Məhkəmə qərarları › İş №3(012)-2080/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2080/2023

14.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2080/2023 14.12.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Cəmilə Səfiyeva İbrahim qızının sədrliyi, Məhkəmə iclasının katibi Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, ‘’İNTER TRADE QSC’’-nin nümayəndəsi X1 iştirakı ilə, Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən ‘’İNTER TRADE QSC’’ barəsində Azərbaycan Respublikası İXM-nin 464-cü maddəsi ilə tərtib olunmuş MN1918327 nömrəli, xx.xx.2023-cü il tarixli daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən "xxxx" MMC barəsində Azərbaycan Respublikası İXM-nin 464-cü maddəsi ilə tərtib olunmuş MN1918327 nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə proses iştirakçılarına xəbərdarlıq edilmiş, inzibati protokol tərtib edən şəxs məhkəməyə gəlməmiş, gəlməməyinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ‘’İNTER TRADE QSC’’-nin nümayəndəsi X2 izahatında bildirdi ki, müəssisə onda olan bəzi dəyişikliklərlə əlaqədar audit yoxlanışından yayınmışdır, buna görə də tərtib olunan protokolla razılaşır. İş materiallarından məlum olur ki, AZ0116, ünvan 1i ünvanında fəaliyyət göstərən ‘’İNTER TRADE QSC’’ (VÖEN- **********) tərəfindən 2021 -ci il üzrə maliyyə hesabatlarının auditinin 2022-ci ildə qanunla nəzərdə tutulmuş hallarda həyata keçirilməməsi ilə əlaqədar məcburi auditdən yayınmağa görə inzibati xəta haqqında işə 23 oktyabr 2023-cü il tarixdə, saat 11-00-da Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsində baxılacağı ilə əlaqədar bildiriş göndərilmişdir ‘’İNTER TRADE QSC’’-yə 2021-ci il üzrə illik maliyyə hesabatlarının auditinin keçirilməsi ilə əlaqədar auditor rəyinin mövcud olduğu təqdirdə həmin rəyin yuxarıda qeyd olunan tarixədək göstərilən emailərdən birinə göndərmək lazım idı. Buna baxmayaraq belə rəy daxil olmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə - vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə, qeyd edilənlərdən göründüyü kimi Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən AZ0116, ünvan 1i ünvanında fəaliyyət göstərən ‘’İNTER TRADE QSC’’ (VÖEN- **********) tərəfindən 2021 -ci il üzrə maliyyə hesabatlarının auditinin 2022-ci ildə qanunla nəzərdə tutulmuş hallarda həyata keçirilməməsi ilə əlaqədar məcburi auditdən yayınmağa görə inzibati xəta haqqında ‘’İNTER TRADE QSC’’- Azərbaycan Respublikası İXM-nin 464-cü maddəsi ilə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq Qərara aldım: Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən ‘’İNTER TRADE QSC’’ barəsində Azərbaycan Respublikası İXM-nin 464-cü maddəsi ilə tərtib olunmuş MN1918327 nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta protokolu üzrə ‘’İNTER TRADE QSC’’ Azərbaycan Respublikası İXM-nin 464-cü maddəsi ilə təqsirli bilinsin və ona 1500 manat məbəğində cərimə tətbiq olunsun. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar