Məhkəmə qərarları › İş №3(012)-2071/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2071/2021

23.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2071/2021 23.12.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil, tələbkar Hüseyn-zadə Aysel Kamranbəy qızının iştirakı ilə, xx.xx.1986-cı il tarixdə Zəngilan rayonu, anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fəhlə, əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Zəngilan rayonu, Yenikənd ərazi dairəsi, Rəbənd kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Abşeron Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və 41655/2019-27-3 nömrəli, icra işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş 23 dekabr 2021-ci il tarixli inzibati xəta haqqında MN ******* saylı protokoldan görünür ki, Abşeron rayon məhkəməsinin 2(012)-504/2019 saylı, 25.02.2019-cu il tarixli icra sənədinə əsasən borclu Şəxs iş üzrə yaranmış 4000 (dörd min) manat məbləğində aliment borcunu iş üzrə tələbkar Hüseyn-zadə Aysel Kamranbəy qızının xeyrinə ödəməmişdir. Məhkəmə iclasında Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 bildirdi ki, Abşeron rayon məhkəməsinin 2(012)-504/2019 saylı, 25.02.2019-cu il tarixli icra sənədi üzrə borcluya bildiriş göndərilmiş, müxtəlif icra hərəkətləri aparılmışdır. Borclu Şəxs Abşeron İcra və Probasiya Şöbəsinə gəlməkdən və borcunu ödəməkdən yayınmış, bununla qətnamənin icrasından yayınmasının üzrsüz səbəbdən olduğu müəyyən edildiyindən barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Abşeron rayon məhkəməsinin 2(012)-504/2019 saylı, 25.02.2019cu il tarixli icra sənədinə əsasən ondan 29.06.2009-cu il təvəllüdlü Hüseyn-zadə Zamiq Natiq oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 154 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Hüseyn-zadə Aysel Kamranbəy qızının xeyrinə ödənilməsi qət edilmişdir. O, qətnamə üzrə borcunu ödəməkdən imtina etmir. Qalan borcunu qısa müddətdə ödəyəcəyinə dair söz verir və barəsində iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış etmiş müdafiəçi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil haqqında iş üzrə icraat aparılan şəxs Şəxs borcundan 300 manat ödəməklə, qalan borcunu qısa müddətdə ödəyəcəyinə söz verdi və barəsində iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilmiş tələbkar Hüseyn-zadə Aysel Kamranbəy qızı bildirdi ki, Abşeron rayon məhkəməsinin 2(012)-504/2019 saylı, 25.02.2019-cu il tarixli icra sənədinə əsasən 29.06.2009-cu il təvəllüdlü Hüseyn-zadə Zamiq Natiq oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 154 manat sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə ödənilməsi qət edilmişdir. Belə ki, borclu Şəxs borcundan qismən ödəniş etmişdir, hazırda borclu ilə razılığa gələrək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan 07.03.2019-cu il tarixli qərardan görünür ki, həmin tarixdə Abşeron rayon İcra və Probasiya Şöbəsində müvafiq icra sənədinə dair işlər üzrə icraata başlanılmışdır. İş materiallarında olan məlumat vərəqindən görünür ki, haqqında iş üzrə icraat aparılan şəxs Şəxs mülkiyyətində heç bir daşınar və ya daşınmaz əmlak yoxdur. Məhkəmə prosesi zamanı borclu Şəxs yaranmış aliment borcundan 300 (üç yüz) manat məbləğində tələbkar Hüseyn-zadə Aysel Kamranbəy qızına ödəniş etdi. İş materiallarında olan ərizədən görünür ki, tələbkar Hüseyn-zadə Aysel Kamranbəy qızı borclu Şəxs ilə aralarında razılıq əldə olunmasını, ona görə də iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib hissəsi olmadığından və icra məmuru vaxtında icra hərəkətlərini yerinə yetirmədiyindən iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, inztibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Məmmədov X2 Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün əsas vermir. Şəxs izahatından icra sənədini üzrsüz səbəbdən icra etməməsi görünmür. Məhkəmə zamanı müəyyən edildi ki, Şəxs əməlində qətnaməni qəsdən icra etməməsi iş materialları ilə təsdiq olunmadığından iş üzrə icraata xitam verilməlidir. Eyni zamanda məhkəmə qeyd etmək istəyir ki, protokolun məzmunu ümumiyyətlə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsini özündə ehtiva etmir, yalnız icra vərəqində olan, yəni qətnamənin qət etdi hissəsi olduğu kimi protokola köçürülmüş, lakin borclunun icra məmurunun hansı tələblərini qəsdən icra etməməsi, həmin tələblərinin nə olması və başqa hallar qeyd olunmamışdır. Belə olan halda, Şəxs icra məmurunun qanuni tələbini qəsdən yerinə yetirməməsi sübuta yetmir, buna görə də onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati icraata xitam verilməlidir. Belə ki, borclu Şəxs əsassız yerə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməsi ədalət mühakiməsinin həyata keçirən məhkəmənin prinsiplərinə ziddir olmaqla yolverilməzdir ki, bu da gələcəkdə borclu barəsində cinayət təqibinin başlanması üçün əsas ola bilər. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 4 saat olmaqla, cəmi 24 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü, 105-115 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati icraata xitam verilsin. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 4 saat olmaqla, cəmi 24 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar