Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2047/2021 28.12.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, X7 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müsafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər İdarəsinin MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 07.12.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğvi və icraata xitam verilməsinə dair şikayətinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİM: X7 şikayətlə məhkəməyə müraciət edərək, MN seriyalı ******* nömrəli, 07.12.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğvi, həmin qərar əsasında ona tətbiq olunmuş 1400 manat məbləğində cərimənin silinməsi və əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər İdarəsinin MN seriyalı ******* nömrəli 07.12.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarına əsasən ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyini əsas gətirilərək 1400 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər İdarəsinin MN seriyalı ******* nömrəli 07.12.2021-ci il tarixli İnzibati tənbeh vermə haqqında qərarı əsassız və qanunsuzdur, bu səbəbdən həmin qərar ləğv olunmalıdır. Belə ki, X6 Xidməti tərəfindən edilmiş şikayətlərlə bağlı heç bir araşdırma aparılmamış, şikayətçilərə əmək haqqılarının ödənilib-ödənilməməsi müəyyən edilməmişdir. Həmçinin bu hallara aydınlıq gətirilməsi üçün onun idarəyə çağırılması təmin olunmamışdır. Qərara nəzər yetirdikdə, əsaslandırıcı hissədə ümumi qeyd aparılaraq qanun pozuntusuna yol verildiyi qeyd edilmişdir. Lakin hansı qanun pozuntusunun olduğu, bu qanun pozuntusuna əsas verən hallar qərarda öz təsdiqini tapmamışdır. Həmçinin qərar qanunvericiliyin tələbləri pozulmaqla tərtib olunmuşdur. Belə ki, inzibati xətanın törədildiyi yer dəqiq qeyd edilməmişdir. Halbuki qərarda inzibati xətanın törədildiyi tarix, yer və inzibati xətanı törətmiş şəxs barədə məlumatlar dəqiq göstərilməlidir. Buna görə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müsafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər İdarəsinin MN seriyalı ******* nömrəli, 07.12.2021-ci il tarixli qərarın ləğv edilməli və iş üzrə icraata xitam verilməsini xahiş edir. Şikayət verən X7 və barəsində şikayət verilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müsafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsinə məhkəmə prosesinin yeri və vaxtı barədə bildiriş və telefon vasitəsilə məlumat verilsə də, məhkəməyə gəlməmiş iştirakı olmadan işə baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası İXM-in 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədilməsi haqqında işə Şikayət verən X7 və barəsində şikayət verilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müsafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsini pozduğuna görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müsafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər İdarəsinin rəisi X1 Fəxri Əli oğlunun barəsində inzibati tənbeh vermə haqqında 07.12.2021-ci il tarixli MN ******* saylı qərar qəbul edilmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət əsassız olduğuna görə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 115.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə-vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, X9 şikayətində qeyd olunan hallar qərarın ləğv olunması üçün əsas ola bilməz, ona görə də şikayət əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 115, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müsafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər İdarəsinin qəbul etdiyi MN seriyalı ******* nömrəli, 07.12.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğvi, həmin qərar əsasında ona tətbiq olunmuş 1400 manat məbləğində cərimənin silinməsi barədə qərar dəyişdirilmədən saxlanılsın, verilmiş şikayət təmin edilməsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-2047/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2047/2021
28.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver