Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-204/2021 19.02.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X6 iştirakları ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron RPİ-dən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM : Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında DİN-nin Abşeron Rayon Polis mayoru X7 tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli İXP ******* saylı protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. xx.xx.2020-ci il tarixdə saat 22.00 radələrində Şəxs idarə etdiyi Khazar SD minik markalı ** PZ *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Abşeron rayonu, Qobu qəsəbəsində torpaq yol ilə 70 km/saat sürətlə hərəkətdə olarkən avtomobilin qabaq sağ hissəsi qarşıdan 50 km/saat sürətlə hərəkət edən X6 idarə etdiyi Zil-MMZ-554 markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol hissəsi ilə Zil-MMZ-554 markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobilin yolunda toqquşmuş, nəticədə Şəxs sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid, X2 qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid və X1 zərər vurmayan xəsarət oldyuğu üçün dərəcəsi təyin olunmayan xəsarət almışlar. Məhkəmə iclasında barəsində icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, o, Abşeron rayonu, Qobu qəsəbəsi, Məmmədyarov küçəsi, ev 20-də ailə üzvləri ilə birlikdə yaşayır. Khazar SD minik markalı ** PZ *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. xx.xx.2020-ci il tarixdə saat 22 radələrində həmin avtomobillə Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən Lukoil YDM-si istiqamətində hərəkətdə olarkən qarşı tərəfdə bir yük avtomobilinin gəldiyini görmüş, hava şəraiti qaranlıq olduğundan və həmçinin yol örtüyü torpaq olduğundan havaya qalxan toz səbəbindən həmin avtomobilin markasını və nömrəsini görə bilməmiş, avtomobil öz yolu ilə deyil, yolun ortası ilə hərəkətdə olmuş, bu zaman o, həmin sürücüyə xəbərdarlıq üçün siqnalla və uzaq işıqları ilə işarə etsə də öz yoluna qayıtmamış, onun hərəkət etdiyi yolun sağ tərəfində bir qədər kənarda yaşayış evləri olduğundan və qarşı tərəfdən gələn avtomobilin öz yoluna qayıtmaması səbəbindən qəzanın baş verəcəyini ehtimal edərək qorxmuş, bu zaman özünü itirərək avtomobili yolun sağ hissəsinə çəkə bilməmiş, qəzanın qarşısını almaq üçün avtomobilini yolun əks istiqamətinə doğru idarə etmişdir. Həmin avtomobilin sürücüsü isə bu zaman sağa doğru hərəkət edərək öz yoluna qayıtmış və onun avtomobilinin ön sağ hissəsindən vurmuşdur. Bu zaman onun avtomobili qəza nəticəsində istiqamətini dəyişərək əks istiqamətə doğru dayanmışdır. Digər avtomobil isə sağa doğru hərəkət edib yerdə olan boruların üzərinə çıxıb dayanmışdır. Bundan sonra o və digər avtomobildə olan şəxslər avtomobildən aşağı enmiş və həmin avtomobilin Zil-MMZ-554 markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobil olmasını bilmişdir. Həmin avtomobilin sürücüsü özündə ağrılar hiss etdiyindən orada olan tanımadığı şəxslər sürücünü xəstəxanaya aparmışlar. Özü avtomobildə tək olmuş, avtomobili texniki cəhətdən saz olmuşdur. Əməlindən peşmandır yüngül cəza təyin olunmasını istəyir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X8 izahatında bildirdi ki, o, Abşeron rayonu, Qobu qəsəbəsi, C.Cabbarlı küçəsi ev 100-də ailə üzvləri ilə birlikdə yaşayır. Zil-MMZ-554 markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. xx.xx.2020-ci il tarixdə saat 22 radələrində istifadəsində olan həmin avtomobillə Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən Lukoil YDM-nin yanından kənd istiqamətində olan təmiri başa çatmayan və torpaq yol adlanan yolla hərəkət edən zaman ondan sol tərəfdə qarşı hərəkət zolağında bir minik avtomobilinin gəldiyini görmüş, hava şəraiti qaranlıq olduğundan və həmçinin yol örtüyü torpaq olduğundan havaya qalxan toz səbəbindən həmin avtomobilin markasını və nömrəsini görə bilməmiş, həmin avtomobil anidən idarəetməni itirərək yolun orta hissəsi ilə yerində fırlana-fırlana onun üzərinə doğru hərəkət etmiş, bu zaman xəbərdarlıq etsə də həmin avtomobilin sürücüsü avtomobilini öz yoluna qaytara bilməmiş, bu zaman o, əyləc sistemindən istifadə etsə də qəzanın qaçılmaz olduğunu görüb avtomobilini yoldan çıxararaq sağa doğru hərəkət etmişdir. Lakin, həmin avtomobilin ön hissəsi onun avtomobilinin sol ön hissəsindən dəyərək yolun əks istiqamətinə doğru fırlanıb dayanmışdır. Bu zaman o, avtomobildə sıxılaraq xəsarət almış və bundan sonra maşından aşağı enmişdir. Həmin zaman digər nəqliyyat vasitəsinin Khazar SD minik markalı ** PZ *** dövlət qeydiyyat nişanlı avtomobil olmasını bilmişdir. Hadisədən sonra oraya gələn tanışları onu xəstəxanaya aparmışlar. Hadisə zamanı spirtli içki qəbul etməmişdir, idarə etdiyi avtomaşın saz vəziyyətdə olmuş və avtomaşında iki nəfər sərnişin olmuşdur. Şikayəti yoxdur. İş materiallarında olan sənədlərdən görünür ki, Şəxs barəsində Abşeron RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru X9 tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi qərarı verilmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8ci maddələri ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alır. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Ona görə də məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və inzibati tənbeh növü tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Zərərçəkmiş şəxs X3 dəymiş ziyanın ödənilməsi üçün mülki qaydada şikayət vermək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43,114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 200 (iki yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Zərərçəkmiş şəxs X3 dəymiş ziyanın ödənilməsi üçün mülki qaydada şikayət vermək hüququ izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-204/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-204/2021
19.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver