Məhkəmə qərarları › İş №3(012)-2062/2020

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2062/2020

02.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2062/2020 02.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi,protokolu tərtib edən şəxs X3 Xidməti Baş İnspektor Polis Kapitanı Babaşov Müşfiq Əli oğlunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1958-ci il tarixdə Gürcüstan Respublikası, Qardabani rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsindəAzərbaycan Respublikası DİN-nin Baş Dövlət X2 Yol Patruı Xidməti Alayından daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 333.3-cü maddələri ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.1 və333.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında X3 Xidməti Baş İnspektor Polis Kapitanı Babaşov Müşfiq Əli oğlu İXP ******* saylı protokol tərtib edilmiş və protokola əlavə olunmuş sənədlərlə birlikdə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Protokoldan və onlara əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 20.00 radələrində “Toyota Land-Cruiser-Prado minik markalı, **-ZP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Quba yolunun Sumqayıt istiqamətində hərəkətdə olarkən “Opel” markalı **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobili arxadan vurmaqla yolnəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində hər iki avtomobilə maddi ziyan dəymiş və xəsarət alan olmamışdır. Məhkəmə iclasında çıxış etmiş X3 Xidməti Baş İnspektor Polis kapitanı Babaşov X1 Musa Çoban oğlu barəsində inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta törətməkdə özünü təqsirli bilərək izahatında bildirdi ki, xx.xx.2020-ci il tarixdə saat 10:35 radələrində “Ravon Nexia R3 SX” minik markalı, **-PE- *** dövlət qeydiyyat nişanlı avtomaşını Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektindən geriyə dönərkən arxadan gələn “VAZ-2107” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuşdur. Nəticədə avtomobilinin arxa hissəsi əzilmiş, lakin o, heç bir bədən xəsarəti almamışdır. Şəxs əməlindən peşman olduğunu bildirdi. İzahatının sonunda barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 327.1 və 333.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikasının İXM-nin 333.3-cü maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələblərinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikasının İXM-nin 32.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. MəhkəməAzərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.1 maddəsinə əsasən törətdiyi əməli səmimi etiraf etməsini və əməlindən peşmançılıq çəkməsini Şəxs məsuliyyətini yüngülləşdirən hallar hesab edir. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, onun təqsirinin dərəcəsini, eləcə də cəmiyyətin maraqlarını nəzərə almaqla barəsində inzibati cərimə növündə tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və nəqliyyat vasitələrini idarəetmə hüququ 2(iki) il müddətinə məhdudlaşdırılmaqla, 700 (yeddi yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Bakı şəhər, Binəqədi rayon İcra və Probasiya şöbəsinəhəvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar