Məhkəmə qərarları › İş №3(012)-2068/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2068/2024

18.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2068/2024 18.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi ilə Protokol tərtib edən orqanın nümayəndəsi: X1 iştirakı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsi: Sharıfov David XXX oğlunun iştirakı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 324.3cü maddəsi üzrə tərtib olunmuş 20 avqust 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Sumqayıt Regional İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 324.3-cü maddəsi ilə MN ******* nömrəli, 20 avqust 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokol tərtib edən orqanın nümayəndəsi İlqar Ağayev məhkəmə iclasında iştirak edərək, Şəxs tərəfindən 20 avqust 2024-cü il tarxidə saat 10:35 radələrində Bakı-Sumqayıt yolunun Saray postu adlanan ərazidə X4 idarə etdiyi Şəxsnə məxsus “Ford Tranzit” yük markalı ** JM *** dövlət qeydiyyat nişanlı avtomobili ilə buraxılış vəsiqəsi olmadan yükdaşıma fəaliyyəti həyata keçirdiyi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Sumqayıt Regional İdarəsinin əməkdaşları tərəfindən aşkar olunaraq barəsində protokol tərtib olunmuşdur. Dəfələrlə qarşı tərəfə çağırışlar göndərilməsinə baxmayaraq idarəyə gəlməmişlər, izahat verməkdən və protokolu imzalamaqdan imtina etmişlər. Şəxs protokol tərtib edildikdən sonra elektron qaydada buraxılış vəsiqəsi almaq üçün idarəyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs nümayəndəsi David Sharıfov məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, barələrində tərtib olunmuş inzibati protokolla bağlı özlərini təqsirli bilmir. Belə ki, ”AURA İNŞAAT “ MMC-yə məxsus ** JM *** dövlət nömrə nişanı, FORD TRANSlT yük maşını (sürücü-X5) ünvan 1 ünvanda yerləşən "xxxx" MMC dən, xx.xx.2018-ci il tarixli 20280716/010 saylı müqavilə əsasında Bakı şəhəri, Nərimanov rayonunda yerləşən ”AURA İNŞAAT “ MMC-yə məxsus anbara 1100 metr HDPE Boru (Qaimə №11213657; xx.xx.2024 il) gətirərkən Sumqayıt yolunun Saray postu adlanan ərazidə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Sumqayıt Regional İdarəsinin inspektoru X3 tərəfindən bizə daşıyıcı kimi buraxılış vəsiqəsi olmadığı üçün 20 avqust 2024-cü il tarixində saat 10:35-də MN ******* saylı protokol tərtib olunmuşdur. Onu da nəzərinizə çatdırır ki, müəssisənin balansında olan ** JM *** dövlət nömrə nişanlı FORT TRANSİT yük maşını ancaq müəssisənin yüklərini daşımaq üçün istifadə olunur. Bunula əlaqədar olaraq onlar xx.xx.2019-cu ildə X2 Xidmətindən 009464 saylı “Xüsusi Fərqlənmə nişanı” almışlar. Vergi məcəlləsinin 221.4.9-cu maddəsinə əsasən Vergi ödəyicilərinin mülkiyyətində olan avtomobil nəqliyyatı vasitələri öz sahibkarlıq fəaliyyətini təmin etmək üçün işçilərinin və özünə məxsus yüklərin daşınmasında istifadə olunan avtomobil nəqliyyat vasitələri sadələşdirilmiş vergiyə cəlb edilmir və bu nəqliyyat vasitələri üçün uXüsıısi fərqlənmə nişanı" alınır. Hansı ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, X2 Xidmətinin bazasında yaradılmışdır. Azərbaycan Respublikası Avtomobil Nəqliyyatı Haqqında” qanunun 1.0.9-cu maddəsinə əsasən daşıyıcı - daşınma müqaviləsi və ya digər qanuni əsaslarla haqq müqabilində sərnişin və yük daşımalarını yerinə yetirən, mülkiyyət,icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan hüquqi şəxs və ya fərdi sahibkardır. Həmin qanunun 13-cü maddəsinə əsasən buraxılış vəsiqəsi ancaq ölkədaxili sifarişli daşımalara verilir. Yuxarıdakıları nəzərə alaraq, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Sumqayıt Regional İdarəsinin 20 avqust 2024-cü il tarixdə tərtib edilmiş MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 20 avqust 2024-cü il tarixli aktdan müəyyən olunur ki, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Sumqayıt Regional İdarəsinin inspektorları tərəfindən akt tərtib edərək, imzalamaqla təsdiq etmişlər ki, 20 avqust 2024-cü il tarxidə saat 10:35 radələrində Bakı-Sumqayıt yolunun Saray postu adlanan ərazidə X4 idarə etdiyi Şəxsnə məxsus “Ford Tranzit” yük markalı ** JM *** dövlət qeydiyyat nişanlı avtomobili ilə buraxılış vəsiqəsi olmadan yükdaşıma fəaliyyəti həyata keçirdiyi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Sumqayıt Regional İdarəsinin əməkdaşları tərəfindən aşkar olunaraq barəsində protokol tərtib olunmuşdur. 20 avqust 2024-cü il tarxidə saat 10:35 radələrində Bakı-Sumqayıt yolunun Saray postu adlanan ərazidə X4 idarə etdiyi Şəxsnə məxsus “Ford Tranzit” yük markalı ** JM *** dövlət qeydiyyat nişanlı avtomobili saxlanılmış, buraxılış vəsqəsi olmadan daşıyıcı tərəfindən yük daşınması müəyyən edilmiş və sürücü X5 təqdim etməkdən və izahat verməkdən imtina etmişdir. 21 avqust 2024-cü il tarixli məktubdan müəyyən olunur ki, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Sumqayıt Regional İdarəsi tərəfindən Şəxsnə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 324.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməklə barələrində tərtib edilmiş 20 avqust 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun surəti rəsmi məktubla MMCnin ünvanına göndərilmişdir. Məhkəmə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 324.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tərtib edilmiş 20 avqust 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və digər iş materialları ilə tamamilə sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs əməlində məsuliyyəti müəyənləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə MMC barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyəti və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 324.3-cü maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 324.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 1200 (min iki yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar