Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2091/2021 27.12.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, 08.02.1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Sıra-15, ev 1A-da qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Stroydetal küçəsi, ev 0002-də yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci və 342.6-cı maddələri ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Abşeron rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Şəxs 23.12.2021-ci ildə, saat 21:23-də, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin İ hissəsinin 8-ci bəndinin tələblərini pozaraq, Bakı-Quba yolu 23 km-də, «OPEL ASTRA MİNİK» markalı, **-FG-*** dövlət qeydiyyat nişanlı avtomaşını sərxoş vəziyyətdə idarə etmişdir. Buna görə Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci və 342.6-cı maddələri ilə məhkəməyə verilmişdir. Məhkəmədə Şəxs göstərilən inzibati xətanı törətməkdə təqsirli olması sübuta yetirilmişdir. İşə əlavə edilmiş, 14.09.2021-ci il tarixli, 1/4729 saylı Sərxoşluq tibbi müayinə protokolundan görünür ki, Şəxs 25.12.2021-ci il tarixdə, saat 21:00-da müayinə olunarkən, opioidlər metamfetamin, amfetamin və marixuanadan istifadə faktı aşkarlanmışdır. Buna görə də məhkəmə hesab edir ki, Şəxs törətdiyi inzibati xəta Azərbaycan Respublikası İXM-nin 333.1-ci 333.1-ci və 342.6-cı maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs ifadəsində göstərmişdir ki, 23.12.2021-ci il tarixdə «OPEL ASTRA MİNİK» markalı, **-FG- *** dövlət qeydiyyat nişanlı avtomobili Bakı-Quba yolunun 23-cü km-də idarə edərək YPX əməkdaşı onu saxlamışdır. YPX əməkdaşı yaxınlaşıb özünü təqdim etdikdən sonra nəqliyyat vasitəsinin hərəkəti zamanı telefonu əldə saxlamaqla ondan istifadə etdiyinə və idarə etmə bacarığında olmadığına görə saxlatdığını bildirmişdir. Bundan sonra YPX əməkdaşı onun sərxoşluq vəziyyətində olub-olmadığını yoxlamaq üçün Respublika Narkoloji Mərkəzinə apararaq müayinədən keçirdilər. Müayinə nəticəsində narkotik vasitə olan maddələr aşkarlanmışdır. Etdiyi əməldə özünü tam təqsirli bildiyini, törətdiyi əməldən səmimi peşman olduğunu və bir daha belə hallara yol verməyəcəyini bildirərək, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi Azərbaycan Respublikası İXM-in 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmədə Şəxs göstərilən inzibati xətanı törətməkdə təqsirli olması işdə olan digər sübutlarla təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, törətdiyi xətaya görə Şəxs inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə, Azərbaycan Respublikasının İXM-nin 31-ci maddəsinə əsasən Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, onun törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, onun barəsində inzibati tənbeh tədbiri kimi nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması inzibati tənbehin məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası İXM-nin 342.6-cı maddəsinə əsasən nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə saxlamaqla ondan istifadə etməsinə görə əlli manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrinin rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci və 342.6-cı maddələri ilə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən həmin məcəllənin 333.1-ci maddəsinin sanksiyası həddində 9 (doqquz) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılsın. Qərarın icrası Azərbaycan Respublikası Baş X1 İdarəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-2091/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2091/2021
27.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver