Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2046/2023 07.12.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi hakim Qasımov Abusət Sahib oğlunun sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, qərardan şikayət vermiş X3 iştirakı ilə, X3 Azərbaycan Respublikası Azərbaycan Respublikası Dövlət Gömrük Xidməti Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli 00800/01067 saylı qərarından vermiş olduğu şikayətinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 Azərbaycan Respublikası Azərbaycan Respublikası Dövlət Gömrük Xidməti Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli xx.xx.2023-cü il tarixli 00800/01067 saylı qərardan şikayətlə məhkəməyə müraciət edərək, qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi Emil Nuriyev şikayəti müdafiə edərək bildirmişdir ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti mayoru X4 təərfindən barəmdə xx.xx.2023-cü il tarixli, 00800-00581/23 saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokol onunla əsaslandırılmışdır ki, tərəfindən xx.xx.2017-ci il tarixli, **********2227 və xx.xx.2017-ci il tarixli, **********3998 nömrəli gömrük bəyannamələri üzrə ixrac edilən malların müqabilində 1.617,78 ABŞ dolları (2750,226) manat məbləğində qalıq vəsait müvəkkil bankdakı hesaba köçürülməmişdir. Bununla da barəsində Azərbaycan Respublikası İXM-in 483-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti polkovniki X2 xx.xx.2023-cü il tarixli, 00800/01067 saylı izibati tənbeh vermə haqqında qərarı ilə vəzifəli şəxs kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və barəsində 2.750,226 manatın 50% həddində, yəni 1.375,113 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Bildirir ki, nə prtokol tərtib edilərkən, nə də qərar qəbul edilərkən, ona lazımi qaydada xəbardarlıq edilməmiş, iştirakı təmin edilməmişdir. Onun əməlində inzibati xəta tərkibi yoxdur. Hazırki halda şikayətə əlavə edilən sənədlərdən məlum olur ki, onunla "Triglav." PE (Ukraine) şirkəti ilə 0104-17 saylı, xx.xx.2017-ci il tarixli müqavilə bağlanmış, həmin müqaviləyə əsasən xx.xx.2017-ci il tarixdə (xx.xx.2017-ci il tarixli invoys) xx.xx.2017-ci il tarixli, **********3998 nömrəli gömrük bəyannaməsi əsasında 1.032,35 ABŞ dolları məbləğində, 2196,5 kq "heyvan bağırsaqları (qoyun bağırsaqları)", xx.xx.2017-ci il tarixdə (xx.xx.2017-ci il tarixli invoys) xx.xx.2017-ci il tarixli, - **********2227 nömrəli gömrük bəyannaməsi əsasında 585,43 ABŞ dolları məbləğində, 1245,6 kq "heyvan bağırsaqları (qoyun bağırsaqları) göndərilmişdir. Yenə şikayətə əlavə edilmiş, "xxxx" ASC Abşeron rayon filialından mənə məxsus USD hesabından çıxarışdan görünür ki, xx.xx.2017-ci il tarixdə 0104-17 saylı, xx.xx.2017-ci il tarixli müqavilə üzrə "Triglav." PE (Ukraine) şirkəti tərəfindən xx.xx.2017-ci il tarixli invoysa (xx.xx.2017-ci il tarixli gömrük bəyannaməsi) görə 996,35 ABŞ dolları, xx.xx.2017-ci il tarixdə isə 0104-17 saylı, xx.xx.2017-ci il tarixli müqavilə üzrə "Triglav." PE (Ukraine) şirkəti tərəfindən xx.xx.2017-ci il tarixli invoysa (xx.xx.2017-ci il tarixli gömrük bəyannaməsi) görə 548,23 ABŞ dolları məbləğində pul köçürülmüşdür. Beləliklə, ixrac edilmiş müvafiq malların müqabilində Azərbaycan Respublikasının müvəkkil olunmuş müvafiq bankının hesabına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaiti bir neçə gündən sonra dərhal köçürülmüş, başqa sözlə, inzibati xəta hadisəsi hazırki halda ümumiyyətlə, mövcud olmamışdır. Hazır mübahisələndirdiyi qərar qəbul edilərkən, eyni zamanda protokol tərtib edilərkən, ondan zəruri məlumatlar alınmamış, onun izahatı dinlənilməmiş, barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul edilməsi, tam ehtimal və şübhələr əsasında baş vermişdir. Bundan əlavə anoloji şikayət ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Dövlət Gömrük Komitəsinə müraciət etsə də, onun şikayətinə rəsmi cavab verilməmiş, hazırki şikayət ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd etdiklərini nəzərə alaraq, şikayət ərizəsinin təmin edilməsini, barəsində qəbul edilmiş qərarın ləğv edilərək, icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qərarından şikayət verilən orqana lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasına nümayəndəsini göndərməmiş, bunun səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə işə qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, X3 Azərbaycan Respublikası Dövlət Gömrük Xidməti Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti polkovniki X2 tərəfindən tərtib edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli 00800/01067 saylı qərarı ləğv edilməli, iiş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Dövlət Gömrük Xidməti Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən 28 sentyabr 2023-cü il tarixində tərtib olunmuş xx.xx.2023-cü il tarixli, 00800/01067 saylı qərardan görünür ki, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq, belə fəaliyyəti həyata keçirməklə vəzifəli şəxs X1 fəaliyyəti ilə əlaqədar Ukrayna Respublikasında fəaliyyət göstərən “PE TRİGLAV PROXORSKAYA” ilə xx.xx.2017-ci il tarixli müqavilə bağlayıb “Heyvanların Bağırsaqları” adlı yükü malın dəyəri sonradan ödənilmək şərti ilə 1032,35 ABŞ dolları qiymətinə sataraq 14 aprel 2017-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Xidməti Hava Nəqliyyatında Baş Gömrük İdarəsində **********398 sorğu nömrəli Gömrük bəyannaməsi və 11 iyul 2017-ci il tarixdə **********2227 sorğu nömrəli Gömrük bəyannaməsi ilə rəsmiləşdirilməklə “PE TRİGLAV PROXORSKAYA” şirkətinə ixrac etmiş, buna görə də Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 609 nömrəli fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi” Qaydalarının 12.1-ci yarım bəndinin tələblərinə riayət etməklə konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməli olduğu halda, **********2227 və **********398 sorğu nömrəli Gömrük bəyannamələri üzrə malların dəyərii tamamilə qaytarmayaraq, milli valyutaya nisbətdə 2750,226 manat təşkil edən 1617,78 ABŞ dolları xarici valyutada vəsaiti bu müddət ərzində müvəkkil bank hesabına, yaxud digər bank hesablarına köçürülməsini təmin etməmiş, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş bankllarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərini xaricdən qaytarmamışdır. Azərbaycan Respublikası Dövlət Gömrük Xidməti Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən qəbul edilmiş 28 sentyabr 2023-cü il tarixli, 00800/1067 saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, vəzifəli şəxs X5 Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 2750.226 manatın 50% həddində, 1375.113 (min üç yüz yetmiş beş) manat məbləğində inzibati cərmə tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. 101.2-ci maddəsinə əsasən işin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan ikigün müddətində tərti bedilir. 101.3-cü maddəsinə əsasən “inzibati araşdırma aparıldığı hallarda, inzibati xəta haqqında protokol bu Məcəllənin 102.5-ci maddəsində göstərilən müddətdə tərtib edilir.” 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi” Qaydalarının 12.1-ci yarım bəndinə əsasən hüquqi və fiziki şəxslər tərəfindən malların (işlərin, xidmətlərin) konsiqnasiya yolu ilə ixracı gömrük orqanlarında bəyan edilməklə aparılır. Konsiqnasiya yolu ilə ixrac əməliyyatları xarici şəxslərlə bağlanmış müqaviləyə əsasən ixrac olunmuş malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin müəyyən edilmiş müddət ərzində ixracatçıya ödənilməsini nəzərdə tutur. 12.2-ci yarım bəndini əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. İşin araşdırılmış hallarından müəyyən edilir ki, X5 tərəfindən ümumi gömrük dəyəri 1617,78 ABŞ dolları olan mallar 14 aprel 2017-ci il tarixdə və 11 iyul 2017-ci il tarixdə **********2227 nömrəli gömrük bəyannamələri ilə ixrac edilmiş, həmin ixrac edilən malların müqabilində olan müvafiq pul vəsaiti qanunvericilikdə nəzərdə tutulmuş 180 (yüz səksən) gün müddət ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesaba köçürülməsini təmin etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. 38.2-ci maddəsinə əsasən Bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər davam edən inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2019-cu il tarixli qərarında göstərilmişdir ki, “Qanunverici inzibati tənbehin tətbiqinin müddətini müəyyən edərkən ilk növbədə inzibati xətanın aşkar edilməsi və müvafiq icraatın aparılması meyarlarından çıxış edir. Digər tərəfdən, inzibati tənbeh vermə müddətinin üç ay müəyyən edilməsi onunla izah olunur ki, qanunverici “prosessual qənaət” prinsipinə əsaslanaraq məhkəmə prosesinin əsassız olaraq uzadılmasının qarşısını almış olur. Belə yanaşma işlərə ağlabatan müddətlərdə baxılması prinsipinin və son nəticədə ədalətli məhkəmə araşdırmasının təmin edilməsinə xidmət edir. Bu, öz növbəsində, inzibati xətalar qanunvericiliyinin prinsiplərinə də uyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair 17 may 2021-ci il tarixli Plenum Qərarında qeyd olunan hüquqi mövqeyə əsasən eyni zamanda qeyd edilmişdir ki, müvəkkil banklara köçürülməli olan xarici valyuta vəsaitinin geri qaytarılmaması xarici iqtisadi fəaliyyətin subyektindən asılı olmayan səbəblərdən baş verdikdə, yəni subyektin hərəkət və ya hərəkətsizliyinin nəticəsi olmadıqda, şəxs təqsirsiz olduğundan həmin vəsaitlərin qaytarılmamasına görə İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair 17 may 2021-ci il tarixli Plenum Qərarına uyğun olaraq, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsasən “Valyuta tənzimi haqqında” Qanuna və Qaydalara müvafiq olaraq, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılması qarşılıqlı hesablaşmanın üsulundan asılı olmayaraq 180 gün ərzində təmin olunmalıdır. Beləliklə, qərardan şikayət verən şəxsin məhkəmə iclasında verdiyi izahatından görünür ki, o, 14 aprel 2017-ci il tarixdə və 11 iyul 2017-ci il tarixdə gömrük bəyannamələri ilə ixrac edilmiş, həmin ixrac edilən malların müqabilində olan müvafiq pul vəsaiti qanunvericilikdə nəzərdə tutulmuş 180 (yüz səksən) gün müddət ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesaba köçürülməsini təmin etmişdir. Qanunvericiliyin yuxarıda qeyd olunan tələbindən göründüyü kimi gömrük qaydalarının pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 1 il keçənədək verilə bilər. Buna baxmayaraq Azərbaycan Respublikası Dövlət Gömrük Xidməti Hava Nəqliyyatında Baş Gömrük İdarəsi göstərilən xəta ilə bağlı Emil Nuriyevi xx.xx.2023-cü il tarixdə, inzibati xətanın baş verdiyi gündən 05 ildən artiq müddətdən sonra inzibati məsuliyyətə cəlb edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən “Bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir.” 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Bununlada məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Xidməti Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən X5 barəsində xx.xx.2023-cü il tarixli, 00800/01067 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edərəkən X5 tərəfindən törədilmiş inzibati pozuntunu uzanan inzibati xəta hesab etmiş və həmçinin pozuntunun aşkara çıxardığı müddətdən hesablanmışdır. Məhkəmə bu hallara münasibətdə hesab edir ki, X5 tərəfindən törədilmiş inzibati pozuntu uzanan inzibati xəta deyil və həmçinin inzibati xətanın törədilməsi günü növbəti gün hesab edilir. Belə olan məhkəmə hesab edir ki, X3 şikayəti təmin edilərək, Azərbaycan Respublikası Dövlət Gömrük Xidməti Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin xx.xx.2023-cü il tarixli 00800/01067 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 115, 133 və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti təmin edilsin. Azərbaycan Respublikası Dövlət Gömrük Xidməti Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin xx.xx.2023-cü il tarixli 00800/01067 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Abusət Qasımov
Məhkəmə qərarları › İş №3(012)-2046/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2046/2023
07.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver