Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2023/2021 30.12.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 oğlunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" MTK-nın direktoru Şəxs, tələbkar Azərişıq ASC-nin nümayəndəsi X1 iştirakları ilə, xx.xx.1961-ci il tarixdə İmişli rayonu, Əlipənahlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər barəsində inzibati tənbeh tətbiq olunmamış, İmişli rayonu, Q.İsmayılzadə küçəsi, ev 40 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan "xxxx" MTK-nın direktoru Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Abşeron Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş 17 dekabr 2021-ci il tarixli inzibati xəta haqqında MN ******* saylı protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-39/2021 saylı, 17.12.2021-ci il tarixli qərarı üzrə 12.494 manat və 30 manat dövlət rüsumu ödəməməklə qətnaməni tam şəkildə icra etməmişdir. Məhkəmə iclasında Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 bildirdi ki, Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-39/2021 saylı, 17.12.2021-ci il tarixli icra sənədinin 04.05.2021-ci il tarixdə icraatına başlanılmış, borcluya bildiriş göndərilmiş, müxtəlif icra hərəkətləri aparılmışdır. Borclu "xxxx" MTK-nın direktoru Şəxs borcunu ödəməkdən yayınmasının üzrsüz səbəbdən olduğu müəyyən edildiyindən barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" MTK-nın direktoru Şəxs izahat verərək bildirdi ki, Sumqayıt Kommersiya Məhkəməsinin 2(119)-39/2021 saylı, 17.12.2021-ci il tarixli icra sənədinin 04.05.2021-ci il tarixdə icraatına başlanılmışdır. Qətnamə üzrə borcun ödənilməsi üçün şirkətin hesabında pul yoxdur. Ona görə də yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş tələbkar Azərişıq ASC-nin nümayəndəsi X3 borclu şəxs barəsində inzibtai tənbeh təyin edilməsini xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və sahə rəisini dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla "xxxx" MTK-nın direktorunun inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. İş materiallarında olan 28.01.2021-ci il tarixli 2-2(119)-39/2021 saylı icra sənədinə əsasən cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativindən istifadə edilmiş elektrik enerjisi üzrə yaranmış 12494 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçı Azərişıq ASC-yə verilməsi qət edilmişdir. İş materiallarında olabn 04.05.2021-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, borcluya könüllü icra müddəti verilmişdir. İş materiallarında olan 14 iyun 2021-ci il tarixli qərardan görünür ki, borclunun bank hesablarına həbs qoyulmuşdur. İş materiallarında olan "xxxx" Mənzil Tikinti Kooperativinin bankdakı hesabları Azərbaycan Beynəlxalq Bankının Xırdalan filialında 25.01.2017-ci il tarixdə, Səbail filialında isə 21.04.2014-cü il tarixdə bağlanmışdır. İş materiallarında olan sənədlərdən görünür ki, "xxxx" Mənzil Tikinti Kooperativinin qanuni təmsilçisi və sədri Şəxsdur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, "xxxx" Mənzil Tikinti Kooperativindən Şəxs şəxsiyyətini, şirkətin əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 17-ci maddəsinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyridövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Məhkəmədə "xxxx" Mənzil Tikinti Kooperativinin təmsilçisi və sədri Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, "xxxx" Mənzil Tikinti Kooperativinin təmsilçisi və sədri Şəxs cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: "xxxx" Mənzil Tikinti Kooperativinin təmsilçisi və sədri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 1500 (bir min beş yüz) manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-2023/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2023/2021
30.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver