Məhkəmə qərarları › İş №3(012)-2038/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2038/2021

20.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2038/2021 20.12.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Nəcəfova Şövkət Hüseyn qızı, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, İnzibati protokol tərtib etmiş şəxs Abşeron RPİ-nin Saray PB-nin icra məmuru X2 barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Abşeron rayonu, Saray qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Abşeron rayonu, Saray qəs, M.Hüseynzadə küç, ev 24-də qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Abşeron rayon Pİ-nin X8 daxil olmuş inzibati xəta haqqında işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 206-cı və 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında tərtib edilmiş protokollar Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında dindirilmiş, inzibati xətanın törədilməsi haqqında protokol tərtib etmiş şəxs Abşeron rayon Pİ-nin X9 sahə rəisi, polis mayoru X5 protokolda qeyd olunanları təsdiq edərək bildirdi ki, 18.12.2021-ci il tarixdə saat 22 radələrində Abşeron rayonu, Saray qəsəbəsi, Qasım bəy Zakir küçəsində yaşayan X1 P-nə ərizə ilə müraciət edərək əri Şəxs onu döydüyünü və iki yaşlı oğlunu onun əlindən alıb geri qaytarmadığını bildirmişdir. Polis əməkdaşları hadisə yerinə getmiş və onu nizam-intizama dəvət etsələr də, o bunların heç birinə məhəl qoymamış, polis avtomobilində əyləşən şikayətçiyə hücum etmiş, nalayiq sözlər işlətmiş, polis avtomobilinin qapısına yumruq vurub əzmiş, polisin tələblərinə əməl etməmişdir. Beləliklə o, polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Daha sonra o, saxlanılaraq Abşeron RPİ-nin Saray PB-nə gətirilmiş, onun polis bölməsində özünü qeyrisəmimi aparması onun narkotik vasitə qəbul etməsində şübhə doğurmuşdur. Respublika Narkoloji Mərkəzinin 19.12.2021-ci il tarixli, A/1289 saylı narkotik sərxoşluq vəziyyətinin narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi haqqında akt ilə Şəxs narkotik vasitə qəbul etməsi faktı aşkar olunmuşdur. Bununla da Şəxs, Azərbaycan Respublikası İXM-nin 206 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs ifadəsində bildirdi ki, 18.12.2021-ci il tarixdə saat 22 radələrində Abşeron rayonu, Saray qəsəbəsi, Qasım bəy Zakir küçəsində yaşadığı evdə arvadı İ.Süleymanova ilə aralarında mübahisə düşmüş, arvadı 102 xidmətinə zəng edərək ondan şikayət etmişdir. Hadisə yerinə gələn polis əməkdaşları onu nizam-intizama dəvət etsələr də, o, əsəbi olduğu üçün polisin qanuni tələblərinə tabe olmamış, burada özünü səmimi aparmamış, bu səbəbdən də polis əməkdaşları onu həkim müayinəsinə dəvət etmişlər. Həkim onu müayinə etdikdən sonra narkotik vasitələrdən istifadə etdiyini bildirmişdir. Sonra o, Saray Polis İdarəsinə aparılmış, izahatı alınmışdır. Sonda o, törətdiyi əməldən səmimi peşman olduğunu və bir daha belə hallara yol verməyəcəyini bildirərək, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X6 hüquqlarını müdafiə etdiyi şəxsin himayəsində bir azyaşlı uşağının olmasını əsas gətirərək barəsində həbslə əlaqədar olmayan inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan 18.12.2021-ci il tarixli, MN ******* saylı və 18.12.2021-ci il tarixli. MN ******* saylı protokollardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXMnin 206-cı və 535.1 maddəsi ilə inzibati xəta haqqında protokollar tərtib edilmişdir. İş materiallarında olan 18.12.2021-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 18 dekabr 2021-ci il tarixdə saat 23:30-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan 19.12.2021-ci il tarixli, A/1289 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs narkotik vasitə qəbul etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 206 və 535.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikasının İXM-nin 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən bir şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda eyni orqan tərəfindən baxıldıqda, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 206-cı maddəsinin sanksiyasında, qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 535.1-cı maddəsin əsaəsn Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs səmimi peşmançılığını Azərbaycan Respublikasının İXM-nin 33.1.1-ci maddəsinə əsasən iş üzrə məsuliyyətini yüngülləşdirən hal hesab edirəm. Şəxs məsuliyyətini ağırlaşdıran hal yoxdur. Hesab edirəm ki, Şəxs həbs növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında 3 saat olmaqla, cəmi 18 (on səkkiz) manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Xırdalan şəhər Vəkil Bürosunun vəkili X4 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206, 535.1-ci maddələri ilə təqsirli bilinib ona 20 (iyirmi) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbil edilsin. İnzibati qaydada həbs etmənin əvvəli 18.12.2021-ci il tarixdən, saat 23:30-dan hesablansın. Qərarın icrası Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında 3 saat olmaqla, cəmi 18 (on səkkiz) manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Xırdalan şəhər Vəkil Bürosunun vəkili X4 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar