Məhkəmə qərarları › İş №3(012)-2065/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2065/2023

14.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2065/2023 14.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Qasımov Abusət Sahib oğlunun sədrliyi, Məhkəmə iclas katibi Rzayev Arzu Ağazeynal oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs X1 və Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Culfa şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, fərdi əməklə məşğul olan, Naxçıvan Muxtar Respublikasının Culfa şəhərində qeydiyyatda olan, Abşeron rayonu, Masazır kəndində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Abşeron rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Məhkəmənin icraatına Şəxs İXM-in 528.1-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Abşeron rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən icra məmuru X4 izahat verərək bildirmişdir ki, Culfa rayon Məhkəməsinin 2(089)-201/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs 845 manat əsas borc, 100 manat cərimə, iddia ərizəsinin verilməsinə görə dənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat, cəmi 975 manat məbləğində pul vəsaiti tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməlidir. Bundan başqa Abşeron rayon Məhkəməsinin e-2(012)-1811/2023 saylı, xx.xx.2023cü il tarixli icra vərəqəsinə əsasən X3 və Şəxs “X12”Bakı filialının xeyrinə 9947,33 manat məbləğində əsas borc, 2492,65 manat məbləğində faiz borcu olmaqla, cəmi 12439,98 manat və ödənilmiş dövlət rüsumunun əvəzi 127,32 manat məbləğində pul vəsaiti tutulmalıdır. Bundan başqa Abşeron rayon Məhkəməsinin e-2(012)-3933/2022 saylı,xx.xx.2022ci il tarixli icra vərəqəsinə əsasən Şəxs Zərərçəkmiş şəxs xeyrinə 11500 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi 124,90 manat məbləğində pul vəsaiti tutulmalıdır. Bundan başqa Culfa rayon Dövlət Notariat Ofisinin xx.xx.2022-ci il tarixli İcra Qeydinə əsasən Şəxs X6 xeyrinə 25000 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi 25 manat məbləğində pul vəsaiti tutulmalıdır. İcra sənədinin icrası ilə əlaqədar zəruri icra tədbirləri görülməsinə baxmayaraq Şəxs borcunu üzrsüz səbəbdən icra etmədiyi və icra məmurunun tələblərinə tabe olmadığı üçün sonuncu barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, müəyyən səbəblərdən borclu olduğu icra sənədləri üzrə borcları ödəyə bilməmiş, icra məmurunun qanuni çağırışlarına gəlməkdən qəsdən yayınmamışdır. Belə ki o tez tez yaşayış yerini dəyişdiyi üçün nildirişlər ona çatmamışdır. Borcdan müəyyən qədərini ödəməyə çalışsada hazırda bu mümkün olmamışdır. Lakin borcunu etiraf edir hissə-hissə ödəməkdən boyun qaçırmır, bir müddət sonra hissə-hissə olmaqla tələbkarlara borclu olduğu məbləği ödəməyə başlayacağını bildirmişdir. Göstərilənləri nəzərə alıb barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X8 izahat verərək bildirmişdir ki, Culfa rayon Dövlət Notariat Ofisinin xx.xx.2022-ci il tarixli İcra Qeydinə əsasən Şəxs onun xeyrinə 25000 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi 25 manat məbləğində pul vəsaiti tutulmalıdır. Borclu icra sənədi üzrə olan borcunu icra etməkdən hər dəfə müxtəlif bəhanələrlə yayınmış, onunla bu günə qədər hər hansı formada razılığa gəlmək barədə təklifi olmamışdır. İcra sənədinin icrasının təmin edilməsini və qeyd olunanları nəzərə alaraq, məhkəmədən Şəxs inzibati qaydada tənbeh olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, Abşeron rayon Məhkəməsinin e-2(012)-3933/2022 saylı,xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs onun xeyrinə 11500 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi 124,90 manat məbləğində pul vəsaiti tutulmalıdır. Borclu icra sənədi üzrə olan borcunundan hal-hazıradək hər hansı məbləği ödəməmiş, bu günə qədər onunla əlaqə saxlamamış borcu ödəməyə cəhd etməmişdir. İcra sənədinin icrasının təmin edilməsini və qeyd olunanları nəzərə alaraq, məhkəmədən Şəxs inzibati qaydada tənbeh olunmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Culfa rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs 845 manat əsas borc, 100 manat cərimə, iddia ərizəsinin verilməsinə görə dənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat, cəmi 975 manat məbləğində pul vəsaiti tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməsi müəyyən edilmişdir. Bundan başqa Abşeron rayon Məhkəməsinin e-2(012)-1811/2023 saylı, xx.xx.2023cü il tarixli icra vərəqəsinə əsasən X3 və Şəxs “X12”Bakı filialının xeyrinə 9947,33 manat məbləğində əsas borc, 2492,65 manat məbləğində faiz borcu olmaqla, cəmi 12439,98 manat və ödənilmiş dövlət rüsumunun əvəzi 127,32 manat məbləğində pul vəsaiti tutulmasi müəyyən edilmişdir. Bundan başqa Abşeron rayon Məhkəməsinin e-2(012)-3933/2022 saylı,xx.xx.2022ci il tarixli icra vərəqəsinə əsasən Şəxs Zərərçəkmiş şəxs xeyrinə 11500 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi 124,90 manat məbləğində pul vəsaiti tutulması müəyyən edilmişdir. Bundan başqa Culfa rayon Dövlət Notariat Ofisinin xx.xx.2022-ci il tarixli İcra Qeydinə əsasən Şəxs X6 xeyrinə 25000 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi 25 manat məbləğində pul vəsaiti tutulması müəyyən edilmişdir. xx.xx.2019-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2023-cü il tarixli, icraata başlamaq haqqında qərardan və bildirişdən görünür ki, Şəxs barəsində olan icra işi üzrə icraata başlanılmış və ona tələbin könüllü icrası barədə rəsmi bildiriş (sms məlumatlandırma) göndərilmişdir. “Borclunun axtarılması haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki Şəxs yerini müəyyən etmək üçün barəsində axtarış elan edilmiş və icrası Abşeron rayon Polis İdarəsinə həvalə edilmişdir. xx.xx.2023-cü il tarixli İcra işləri üzrə İcraatın birləşdirilməsi haqqında qərarla borclu barəsində olan icra sənədləri üzrə icraat birləşdirilmişdir. xx.xx.2023-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs icra sənədləri üzrə borcunu ödəməmişdir. Nəticədə Şəxs barəsində İXM-in 528.1ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə olan inzibati protokol əsaslı olaraq tərtib edilmişdir. Belə ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs Culfa rayon Məhkəməsinin 2(089)-201/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsi, Abşeron rayon Məhkəməsinin e-2(012)-1811/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsi, Abşeron rayon Məhkəməsinin e-2(012)-3933/2022 saylı,xx.xx.2022-ci il tarixli icra vərəqəsi, Culfa rayon Dövlət Notariat Ofisinin xx.xx.2022-ci il tarixli İcra Qeydinə əsasən müəyyən edilmiş borcunu ödəməyərək sözügedən icra sənədlərini icra etməmiş və borcunu maddi imkanı aşağı olduğuna görə ödəmədiyini bildirmişdir. Məhkəmə qeyd olunan halı icra sənədinin üzrsüz icra edilməməsi kimi qiymətləndirir və bu səbəblə də, Şəxs İXM-in 528.1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb edilməsi qənaətinə gəlir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, İXM-in 32.1.1-ci maddəsinə əsasən Şəxs əməlində məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilməmişdir Məhkəmədə, Şəxs əməlində İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halın olmamasını, törətmiş olduğu inzibati xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olunmasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona inzibati həbs növündə inzibati tənbehin təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 10 (on) gün müddətinə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 14 noyabr 2023-ci il tarixdən hesablansın. Qərarın icrası Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar