Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2038/2020 01.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili Vəkil, Azərbaycan Respublikası Baş Prokurorluğunu məhkəmədə Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas X1 iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, “Qarabağ FK” futbol klubunun mətbuat katibi işləyən, əvvəllər məhkum edilməmiş, Abşeron rayonu, Masazır qəsəbəsi, İstiqlaliyyət küçəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının Baş Prokurorluğundan daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 388-1.1.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Azərbaycan Respublikasının Baş Prokurorluğundan inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə Ermənistan Respublikasının hərbi qüvvələri tərəfindən Bərdə rayonunun mərkəzinə atılmış raket nəticəsində həyatını itirmiş azyaşlı uşağın şəklini gördükdən sonra əsəbiləşərək “Facebook” sosial şəbəkəsindəki şəxsi hesabından paylaşım etmişdir. Paylaşımda uşaq, qadın, yaşlı olmasına fərq qoymadan erməni millətinə mənsub olan şəxslərin qətl edilməsi mövzusunda çağırışlar etmişdir. Daha sonra, qısa zaman keçdikdən sonra həmin paylaşımı könüllü olaraq silmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 388-1.1.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törədilmişdir. Şəxs barəsində həmin maddə ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış və baxılması üçün aidiyyəti üzrə Abşeron rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmədə çıxış etmiş Azərbaycan Respublikasının Baş Prokurorluğunun cinayət təqibondən kənar icraatlar idarəsinin prokuroru, İİ dərəcəli hüquqşunas X3 bildirdi ki, Şəxs Şəxs xx.xx.2020-ci il tarixdə Ermənistan Respublikasının hərbi qüvvələri tərəfindən Bərdə rayonunun mərkəzinə atılmış raket nəticəsində həyatını itirmiş azyaşlı uşağın şəklini gördükdən sonra əsəbiləşərək “Facebook” sosial şəbəkəsindəki şəxsi hesabından paylaşım etmişdir. Paylaşımda uşaq, qadın, yaşlı olmasına fərq qoymadan erməni millətinə mənsub olan şəxslərin qətl edilməsi mövzusunda çağırışlar etmişdir. Daha sonra, qısa zaman keçdikdən sonra həmin paylaşımı könüllü olaraq silmişdir. Şəxs barəsində Azərbaycan Respublikasının İXM 388-1.1.1-ci maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Şəxs özünü təqsirli bilərək, xx.xx.2020-ci il tarixdə Ermənistan Respublikasının hərbi qüvvələri tərəfindən Bərdə rayonunun mərkəzinə atılmış raket nəticəsində həyatını itirmiş azyaşlı uşağın şəklini gördükdən sonra əsəbiləşdiyi üçün “Facebook” sosial şəbəkəsindəki şəxsi hesabında “Erməniləri öldürməliyik. Uşağını, qadınını, yaşlısını fərqi yoxdur necə bacarırıqsa, kim gəldi öldürməliyik. Yazığımız gəlməməlidi, acımamalıyıq. Öldürməsək bizi və övladlarımızı öldürəcəklər. Necə ki, 120 ildən çoxdur bunu edirlər. Difaini bərpa etmək, hətta killer dəstəsi yaratmaq lazımdır. Abdullah Çatlılar yetişdirməliyik, İsrail kimi yerin deşiyindən tapıb çıxarıb cəzalandırmalıyıq. Bunlarla qanunla danışmaq alınmayacaq. Türkiyə neçə ildir çalışdı, alınmadı, axırda başa düşdükləri dildə rəftar edəndən sonra ağıllandılar. Elə öldürməliyik ki Bərdəyə, Gəncəyə, hansısa mülkimizə atmağa cəsarət etməsinlər. Bilsinlər ki, birimizi vursalar yüzünü vuracağıq, vurmalıyıq. Kimsə mənə humanizimdən, onlara bənzəməməkdən danışmasın. Od düşdüyü yeri yandırar. Gəncədə, Bərdədə körpəsini məzara qoyan atanın yanğısı onlara bənzəməməklə soyuda bilməzsiniz Sonuncusuna qədər öldürməliyik...Sonuncusuna qədər” məzmunda status paylaşmışdır. Belə ki, onun 4 yaşında qızı var və Bərdəyə atılmış raket nəticəsində ölmüş uşağın şəklini görəndə hiddətləndiyi üçün əsəbi halda həmin statusu yazmışdır. Sakitləşdikdən sonra yazdıqlarının ölkənin vətən müharibəsi apardığı məqamda birmənalı qarşılanmayacağına görə statusu silmişdir. Statusda yazılanlar emosional halətdən doğan bir hiss, yazdıqları isə birbaşa olaraq şəxsi düşüncəsi olmuş və tutduğu vəzifə, eləcə də, çalışdığı qurumla hər hansı əlaqəsi yoxdur. Məhkəmə iclasında çıxış etmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili Vəkil Şəxs ilk dəfə inzibati xəta törətməsini və himayəsində azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. İnzibati xəta haqqında iş materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi, onun müdafiəçisini və Cinayət təqibindən kənar icraatlar idarəsinin prokurorunu dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 388-1.1.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası qanununun 13-2.3-cü bəndinə əsasən internet informasiya ehtiyatının və onun domen. adının sahibi və ya informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi yayılması qadağan edilən informasiyanın, o cümlədən zorakılığın və dini ekstremizmin təbliğinə dair məlumatlar, milli, irqi və ya dini nifrət və düşmənçiliyin salınmasına, dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına, hakimiyyətin zorla ələ keçirilməsinə və ya saxlanmasına, kütləvi iğtişaşların təşkil edilməsinə yönələn açıq çağırışların informasiya ehtiyatında (informasiya-telekommunikasiya şəbəkəsində) yol verməməlidir. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi tərəfindən internet informasiya ehtiyatında yerləşdirilməsinə yol verilməsinə görə Azərbaycan Respublikası İXM-in 388- 1.1-ci maddəsi ilə inzibati məsuliyyət nəzərdə tutulur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsinə əsasən informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq edilir, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32.1.1-ci maddəsinə əsasən törətdiyi əməli səmimi etiraf etməsini və ilk dəfə inizbati xəta törətməsini Şəxs məsuliyyətini yüngülləşdirən hallar hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona, 500 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Abşeron rayon icra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-2038/2020
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2038/2020
01.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver