nahiyəsinə qəsdən sillə ilə vuraraq sağlamlığına zərər vurmayan xəsarət yetirməklə döymüşdür. İş materiallarında olan MN ******* saylı protokoldan görünür ki, Şəxs oğlu 04.12.2021-ci il tarixdə, saat 23 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Koroğlu küçəsində 22 saylı fərdi yaşayış evinin həyətində Şəxs keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qəsdən S.Abışovanın sifət nahiyəsinə qəsdən sillə ilə vuraraq sağlamlığına zərər vurmayan xəsarət yetirməklə döymüşdür. Bundan başqa iş materiallarında olan MN ******* saylı protokoldan görünür ki, 30.11.2021-ci il tarixdə Xırdalan şəhəri, Koroğlu küçəsi keçmiş həyat yoldaşına məxsus evdə şüşəni sındıraraq Samirə Abışovaya ziyan vurmuşdur. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1 və 157-cı maddələri ilə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs inzibati xəta törətməkdə özünü qismən təqsirli bilərək izahatında bildirdi ki, 2009-cu ildə ailəsindən boşanmışdır. Keçmiş arvadı Zərərçəkmiş şəxs ilə aralarında dəfələrlə mübahisə olmuş. Hazırda məzhkəmədə cinayət işinə baxılır. Vüsal adlı tanışı ona kirayə qaldığı evdən çıxdığını, qalmağa yeri olmadığını bildirmişdir. O, Vüsala ev tapana qədər onun evində qalmasını demiş, bunun müqabilində sonuncudan 50 manat almışdır. Təxminən 15 gündür Vüsal onun evində onunla birlikdə qalır. Samirənin məqsədi onu evdən çıxarmaq və evi ələ keçirməkdir.Bu səbəbdən onun yanında kənar şəxslərin qalmasını görəndə həmişə onunla mübahisə edir. 04 dekabr 2021-ci il tarixdə günorta saatlarında işi olduğu üçün evdən çıxıb getmişdir. Vüsal isə evdə qalmışdır. Axşam saat 24 radələrində evə gələndə Samirənin evə gəldiyini görmüşdür. Samirə onunla yenə mübahisə edərək evdə kənar adamların olduğunu bildirmişdir. Samirə onun ünvanına nalayiq ifadələr işlətdiyi üçün Samirəni evdən qovmuşdur.Həmin vaxt Samirə ona əl-qol atdığı üçün saçından tutub həyətdən çıxardıb qapını içəridən bağlamışdır. Samirənin telefonla DİN-nin 102 xidmətinə məlumat verdiyini eşitmişdir. O, evə keçib içəridə yatmışdır. Sonra Samirənin polis əməkdaşları ilə evə gəldiyini görmüşdür. Samirə polislərə onun tərəfindən döyülməsini və evə iki nəfər şəxsi gətirib narkotik vasitə qəbul etməsi barədə şikayət etdiyi üçün polis əməkdaşları məni polis idarəsinə gətirmişlər. Evində qalan Vüsal adlı oğlandır. Vüsalın tanışı onun paltarlarını gətirmiş, gec olduğu üçün onun yanında qalmışdır. Həmin şəxsi tanımır. Vüsal və onun yanında olan şəxs narkotik vasitə qəbul etməyiblər. Samirə qərəzli olaraq onun barəsində şikayət etmişdir. O, Samirəni vurmamış, yalnız saçından tutub həyətdən çıxarmışdır. Eyni amanda qeyd edir ki, o, qeyd olunan ünvanda yaşayır, Samirənin əmlakına isə ziyan vurmamışdır. Ona görə də məhkəmədən onun barəsində Azərbaycan Respublikası İXMnin 232-1-ci maddəsi ilə isə tərkib olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili Xırdalan şəhər vəkil bürosunun vəkili Vəkil hüquqlarını müdafiə etdiyi şəxsə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə yüngül cəza təyin edilməsini, Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə isə tərkib olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs bildirdi ki, şikayət etdiyi şəxs keçmiş həyat yoldaşı Şəxsdur. O, Şəxslə 2007-ci ildə rəsmi nigaha daxil olaraq ailə qurmuş, lakin Ruslan tüfeyli həyat tərzi keçirdiyi, narkotik aldudəçisi olduğuna görə sonuncudan 2019-cu ildə rəsmi olaraq boşanmışdır. Boşanmalarına baxmayaraq Xırdalan şəhərində Koroğlu küçəsində ev 22 ünvanında yaşamışlar. Ruslan hər gün evə yad kişiləri gətirib evdə onu narahat etdiyindən onunla birlikdə yaşaya bilməyəcəyini görüb azyaşlı oğlu ilə anasının yaşadığı ünvana köçmüşdür. Ruslanın yaşadığı ev ona məxsusdur. O, dəflərlə Ruslanla evinə başqa şəxsləri gətirməsi və orada qalmaları ilə bağlı mübahisələri olmuşdur. Hətta Ruslanın onu döyməsi ilə bağlı məhkəmədə sonuncuya cəza verilmişdir. Hazırda isə Ruslanın narkotik vasitə istifadə etməsi ilə bağlı Abşeron rayon məhkəməsində cinayət işinə baxılır. Buna baxmayaraq Ruslan öz əməllərindən əl çəkmir yenə də ona məxsus evə tanımadığı şəxsləri gətirir. 04 dekabr 2021-ci il tarixdə saat 23 radələrində Xırdalan şəhərində yerləşən evinə gələndə orada iki nəfər tanımadığı şəxslərin olduğunu görmüşdür. Sonra Ruslan evə gələndə sonuncu ilə tanımadığı şəxsləri evinə gətirib yerləşdirməsi səbəbindən mübahisə etmişdir. Həmin vaxt Ruslan onunla mübahisə edib evin həyətində sifətindən sillə vurmuş və saçından tutub küçəyə çıxarmışdır. Bu səbəbdən mən DİN-nin 102 xidmətinə məlumat vermişdir. Ruslanın onu vurması nəticəsində sifəti göyərmiş və saçının dibi zədələnmişdir. Sonda Şəxs oğlu barəsində müvafiq inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. İş materiallarına əlavə olunmuş 11 dekabr 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan aydın olur ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmiş, onun barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tədbirlərinin tətbiq edilməsi üçün qərarın surətinin aidiyyəti üzrə Abşeron RPİ-nin İTŞ-nə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan 09.12.2021-ci il tarixli, 2936 nömrəli rəyindən görünür ki, 1981ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində aşkar olunmuş xəsarət- alt çənə nahiyəsinin qançırı küt əşyanın təsirindən müayinədən 1- 2 gün əvvəl törənmişdir, yetirilmə müddəti qərarda göstərilən 04.12.2021-ci il tarixinə uyğun gəlir və sağlamlığı zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi, zərərçəkmiş şəxsi və inzibati xəta haqqında icraat aparılan şəxsi dinləyərək, məhkəmə hesab edir ki, Şəxs inzibati xətanı törətməsində təqsiri işdə iştirak edən şəxslərin izahatları və iş üzrə toplanmış digər sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə məsuliyyəti nəzərdə tutur. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinin tərkib hissəsi olmadığından iş üzrə icraata xitam verilməlidir. Məhkəmə hesab edir ki, inztibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Şəxs İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün əsas vermir. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə inzibati xəta kimi nəzərdə tutulmuşdur. Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tətbiq edilməlidir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə inzibati xətadır, həmin xətanın törədilməsi inzibati məsuliyyətə səbəb olur. Məhkəmədə müəyyən edilmişdir ki, 04.12.2021-ci il tarixdə, saat 23 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Koroğlu küçəsində 22 saylı fərdi yaşayış evinin həyətində Şəxs keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qəsdən S.Abışovanın sifət nahiyəsinə qəsdən sillə ilə vuraraq sağlamlığına zərər vurmayan xəsarət yetirməklə döymüşdür. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirliyi özünün və zərərçəkmiş şəxsin izahatı və işin digər materialları ilə məhkəmədə sübuta yetirilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Adı çəkilən Məcəllənin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Şəxs həbs növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İnzibati xətanı törətmiş şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 -ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona, 15 (on beş) gün müddətinə həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli 16 dekabr 2021-ci il, saat 20:00 dəqiqədən hesablansın. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 4 saat olmaqla, cəmi 24 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın icrası Qərarın icrası Abşeron rayon Polis idarəsinə həvalə edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar