Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-2082/2021 28.12.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızı şikayətçi X2 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi DYNX-nin 02.12.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayətinə və ona əlavə olunmuş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: X4 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi DYNX-nin 02.12.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. İşin baxılmağa hazırlanması zamanı müəyyən edilmişdir ki, inzibati xəta hadisəsi Bakı şəhəri, Binəqədi rayonu ərazisində törədilmişdir. X1 rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi, ev 55, mənzil 95 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşadığını göstərmişdir. Onun şikayətinə yaşayış yeri üzrə baxılmasına dair vəsatəti şikayətə əlavə edilməmişdir. İnzibati xətanın törədildiyi yer isə Bakı şəhəri, Binəqədi rayonu ərazisidir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 noyabr 2020-ci il tarixli qərarına əsasən qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X2 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi DYNX-nin 02.12.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri, Binəqədi rayonu məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq, QƏRARA ALDİM : X2 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi DYNX-nin 02.12.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri, Binəqədi rayonu məhkəməsinə göndərilsin. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №3(012)-2082/2021
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-2082/2021
28.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver