Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2087/2021 25.12.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi, polis mayoru X3, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Xırdalan Şəhər Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx xxxxxx 1985-ci il tarixdə Tərtər rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Tərtər rayonu, Azadqaraqoyunlu kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Saray qəsəbəsində yaşayan Şəxs barəsində Abşeron rayon Polis İdarəsinin Saray PB-dən daxil olmuş inzibati xəta haqqında materiala Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs, polisin tələbini yerinə yetirmədiyinə və polisin qanuni tələblərinə tabe olmadığına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Abşeron RPİnin İTŞ-nin sahə rəisi, polis mayoru X5 tərəfindən tərtib edilmiş protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi, polis mayoru X5 bildirdi ki, 25.12.2021-ci il tarixində saat 02:30 raələrində polis əməkdaşları xidmətdə olan zaman Abşeron rayonu, Masazır kəndi, Bakı-Sumqayıt yolunun kənarında yerləşən Riyad Ticarət mərkəzi ərazisində yolun hərəkətdə olan hissəsin “Toyota Prius” minik markalı, 77DC698 dövlət qeydiyyat nişanlı avtomobilin dayandığını görmüşlər. Polis əməkdaşları həmin avtomobilə yaxınlaşaraq sürücüyə özlərini təqdim etdikdən sonra avtomobili yolun hərəkət olan hissəsində saxlamamağı xahiş etmişlər. Bu zaman sürücü avtomobildən düşərək nəlayiq ifadələr işlədərək polisin qanuni tələblərinə tabe olmamış, polis əməkdaşları onu nizam-intizama dəvət etsələr də o, polisin qanuni tələblərinə riayət etməyərək polis idarəsində öz hərəkətlərinə davam etdiyinə görə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xəta üzrə özünü qismən təqsirli bilərək izahatında göstərdi ki, 25 dekabr 2021-ci il tarixdə saat 02:30 radələrində içkili vəziyyətdə olduğuna, elə vəziyyətdə evə getmək istəmədiyinə görə dostları avtomobili yolun kənarında saxlayıb getmiş, o isə Abşeron rayonu, Masazır kəndi, Bakı-Sumqayıt yolunun kənarında yerləşən Riyad Ticarət mərkəzi ərazisində yolun kənarında idarə etdiyi “Toyota Prius” minik markalı, 77DC698 dövlət qeydiyyat nişanlı avtomobili saxlayaraq yatmışdır. Bu zaman pəncərə döyülmüş, polis əməkdaşı burda avtomobilin saxlamağı qadağan olunduğunu bildirmiş, o isə cavabında avtomobilin xodlanmadığını və özünün isə içkili olduğunu polis əməkdaşına bildirmişdir. Onlar yüksək səslə ona avtomobildən düşməyi əmr etdikdə o, əsəbləşərək onların ünvanına nalayiq ifadələr işlətmiş və polisin qanuni tələbini yerinə yetirməmişdir. Sonda o, barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs müdafiəçisi Xırdalan Şəhər Vəkil Bürosunun vəkili X4 hüquqlarını müdafiə etdiyi şəxsin himayəsində iki azyaşlı və bir yetkinlik yaşına çatmayan şəxsin olmasını əsas gətirərək barəsində həbslə əlaqədar olmayan inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan AZA 013924 saylı, 25 dekabr 2021-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 25 dekabr 2021-ci il tarixdə saat 03:30-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikasının İXM-nin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmədə müəyyən olunmuşdur ki, Şəxs polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin dispozisiyası ilə nəzərdə tutulmuş tərkib mövcud olmuşdur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirliyi protokol tərtib etmiş şəxsin məhkəmədə verdiyi izahat və işin digər materialları ilə məhkəmədə sübuta yetirilir. Onun törətdiyi əməl Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikasının İXM-nin 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 535.1-ci maddəsinin sanksiyasında fiziki şəxslərə 200 manat miqdarda cərimə və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs sərxoş vəziyyətdə inzibati xəta törətməsi məsuliyyətini ağırlaşdıran hal kimi qiymətləndirilməlidir. Onun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs inzibati həbs növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Bununla yanaşı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında 03 (üç) saat olmaqla, cəmi 18 (on səkkiz) manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan Şəhər Vəkil Bürosunun vəkili X2 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona, 08 (səkkiz) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli tutulduğu 25 dekabr 2021-ci il, saat 03:30-dən hesablansın. Qərarın icrası Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında 03 (üç) saat olmaqla, cəmi 18 (on səkkiz) manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan Şəhər Vəkil Bürosunun vəkili X2 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №3(012)-2087/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2087/2021
25.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver