Məhkəmə qərarları › İş №3(012)-2064/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2064/2021

22.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2064/2021 22.12.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızının, Vəliyeva Nərmin Elçin qızının katibliyi ilə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil,inzibati tənbeh vermə barədə protokol vermiş Abşeron RPİ-nin Saray PB-nin sahə rəisi, polis mayoru X1 iştirakı ilə, xx.xx.1990-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 6-də qeydiyyatda olan və həmin ünvanda Şəxs barəsində Abşeron Rayon Polis İdarəsinin Saray PB-dən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs oğlu barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 206 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Abşeron RPİ-nin Saray PB-nin sahə rəisi, polis mayoru X3 tərəfindən tərtib edilmiş protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəməyə daxil olmuş inzibati tənbeh vermə barədə MN ******* saylı protokoldan görünür ki, Baxşalı X2 Nazirliyi Respublika Narkoloji Mərkəzində aparılan tibbi müayinə zamanı narkotik vasitələrdən istifadə etməsi aşkar edilmişdir. Bundan başqa MN ******* saylı protokoldan görünür ki, o, 21.12.2021-ci il tarixdə saat 19:00 radələrində polisin qanuna tələblərinə tabe olmamışdır. Buna görə də onun barəsində Azərbaycan Respublikasının İXM-nin 206 və 535.1-ci maddələri ilə protokol tərtib olunmuşdur. Məhkəməyə inzibati tənbeh vermə barədə protokol vermiş şəxs Abşeron RPİ-nin Saray PB-nin sahə rəisi, polis mayoru X5 oğlu raportu məruzə edərək bildirdi ki, 21.12.2021-ci il tarixdə saat 19 radələrində Saray qəsəbəsində küçədə bir nəfər şəxsin ucadan nalayiq ifadələr işlətdiyini görüb ona yaxınlaşıb xəbərdarlıq edilsə də, o, polisin qanuni tələblərinə tabe olmamışdır. Həmin şəxsi Abşeron RPİ-nin Saray PB-nə gətirdikdə orada məlum olmuşdur ki, həmin şəxs Abşeron rayonu, Xırdalan şəhər sakini xx.xx.1990cı il təvəllüdlü Şəxsdur. Həmçinin həmin şəxsin narkotik vasitələrdən istifadə etməsi də məlum olmuşdur. Ona görə də sonuncu barəsində inzibati qaydada tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin əməlindən peşman olmasını nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Şəxs oğlu bildirdi ki, o, taksi fəaliyyəti ilə məşğudur, hərdən narkotik vasitələrdən istifadə edir, törətdiyi əməldən peşmandır. Ona məhkəmədən yüngül cəza təyin edilməsini xahiş etdi. İnzibati xəta haqqında iş materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və sahə rəisini dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs oğlunun inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 206 və 535.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. İş materiallarında olan 22.12.2021-ci il tarixli A/1314 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs oğlunun narkotik vasitə olan heroin qəbul etməsi müəyyən edilmişdir. İş materiallarında olan inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs 21.12.2021-ci il tarixdə saat 20:00 dəqiqədə inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə- üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Göstərilənlərə əsasən, məhkəmə Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, Şəxs törətmiş olduğu inzibati xətaya görə 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan daha ciddi xətaya görə inzibati tənbeh tətbiq edilməlidir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs oğlunun şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə Şəxs narkotik vasitənin təsiri altında taksi fəaliyyəti ilə məşğul olmasını onun şəxsiyyətini xarakterizə edən hal kimi nəzərə alır və hesab edir ki, həbs növündə tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Eyni zamanda məhkəmə hesab edir ki, Şəxs oğlu barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli, o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, qərarın icrası Abşeron rayon Polis idarəsinə və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinə, qərarın icrasına nəzarət isə Abşeron rayon İcra və Probasiya Xidmətinə həvalə edilməlidir. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 4 saat olmaqla, cəmi 24 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin, 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli 21 dekabr 2021-ci il saat 20:00 dəqiqədən hesablansın. Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Qərarın icrası Abşeron rayon Polis idarəsinə və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinə, qərarın icrasına nəzarət isə Abşeron rayon İcra və Probasiya Xidmətinə həvalə edilsin. Qərarın icrası Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 4 saat olmaqla, cəmi 24 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar