Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2045/2023 07.12.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 Abşeron DYP Yol Patrul Xidmətinin inspektoru, polis baş serjantı X4 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayətinə Abşeron rayonu, Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron DYP Yol Patrul Xidmətinin inspektoru, polis baş serjantı X4 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə, saat 22:44 radələrində idarə etdiyi “Ford Fusion” minik markalı, ** TK *** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 1 ünvanında (Saray) hərəkətdə olarkən Abşeron Rayon Polis İdarəsinin Dövlət Yol X9 Patrul Xidmətinin inspektoru, polis baş serjantı X4 ondan avtomobilini saxlamasını tələb etdiyi üçün o, avtomobili saxlamışdır. Həmin vaxt T.Musayev ondan sənədlərini istəmiş və o, sənədlərini təqdim etmişdir. Bundan sonra T.Musayev ona yol hərəkəti qaydalarına riayət etmədiyini və yolayrıcını keçmə qaydalarını pozaraq digər avtomobilə yol verməli olduğu halda vermədiyini dedikdə o, T.Musayevə qaydanı pozmadığını və həmin istiqamətdə hərəkət üstünlüyünün onda olduğunu demişdir. Buna baxmayaraq Abşeron Rayon Polis İdarəsinin Dövlət Yol X9 Patrul Xidmətinin inspektoru, polis baş serjantı X4 tərəfindən onun yol hərəkəti qaydalarını pozmağı barədə protokol tərtib edilmiş və qərar qəbul edilmişdir. Belə ki, Abşeron Rayon Polis İdarəsinin Dövlət Yol X9 Patrul Xidmətinin inspektoru, polis baş serjantı X4 tərəfindən xx.xx.2023-cü il tarixli, İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və o, Azərbaycan Respublikasının İXM-nin 327.2-ci maddəsi ilə (yolayrıcını keçmə qaydalarının pozulması) təqsirli bilinmişdir. Həmin protokol əsasında Abşeron Rayon Polis İdarəsinin Dövlət Yol X9 Patrul Xidmətinin inspektoru, polis baş serjantı X4 tərəfindən xx.xx.2023-cü il tarixli, TP seriyalı, ******* saylı inzibati xəta haqqında qərar qəbul edilmiş və o, Azərbaycan Respublikasının İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 80 manat məbləğində cərimə edilmişdir. Qeyd edilənlərə əsasən hesab edir ki, həmin qərar qanunsuz və əsassız olduğundan ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Abşeron Rayon Polis İdarəsinin Dövlət Yol X9 Patrul Xidmətinin inspektoru, polis baş serjantı X4 tərəfindən barəsində protokol tərtib və qərar qəbul edilməsinin səbəbi kimi onun xx.xx.2023-cü il tarixdə saat 22:44 radələrində “Mitsubishi Airtrek” minik markalı, **-GR-*** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 1 ünvanında (Saray) hərəkətdə olarkən guya yolayrıcını keçmə qaydalarını pozaraq digər avtomobilə yol verməli olduğu halda yol vermədiyi ilə bağlı onun yol hərəkəti qaydalarını pozduğu göstərilmişdir. Qeyd olunan yolda onun hərəkət etdiyi istiqamətdə hərəkət üstünlüyü onda olmuş, o da hərəkət üstünlüyünə uyğun olaraq avtomobili idarə etmiş və o, avtomobili yol hərəkəti qaydalarını pozmadan idarə etmişdir. Buna baxmayaraq Abşeron Rayon Polis İdarəsinin Dövlət Yol X9 Patrul Xidmətinin inspektoru, polis baş serjantı X4 onun guya həmin yolda yol hərəkəti qaydalarını pozduğunu qeyd etmiş, lakin onun yol hərəkəti qaydalarını pozduğunu təsdiq edən hər hansı bir sübutu ona təqdim etməmiş və ya qəbul edilmiş qərara əlavə etməmişdir. Qeyd edir ki, Abşeron Rayon Polis İdarəsinin Dövlət Yol X9 Patrul Xidmətinin inspektoru, polis baş serjantı X4 tərəfindən onun Azərbaycan Respublikasının İXM-nin 327.2-ci maddəsi ilə təqsirli olması barədə gəlinmiş qənaət yanlışdır və o, yol hərəkəti qaydasını pozmamışdır. Abşeron Rayon Polis İdarəsinin Dövlət Yol X9 Patrul Xidmətinin inspektoru, polis baş serjantı X4 tərəfindən heç bir araşdırma aparılmamış və heç bir əsaslı səbəb olmadan onu təqsirli bilmişdir. Belə olan halda onun Azərbaycan Respublikasının İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinməsi qanunsuzdur. Abşeron Rayon Polis İdarəsinin Dövlət Yol X9 Patrul Xidmətinin inspektoru, polis baş serjantı X4 tərəfindən ətraflı araşdırma aparılmamış və formal olaraq onun təqsirli olması barədə qərar qəbul edilmişdir. Göründüyü kimi, onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olması öz təsdiqini tapmamışdır. Belə olan halda, onun barəsində qanunsuz və əsassız olaraq inzibati xəta haqqında protokol tərtib edilərək qərar qəbul edilmiş və o, cərimə edilmişdir. Onun tərəfindən yol hərəkəti qaydaları pozulmadığı halda barəsində inzibati tənbeh tətbiq etmə barədə qəbul edilmiş, qərar işin faktiki hallarından göründüyü kimi və qanunvericiliyin normaları nəzərə alınmaqla əsassız və qanunsuz olaraq qəbul edildiyindən Abşeron Rayon Polis İdarəsinin Dövlət Yol X9 Patrul Xidmətinin inspektoru, polis baş serjantı X4 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı, ******* saylı inzibati xəta haqqında qərar ləğv edilməli və onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İnzibati xəta haqqında qərardan şikayət verən şəxs X3 məhkəmə iclasında şikayətin məzmununa uyğun izahat verərək Abşeron DYP Yol Patrul Xidmətinin inspektoru, polis baş serjantı X4 tərəfindən qəbul edilmiş qərarla razı olmadığını bildirdi və həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında qərar qəbul etmiş orqana iclasın vaxtı və yeri barədə lazımi qaydada məlumat versə də məhkəmə iclasına gəlməmiş və orqan tərəfindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında qərar qəbul etmiş orqanın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə baxış iclasında iştirak etmiş Abşeron Rayon Polis İdarəsinin Dövlət Yol X9 Patrul Xidmətinin inspektoru, polis baş serjantı X4 izahat verərək bildirmişdir ki, şikayətçi X3 “Ford Fusion” minik markalı, ** TK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Novxanı istiqamətində hərəkət edərkən qarşıdan gələn üstünlük hüququna malik nəqliyyat vasitəsinə yol verməli olduğu halda idarə etdiyi nəqliyyat vasitəsini dayandırmamış və inzibati xəta törətmişdir. Onun idarə etdiyi nəqliyyat vasitəsini saxladıqdan sonra məlum olmuşdur ki, X3 nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etmişdir. Nəticədə, X3 barədə yol verdiyi inzibati xətalara görə xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati tənbeh haqqında protokol tərtib etmişdir. O, xx.xx.2023-cü il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarın əsaslı olduğunu bildirərək şikayətin rədd edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə baxış iclasında şahid qismində iştirak etmiş X5 izahatında bildirmişdir ki, o, hal-hazırda Abşeron DYP Yol Patrul Xidmətinin inspektoru vəzifəsində çalışır. Abşeron Rayon Polis İdarəsinin Dövlət Yol X9 Patrul Xidmətinin inspektoru, polis baş serjantı X4 ilə birlikdə xidməti avtomaşınla Novxanı istiqamətindən hərəkətdə olduqları zaman X1 “Ford Fusion” minik markalı, ** TK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkət edərkən qarşıdan gələn üstünlük hüququna malik nəqliyyat vasitəsinə yol vermədiyini və nəticədə onun yol hərəkəti qaydalarını pozduğunu görmüşlər. Bu səbəbdən onlar X1 idarə etdiyi avtomaşını saxlamış, onun barəsində yol hərəkəti qaydalarına riayət etmədiyi üçün xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati tənbeh haqqında protokol tərtib olunmuşdur. Sürücünü saxladıqlarını və onu yol verdiyi inzibati xətaya görə məlumatlandırdıqlarını özündə əks etdirən videogörüntü də vardır. O, sürücü ilə danışmış, Abşeron DYP Yol Patrul Xidmətinin inspektoru, polis baş serjantı X4 isə şikayətçi barəsində protokol tərtib etmişdir. Məhkəmə qərardan şikayət vermiş şəxsin izahatını, bundan əlavə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsinə əsaslar olmadığına görə şikayət rədd edilməlidir. İş materiallarında olan Abşeron DYP Yol Patrul Xidmətinin inspektoru, polis baş serjantı X4 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən müəyyən edilir ki, X3 “Ford Fusion” minik markalı, ** TK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etməsinə və yolavrıcını keçmə qaydalarını pozduğuna görə AR İnzibati Xətalar Məcəlləsinin 327.2ci və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinərək, 80 manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan Abşeron DYP Yol Patrul Xidmətinin inspektoru, polis baş serjantı X2 məhkəməyə təqdim etdiyi diskdəki videogörüntüdən müəyyən edilir ki, X3 öz oğluna məxsus “Ford Fusion” minik markalı, ** TK *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə olmadan idarə etmiş və yolavrıcını keçmə qaydalarını pozmuş, bununla da onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci və 332.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta hadisəsini törətdiyi aşkar surətdə müəyyən edilmişdir. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 75-ci mаddəsinin İİİ hissəsinə əsasən hərəkət növbəliliyi svetoforun və ya nizamlayıcının siqnalları ilə müəyyən edilən yolayrıcı nizamlanan hesab edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 75-ci mаddəsinin İV hissəsinə əsasən yanıb-sönən sarı siqnal olduqda, svetoforlar işləmədikdə və ya nizamlayıcı olmadıqda, yolayrıcı nizamlanmayan hesab edilir və sürücülər nizamlanmayan yolayrıcılarını keçmə qaydalarını və yolayrıcında quraşdırılmış üstünlük nişanlarını əsas tutaraq hərəkət etməlidirlər. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 76-cı maddəsinin İ hissəsinə əsasən nizamlanan yolayrıcılarında nəqliyyat vasitəsinin sürücüsü svetoforun yaşıl işığında sola və ya geriyə dönərkən, qarşıdan düzünə və ya sağa gedən nəqliyyat vasitələrinə yol verməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 77-ci mаddəsinin İ hissəsinə əsasən eyni əhəmiyyətli olmayan yolların kəsişdiyi yolayrıcında, ikinci dərəcəli yolla hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü baş yolla yolayrıcına yaxınlaşan nəqliyyat vasitələrinə, onların sonrakı hərəkət istiqamətindən asılı olmayaraq, yol verməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən yolayrıcını keçmə qaydalarının pozulmasına görə səksən manat məbləğində cərimə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə qırx manat məbləğində cərimə nəzərdə tutulmuşdur. Belə ki, X3 hazırki şikayətində Abşeron DYP Yol Patrul Xidmətinin inspektoru, polis baş serjantı X4 tərəfindən onun barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarın əsassız olduğunu qeyd etməklə həmin qərarı mübahisələndirsə də məhkəmə iclasında müəyyən edilmişdir ki, X3 idarə etdiyi “Ford Fusion” minik markalı, ** TK *** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 1 ünvanında hərəkət edən zaman nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etməməli və baş yolla yolayrıcına yaxınlaşan nəqliyyat vasitələrinə yol verməli olduğu halda, hərəkətini davam etmişdir. Bununla da X1 yol hərəkəti qaydalarını pozduğu və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci və 332.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta hadisəsini törətdiyi aşkar surətdə müəyyən edilir. X1 qayda pozuntusu etmədiyini barədə izahtı yalnız formal mülahizələrinə əsaslandığından, faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı olan və mahiyyəti üzrə düzgün olan xx.xx.2023-cü il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi, nəticə etibarı ilə isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin qanunçuluq, qanun qarşısında bərabərlik, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinin əhəmiyyətli dərəcədə pozulmasına şərait yaradılması yolverilməzdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinin məzmununa görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmadıqda həmin qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsinin tələbinə əsasən qərara gəlir ki, Abşeron DYP Yol Patrul Xidmətinin inspektoru, polis baş serjantı X4 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə əsaslar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-129 və 134-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X1 şikayəti rədd edilsin. Abşeron DYP Yol Patrul Xidmətinin inspektoru, polis baş serjantı X4 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №3(012)-2045/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2045/2023
07.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver