Məhkəmə qərarları › İş №3(012)-2037/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2037/2024

03.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2037/2024 03.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qubanova Səkinə Nadir qızının katibliyi, İnzibati protokol tərtib etmiş şəxs Abşeron RPİ-nin İTŞ-nın sahə rəisi, polis kapitanı X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1998-ci il tarixdə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, "xxxx" MMC-nin rəhbəri işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Abşeron rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs polisin tələbini yerinə yetirmədiyinə və polisin qanuni tələblərinə tabe olmadığına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Abşeron RPİnin İTŞ-nın sahə rəisi, polis kapitanı X2 tərəfindən tərtib edilmiş MN ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Abşeron RPİ-nin İTŞ-nın sahə rəisi, polis kapitanı X2 bildirdi ki, xx.xx.2024-cü il tarixdə BDYP-nin Ekologiya postunda avtomobilin saxlanılması əsasında orada polisin qanuni tələblərinə qəsdən tabe olmadığından Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında dindirilən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında özünü təqsirli bilmədi. Bildirdi ki, ona məxsus Kia Optima markalı, **-FX- *** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur, sürücüsü o olmadığı halda saxlanılmışdır. Nəqliyyat vasitəsini götürmək istədikdə ona bildirilmişdir ki, avtomobili cərimə meydançasındadır, cəriməni ödədikdən sonra avtomobili götürə bilər. O da cərimə meydançasına getdikdə avtomobili sürən şəxsin qaçdığını, avtomobildən narkotik vasitə aşkar olunduğunu demişlər. Həmin vaxt qaydalara riayət edilmədiyini bildirmiş, avtomobilin ona qaytarılmasını istəmişdir. Lakin avtomobili ona qaytarılmamışdır. Oradan çıxandan sonra 102 xidmətinə zəng edərək şikayət etmişdir. Polis əməkdaşı ona zəng edərək ondan Vüsal, ya İlkin olduğunu soruşmuşdur. O da cavabında Şəxs olduğunu, heç bir inzibati xəta törətmədiyini, maşınını istədiyini demişdir. Onu Ekologiya postuna çağırmışlar. Ora gedən zaman onun ayağına təpik atmışlar. Lakin həmin vaxt polisə qarşı heç bir qanuna zidd hərəkət etməmişdir. Onu təhqir etdikdən, təzyiq göstərdikdən sonra o da dözə bilməyərək özünü müdafiə etmək üçün polisi təhqir etmişdir. Bu zaman daha iki nəfər polis əməkdaşı gəlmiş, onu aparmışlar. İlkin və İslam adlı şəxs ona məxsus MMC-nin işçiləridi. Hər ikisinə nəqliyyat vasitəsini idarə etmək üçün etibarnamə vermişdir. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin barəsində inzibati xəta haqqında iş üzrə başlanmış icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən BDYP Ekoloji Nəzarət üzrə YPXB-nın inspektoru, polis baş serjantı X3 izahatında göstərdi ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs qardaşı İslam narkotik vasitə istifadəçisidir. Onun tərəfindən həmin şəxs **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının İXM-nin 333.1.1-ci maddəsi ilə protokol tərtib etmişdir. Avtomobilin 700 manata yaxın cəriməsi olduğu üçün duracağa yerləşdirilmişdir. X4 Ekologiya postuna yaxınlaşmış, özünü İlkin adı ilə təqdim etmiş, avtomobilin ona məxsus olduğunu, aparmaq istədiyini bildirmişdir. Ondan şəkilli sənəd təqdim etməsi tələb olunmuş, həmin vaxt səs-küy salıb çıxıb getmişdir. xx.xx.2024-cü il tarixdə yenidən gəlmiş, özünü yenidən İlkin Kərimov kimi təqdim etmişdir. Ona yalan danışmaması ilə bağlı xəbərdarlıq olunduqda da səs-küy salmış, polis əməkdaşlarını təhqir etmişdir. Ona dəfələrlə xəbərdarlıq olunsa da, polis əməkdaşlarına tabesizlik göstərmişdir. Azərbaycan Respublikasının İXM-nin 12.1-ci maddəsinə əsasən, Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmədə işin araşdırılan hallarından müəyyən olunmuşdur ki, Şəxs polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Qeyd edilənlərə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin dispozisiyası ilə nəzərdə tutulmuş tərkib əlamətləri mövcuddur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirliyi protokol tərtib etmiş şəxsin, şahidin məhkəmədə verdiyi izahat və işin digər materialları ilə məhkəmədə sübuta yetirilir. Onun törətdiyi əməl Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikasının İXM-nin 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 535.1-ci maddəsinin sanksiyasında fiziki şəxslərə 200 manat miqdarda cərimə və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, əməlin ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Şəxs oğluna inzibati həbs növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Bununla yanaşı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğluna məhkəmə iclasında 03 (üç) saat olmaqla, cəmi 18 (on səkkiz) manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 08 (səkkiz) gün inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli xx.xx.2024-cü il, saat 18:00-dan hesablansın. Qərarın icrası Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğluna məhkəmə iclasında 03 (üç) saat olmaqla, cəmi 18 (on səkkiz) manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar