Məhkəmə qərarları › İş №3(012)-2038/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2038/2025

16.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2038/2025 16.09.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Rəcəbova Samirə Məmməd qızının katibliyi, X1, Qərarından şikayət etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X17 İdarəsinin nümayəndəsi X4, X7 və protokol tərtib edən Bakı şəhər DYPİ-nin moyoru X3 və X1 vəkilinümayəndəsi X5 iştirakı ilə, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 327.4-cü maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X17 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərarın ləğv edilməsi barədə şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: X10 şikayət ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X17 İdarəsi tərəfindən qəbul edilmiş onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə tənbeh edilərək 150 manat məbləğində cərimə edilməsinə dair xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X17 İdarəsinin əməkdaşı, polis mayoru Arzumanlı Arzuman tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə 18 iyul 2025ci il tarixli TP seriyalı ******* saylı qərar qəbul edilmişdir. O, 18 iyul 2025-ci il tarixli TP seriyalı ******* saylı qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və onun barəsində 4 bal və 150 (bir yüz əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Həmin qərara əsasən o, xx.xx.2025-ci il tarixdə saat 11:23 radələrində “BMW 740 İ M SPORT PACKAGE HİBRİD MİNİK” markalı, 77- AE-969 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev küçəsində idarə edərkən 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etmişdir. Lakin o, barəsində qəbul edilmiş qərarın qanunsuz olduğunu hesab edir və bu qərarda göstərilən maddə ilə özünü təqsirli hesab etmir. Belə ki, inzibati tənbeh vermə haqqında qərarda qeyd edilən vaxtda sözügedən nəqliyyat vasitəsini ümumiyyətlə o, idarə etməmişdir. Həmin nəqliyyat vasitəsi şirkətə məxsusdur və onu idarə etməyə dair onun etibarnaməsi yoxdur. Belə olduğu halda inzibati xəta haqqında qərarın onun barəsində qəbul edilməsi tamamilə qanunsuzdur. Ona görə də həmin qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Buna görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X17 İdarəsi tərəfindən inzibati protokolu əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərarın ləğv edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X10 şikayətin dəlillərini müdafiə edərək, şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərarından şikayət verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X17 İdarəsinin nümayəndəsi X8 şikayətə etiraz edərək izahatında göstərmişdir ki, barəsində qərar çıxarılmış fiziki şəxs Elnur Hüseynov təqdim etdiyi vəsatətdə göstərmişdir ki, 18 iyul 2025-ci il tarixdə qəbul edilmiş qərar ona rəsmi qaydada yalnız xx.xx.2025-ci il tarixdə təqdim edilmişdir. Göründüyü kimi Elnur Hüseynov vəsatətdə müddətin ötürüldüyünü bildirir və ona xx.xx.2025-ci il tarixdə qərarın rəsmi təqdim edildiyini göstərir. Elnur Hüseynov törətdiyi bütün inzibati xətalardan həmçinin, hazırki xətadan məlumatlı olmuş,hadisəni də məhz özü törədib, inzibati məsuliyyətdən yaxa qurtarmaq üçün qərardan şikayətlə məhkəməyə müraciət edib.Bu barədə məhkəməyə foto şəkillər və çəkiliş diski də təqdim olunmuşdur.Görüntülərdən hadisə vaxtı radələrində “BMW 740 İ M SPORT PACKAGE HİBRİD MİNİK” markalı, 77- AE-969 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Bakı şəhəri, Nərimanov rayonu, H. Əliyev küçəsi ərazisində idarə edən şəxsin X10 olduğu müəyyən edilir.Odur ki, şikayətin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X17 İdarəsinin digər nümayəndələri də nümayəndə X4 izahatına uyğun izahat verdilər. Şikayət ərizəsində olan və tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X17 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərardan görünür ki, X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 150 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayətə əlavə edilmiş sənədləri və qəbul edilmiş qərarı nəzərdən keçirib və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməli və X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinə görə İnzibati xətalar haqqında işlər üzrə qərardan verilən şikayət və ya protest üzrə qəbul edilmiş qərardan fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən verilən şikayətə, habelə prokurorun protestinə məhkəmələrdə həmin Məcəllədə müəyyən edilmiş qaydada baxılır. Azərbaycan Respublikası İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinə əsasən birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etmək inzibati məsuliyyətə səbəb olur. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsi). İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir (İXM-nin 76.1-ci maddəsi). İnzibati Xətalar Məcəlləsinin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Məhkəmə şikayətin dəlillərini işin məhkəmə baxışında yoxlayarkən şikayətin dəlillərinin əsaslı olması müəyyən edilmişdir. Belə ki, işdə olan xx.xx.2025-ci il tarixdə tərtib olunmuş İXP seriyalı ******* saylı xx.xx.2025-ci il tarixdə saat 11:23 radələrində “BMW 740 İ M SPORT PACKAGE HİBRİD MİNİK” markalı, 77- AE-969 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Bakı şəhəri, Nərimanov rayonu, H. Əliyev küçəsi ərazisində X6 idarə edəək 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməsi yəni, hadisə törədən şəxsin şikayət verən şəxs olması müəyyən edilmədi. Təqdim edilmiş foto və video görüntülərdə də bu müəyyən olunmadı. Belə ki, inzibati tənbeh vermə haqqında qərarda qeyd edilən vaxtda sözügedən nəqliyyat vasitəsi şikayətçiyə məxsus deyildir, hadisə vaxtı şikayətçinin istifadəsində olması ilə də baglı işə hər hansı sübut yoxdur. Belə olduğu halda inzibati xəta haqqında qərarın onun barəsində qəbul edilməsi tamamilə qanunsuzdur. Hər hansı bir şəxsin məsuliyyətinin müəyyən edilməsindən ötrü ilk öncə onun təqsirli hərəkəti ilə ictimai münasibətləri pozması zəruri şərtdir. Barəsində inzibati xəta üzrə məsuliyyətin yaranma əsaslarını və onun təqsirini inzibati orqan sübut etmə öhdəliyi daşıyır. X2 inzibati xəta törətməsi əsaslı şübhə yaratmayan hər hansı bir mötəbər sübutla təsdiq edilməmişdir. Halbuki onun inzibati xəta üzrə məsuliyyətinin yaranması əsaslı şübhə yaratmayan mötəbər sübutla təsdiq edilməlidir. Bununla da barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. Yuxarıda göründüyü kimi, şəxsin inzibati xəta törətməsinə dair səlahiyyətli orqan tərəfindən kifayət qədər aydınlaşdırılmamış zidiyyətli, şübhəli məqamlar mövcuddur. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, aparılan inzibati araşdırma zamanı protokolda qeyd edilən inzibati xəta araşdırılmamış, məhkəmə baxışında ziddiyyətli vəziyyət yaranmışdır. Belə olan halda əməldə inzibati xəta tərkibinin olması ziddiyyətli vəziyyət yaranması səbəbindən sözügedən qərar ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 134.1.3-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş subutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, şikayət təmin edilməli, X6 Azərbaycan Respublikası İXM-in 327.4-cü maddəsi ilə təqsirli bilinib, 150 manat inzibati cərimə tətbiq edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X17 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixdə tərtib olunmuş İXP seriyalı ******* saylı qərar ləğv edilməli və başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şikayət təmin edilsin. X6 Azərbaycan Respublikası İXM-in 327.4-cü maddəsi ilə təqsirli bilinib inzibati cərimə tətbiq edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X17 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixdə tərtib olunmuş İXP seriyalı ******* saylı qərar ləğv edilsin və başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmənin hakimi: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar