Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2040/2025 23.09.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Abbasova Fatimə Ramil qızının katibliyi, Qərarından şikayət verilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Baş X14 İdarəsinin nümayəndəsi Nümayəndə2, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Baş X14 İdarəsinin inzibati xətalar üzrə icraat şöbəsinin rəisi X4, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Baş X14 İdarəsinin inzibati xətalar haqqında işlər üzrə icraat şöbəsinin baş inspektoru, polis mayoru X2 iştirakı ilə, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsi ilə inzibati cərimə edilməsinə dair BŞDYP İdarəsinin TP ******* saylı, 18 iyul 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından, barəsində qərar çıxarılmış şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Baş X14 İdarəsinin xx.xx.2025ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə X8 Azərbaycan Respublikası İnzibati Xətalar 327.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 (yüz) manat məbləğində inzibati cərimə edilmişdir. X1 şikayət verərək qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X14 İdarəsinin əməkdaşı, polis mayoru Arzumanlı Arzuman tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1- 1-ci maddəsi ilə 18 iyul 2025-ci il tarixli TP seriyalı ******* saylı qərar qəbul edilmişdir. Mən 18 iyul 2025-ci il tarixli TP seriyalı ******* saylı qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və onun barəsində 2 bal və 100 (bir yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Bildirir ki, həmin qərara əsasən o xx.xx.2025-ci il tarixdə “BMW 740 İ M SPORT PACKAGE HİBRİD MİNİK” markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Bakı şəhəri, Xətai rayonu, Y.Səfərov küçəsi ərazisində idarə edərkən 5.9, 5.10.1-5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağında hərəkət etmişəm. Lakin o barəsində qəbul edilmiş qərarın qanunsuz olduğunu bildirir və bu qərarda göstərilən maddə ilə özünü təqsirli hesab etmir. Belə ki, inzibati tənbeh vermə haqqında qərarda qeyd edilən vaxtda sözügedən nəqliyyat vasitəsini ümumiyyətlə o idarə etməmişdir. Həmin nəqliyyat vasitəsi şirkətə məxsusdur və onu idarə etməyə dair mənim etibarnaməsi yoxdur. Belə olduğu halda inzibati xəta haqqında qərarın onun barəsində qəbul edilməsi tamamilə qanunsuzdur. İnzibati tənbeh vermə haqqında qərarın məzmunundan da göründüyü kimi inzibati xəta foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməmişdir. Əks təqdirdə İXM-nin 122.3- cü maddəsinə qeyd olunan məlumatlar inzibati tənbeh vermə haqqında qərara əlavə edilməli idi. Həmçinin inzibati xəta foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə inzibati tənbeh vermə haqqında qərar real vaxt rejimində qəbul edilməlidir. Lakin inzibati xəta haqqında protokol xx.xx.2025-ci il tarixdə inzibati tənbeh vermə haqqında qərar isə xx.xx.2025-ci il tarixdə tərtib edilmişdir. Həmçinin İXM-nin 124-cü maddəsinin müddəalarına əsasən inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarır, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, inzibati xəta haqqında protokol tərtib edir və yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) əl ilə nömrələnmiş blankda tərtib edilmiş qərar qəbul edir. Lakin sözügedən inzibati tənbeh vermə haqqında qərar elektron formada tərtib edilmişdir. Bu əsaslar da onu göstərir ki, inzibati tənbeh vermə haqqında qərar qanunvericiliyə tamamilə zidd şəkildə qəbul edilmişdir. Belə çıxır ki, polis əməkdaşları öz üstün mövqelərindən istifadə edərək istədikləri şəxsi ittiham edə və cərimə edə bilər. Məhz bu halın qarşısının alınması üçün qanunvericilik inzibati xətanın törədilməsini sübut etmək vəzifəsini bu barədə qərar qəbul etmiş şəxsin üzərinə qoymuşdur. Buna görə də indiki halda 18 iyul 2025-ci il tarixli TP seriyalı ******* saylı qərarı qəbul etmiş əməkdaşın qərarın qəbulu üçün əsas olmuş halları sübuta yetirməsi vacibdir. Qanunvericiliyə əsasən inzibati xəta törətmiş şəxsin məsuliyyətə cəlb edilməsi üçün onun təqsiri müvafiq qaydada sübuta yetirilməlidir. Lakin onun barəsində qəbul edilmiş qərarda hər hansı əsaslı sübut təqdim edilməmişdir. Dövlət orqanlarının və onların vəzifəli şəxslərinin qərarları yalnız qanuna əsaslanmalıdır. Lakin bu qərar, heç bir obyektiv və hüquqi əsas olmadan qəbul edilmiş və onun hüquqlarını pozmuşdur. Yuxarıda göstərilən hallar, texniki sübutlar və qanunvericiliyin tələbləri əsasında hesab edir ki, TP ******* nömrəli inzibati protokol hüquqi əsaslardan məhrumdur və ləğv olunmalıdır. Odur ki, onun barəsində tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsi ilə inzibati cərimə edilməsinə dair inzibati tənbeh vermə haqqında qərarın məhkəmə tərəfindən ləğv olunmasını və inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə şikayətçi X6 lazımi qaydada rəsmi məlumat verilməsinə baxmayaraq şikayətçi məhkəmə iclasına gəlməmiş və səbəbi barədə məlumat verməmişdir. Məhkəmə şikayət vermiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Qərarından şikayət verilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Baş X14 İdarəsinin nümayəndəsi Nümayəndə2 bildirdi ki, Elnur Hüseynov avtomobili ümumi istifadədə olan nəqliyyat zolağında, yəni əsasən ictimai nəqliyyat vasitələri – avtobusların hərəkət etdiyi zolaqda idarə etdiyi üçün barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Belə ki, qeyd edilən zolaq avtobuslar və digər ictimai nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş və həmin maddə 2024-cü ildə İnzibati Xətalar Məcəlləsinə daxil edilmişdir. Həmin zolağın yaradılmasında məqsəd cəmiyyətin həm şəxsi avtomobildən idarə etməsini azaldaraq tıxacların nisbətən az olması, həmçinin, ictimai nəqliyyata inam yaratmasından ibarətdir. X13 və onun kimi digər sürücülər qanunun bu hissəsinə məhəl qoymayaraq qanunu pozmuş, habelə digər hərəkət iştirakçılarına da hörmətsizlik etmişdir. Avtomobilin sonuncu etibarnaməsi Gürcüstan Respublikasının vətəndaşının adınadır, lakin avtomobili Elnur Hüseynov özü idarə edir. Onun həmin inzibati xəta faktı aşkar edilən gün avtomobil idarə etməsinə dair əlavə fotoşəkili də məhkəməyə təqdim edərək avtomobili sonuncunun idarə etməsini bildirmişdir. Bundan başqa avtomobilin sonuncu etibarnaməsinin hansı sürücüdə olması digər avtomobilin sürücüsünü inzibati məsuliyyətdən azad etmədiyini bildirdi. Belə ki, sonuncu etibarnamə hissəsində inzibati xəta törədilən zaman müvafiq inzibati tənbeh vermə haqqında qərar xüsusi texniki vasitələrin köməyi ilə aşkar olunduğu zaman lazım olur. Hazırki şəraitdə mübasihələndirilən qərar vizual müşahidə nəticəsində müəyyən edilmiş və avtomobilin sürücüsünün Elnur Hüseynov olduğu üçün onun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Mübahisələndirilən qərar əsaslıdır və avtomobilin Elnur Hüseynov tərəfindən idarə olunmasına dair kifayət qədər əsas vardır. Odur ki, şikayətin təmin edilməməsini, qərarın qüvvədə saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Baş X14 İdarəsinin inzibati xətalar üzrə icraat şöbəsinin rəisi X9 bildirdi ki, qeyd edilən inzibati xətanın Elnur Hüseynov tərəfindən törətməsinə kifayət qədər əsas və dəlillər vardır. Avtomobilin sonuncu etibarnaməsi Gürcüstan Respublikasının vətəndaşının adınadır, lakin avtomobili Elnur Hüseynov özü idarə edir. Müvafiq dövlət orqanlarına sorğular verilmiş və etibarnamə verilmiş şəxsin ümumiyyətlə ölkə ərazisində olması faktı öz əksini tapmamışdır. Göründüyü kimi Elnur Hüseynov sonuncu etibarnaməni xarici ölkə vətəndaşına almaqla özü inzibati xəta hadisələri törətmiş, inzibati xəta hadisələri nəticəsində tətbiq edilmiş cərimə və ballar xarici ölkə vətəndaşına yazılmış, və bununla da şəxs cərimələrini ödəmiş, lakin həmin cərimələrlə birlikdə olan ballar isə xarici ölkə vətəndaşına yazıldığı üçün Elnur Hüseynovun heç bir cərimə balı olmamış və bununla da o, nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması üçün müvafiq bala çatmayacağını düşünmüşdür. Bununla bağlı müvafiq lizinq şirkətinə sorğu verilmiş, lizinq şirkətindən alınmış cavabdan göründüyü kimi həmin şirkət qeyd edilən şəxsə heç bir etibarnamə verməmişdir. Buradan da aydın olur ki, həmin etibarnamə saxtadır və həmin hərəkət üzrə məqsəd Elnur Hüseynov tərəfindən qanunla nəzərdə tutulmuş məsuliyyətdən yayınmaq olmuşdur. Avtomobili onun idarə etməsinə kifayət qədər dəlil və sübutlar vardır. Sonda şikayətin əsassız olduğunu bildirərək təmin edilməməsini məhkəmədən xahiş etdi. 19 sentyabr 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında qərarından şikayət verilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Baş X14 İdarəsinin nümayəndəsi Nümayəndə1 bildirmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.7-ci maddəsinə əsasən şikayət verən şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini kimin idarə etdiyinə dair ehtimalını şikayətdə göstərə bilər. Şikayətdə göstərilən məlumatlar təsdiq olunarsa, inzibati tənbeh vermə haqqında qərar ləğv edilir və inzibati xətanı törətmiş şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görülür. Lakin hazırki şəraitdə sürücü Elnur Hüseynov inzibati xəta törədilən zaman avtomobili özünün idarə etməməsini bildirsə də həmin avtomobili kimin idarə etməsi ilə bağlı heç bir sübut təqdim etməmişdir. Qərarından şikayət verilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Baş X14 İdarəsinin inzibati xətalar haqqında işlər üzrə icraat şöbəsinin baş inspektoru, polis mayoru X3 məhkəmə iclasında digər nümayəndələrin izahatına uyğun izahat verərək şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə, qərarından şikayət verilmiş orqanın nümayəndələrinin izahatını dinləyərək, təqdim edilmiş videoregistratordan hadisə gününə aid görüntüyə baxış keçirərək inzibati tənbeh vermə haqqında qərarı və şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan və ona əlavə edilmiş sənədlərdən görünür ki X8 xx.xx.2025-ci tarixli TP ******* saylı qərar ilə Azərbaycan Respublikası İXM-in 327.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 100 manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: Belə ki, Azərbaycan Respublikası inzibati Xətalar məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsili olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-nin 61-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin aşağıdakı hüqüqları vardır: İşin materialları ilə tanış olmaq; izahat vermək; sübutlar təqdim etmək; vəsatət və etirazlar vermək; işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək; inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək; ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətindən istifadə etmək; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İnzibati Xətalar Məcəlləsində müəyyən olunmuş digər hüquqlardan da istifadə edə bilər. İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasının təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 133.2.8-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. 327.1-1-ci maddəsinə əsasən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə – yüz manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, inzibati xətanın baş verməsini, eləcə də şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür və inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir, yəni məhkəmə iclasında nümayəndələrin qeyd etdiyi fikir üzrə X5 avtomobili idarə etməməsini sübut edəcək halları, avtomobili kimin idarə etməsi ilə bağlı qeyd etdikləri xüsusat üzrə avtomobilin kim tərəfindən idarə olunmasını müəyyən etmək vəzifəsi inzibati xəta haqqında iş üzrə icraat aparan səlahiyyətli şəxsin (orqanın) öhdəsinə düşür. Qeyd edilən avtomobil X5 mülkiyyətində deyil və şəxsin həmin avtomobili idarə etməsi üçün müvafiq etibarnaməsi yoxdur. Həmin avtomobilin Elnur Hüseynov tərəfindən idarə edilməsi qərar qəbul etmiş orqanın ehtimalına əsaslanır. Bundan başqa məhkəməyə təqdim edilmiş video-görüntülərə baxış keçirilmiş, inzibati xəta hadisəsi törədilən **-AE-*** d.q.n-li avtomobilin kim tərəfindən idarə edilməsini müəyyən etmək mümkün olmamış, habelə hadisə gününə dair qeydə alınmış digər görüntüdüdə də qeyd olunan avtomobilin kim tərəfindən idarə etməsi müəyyən edilməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təqdim edilmiş fotoşəkilə baxdıqda avtomobili idarə edən şəxsin dəqiq kimliyi müəyyən edilə bilmir. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, aparılmış inzibati xəta haqqında iş üzrə araşdırmanın aparılması ilə bağlı şəxs məlumatlandırılmamışdır. Səlahiyyətli orqan tərəfindən məhkəməyə müvafiq araşdırma üzrə şəxsin məlumatlandırılmasına dair bildiriş təqdim olunsa da həmin bildirişin Elnur Hüseynovun ünvanına göndərilməsinə, onun məlumatlandırılmasına dair heç bir mötəbər sübut müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şəxsə ünvanlanmış bildirişdə onun xx.xx.2025-ci il tarixədək gəlmədiyi halda işə iştirakının olmadan baxılması qeyd olunsa da inzibati araşdırma üzrə qərar xx.xx.2025-ci il tarixdə qəbul edilmişdir. Məhkəmə yuxarıda göstərilən bütün halları ümumiləşdirərək inzibati xəta faktının X8 tərəfindən törədilməsinə dair heç bir mötəbər sübutun müəyyən olunmadığından, avtomobil üzərində şəxsin heç bir mülkiyyət hüququnun və onu idarə etmək üçün müvafiq etibarnaməsinin olmadığından,sonuncu etibarnamənin şəxsin adına olması müəyyən olunmadığından qərar ləğv edilərək iş üzrə icraata xitam verilməlidir. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 105.1-ci maddəsinə görə həmin Məcəllənın 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130 və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: X5 şikayəti təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Baş X14 İdarəsi tərəfindən X8 barəsində qəbul edilmiş 18 iyul 2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Firuzə Kərimova
Məhkəmə qərarları › İş №3(012)-2040/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2040/2025
23.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver