Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2082/2023 15.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının hakimliyi Nuruyeva Nüşabə Ələddin qızının katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş Abşeron RPİ-nin İTŞ-nin X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçiləri Bakı şəhəri 20 saylı Vəkil bürosunun vəkili X3 və 14 saylı Vəkil Bürosunun X7 iştirakları ilə xx.xx.1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Abşeron Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi X4 tərəfindən tərtib edilmiş MN ******* saylı, xx.xx.2023-cü il tarixli protokol və ona əlavə edilmiş sənədlər Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi X4 bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 16:00 radələrində Abşeron rayon Məhkəməsinin inzibati binasının yaxınlığında əməliyyatçılara tabesizlik göstərmişdir. Daha sonra Şəxs polis əməkdaşları tərəfindən Abşeron RPİ -nə gətirilmiş və onun X9 olması müəyyən olunaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, o, xx.xx.2023-cü il tarixdə saat 16:00 radələrində Abşeron rayon Məhkəməsinin inzibati binasının yaxınlığında 90XA770 dövlət qeydiyyat nişanlı avtomobilində oturmuşdur. Bir nəfər mülki şəxs avtomobilə əl atıb pəncərəni açmaq istədi. O, hadisələrin gedişini telefon vasitəsi ilə videoya çəkmişdir. Daha sonra, onun avtomobilin qarşısını tanımadığı şəxsin idarə etdiyi ağ rəngli avtomobil kəsmişdir.Həmin avtomobildəki şəxslər onun avtomobilinə yaxınlaşdılar. Elmir adlı şəxs onun avtomobilinə 4-5 zərbə endirdi. Avtomobilin şüşəsi qırıldı. Qurban adlı şəxs avtomobilin şüşəsindən əlini salaraq onu avtomobildən düşürtdülər. Onu polis idarəsinə gətirdilər. O, polis əməkdaşlarının ünvanına nəlayiq ifadələr işlətmədiyini və onun əməlində inzibati xəta tərkibinin olmadığını əsas gətirərək inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Bakı şəhəri 20 saylı Vəkil bürosunun vəkili X5 hüquqlarını müdafiə etdiyi şəxsin əməlində inzibati xəta tərkibinin olmamasını bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında 14 saylı Vəkil Bürosunun X10 bildirdi ki, hüquqlarını müdafiə etdiyi şəxsin əməlində inzibati xəta tərkibi yoxdur. Bunu təsdiq edən disk də mövcuddur.İş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid X6 izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 17:00 radələrində Abşeron rayon Məhkəməsinin binasının yaxınlığında bir nəfər şəxsin yüksək səslə danışdığını görmüşdür. O və digər polis əməkdaşları həmin şəxsə yaxınlaşaraq ictimai asayışı gözləməsini xahiş etmişlər.Lakin həmin şəxs onların dediklərinə əhəmiyyət verməmişdir.Polis Əməkdaşlarına tabesizlik göstərmişlər. Daha sonra həmin şəxs idarəyə gətirilmiş. Həmin şəxsin Şəxs olduğu müəyyən olunmuşdur. Məhkəmə iş materiallarına əlavə olunmuş diskə baxış keçirərək müəyyən etdi ki, əməliyyatçılar tərəfindən Şəxs idarə etdiyi avtomobilin qarşısını kəsmişdir. Onun idarə etdiyi avtomobilin şüşəsi sındırılmışdır. Şəxs müxtəlif nahiyələrdən xəsarət almışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdə saat 17:30 radələrində inzibati qaydada tutulmuşdur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs hərəkətində polisə tabe olmamanın və ictimai qaydanın pozmanın əlamətləri yoxdur. O, polisə tabe olmuş, polis nəfərinin dəvəti ilə Abşeron rayon Polis İdarəsinə getmiş və heç kimin ünvanına nalayiq ifadələr işlətməmişdir.Polisin qanuni tələblərinin nədən ibarət olması müəyyən edilməmişdir. Məhkəmə nəzərə çatdırır ki, Abşeron RPİ-nin İTŞ-nin X4 tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibinin əlamətlərinin olub-olmamasını təsdiq edən hər hansı sübut məhkəmə iclasında təqdim olunmamışdır. Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri, diski, digər sübutları, o cümlədən məhkəmə iclasında tədqiq edilmiş materiala obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verib, inzibati protokolu və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi dinləyərək hesab edir ki, Rəsul Məmmədovun hərəkətlərində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin dispozisiyası ilə nəzərdə tutulmuş tərkib - polis işçisi və ya hərbi qulluqçunun ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama müəyyən edilmədiyindən onun barəsində başlanılmış icraata xitam verilməlidir. Məhkəmə hesab edir ki, inztibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər X1 Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün əsas vermir. Azərbaycan Respublikasının İXM-nin 76-cı maddəsinə görə inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, habelə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsində nəzərdə tutulur ki, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yenə də Həmin Məcəllənin 105.1-ci maddəsi ilə müəyyən edilir ki, İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilən maddi-prosessual normalarının tələblərinə əsaslanmaqla və işin hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İXM-nin müvafiq maddəyə əsasən xitam olunmalıdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53cü, 105-115 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati icraata onun əməlində həmin maddənin tərkib hissəsi olmadığından xitam verilsin. Şəxs məhkəmə zalında dərhal həbsdən azad olunsun. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №3(012)-2082/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2082/2023
15.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver