Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2096/2021 28.12.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Həsənov Vaqif İskəndər oğlu, Ağazadə Yunis Şükür oğlunun katibliyi, barəsində protokol tərtib olunan şəxs Şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X3, inzibati tənbeh vermə barədə protokol vermiş Abşeron RPİ-nin Qobu PB-nin sahə rəisi polis mayoru X2 və Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxxx 1973-cü il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Yevlax şəhəri, Şıxlinski küçəsi, mənzil 58-də qeydiyyatda olan Şəxs oğlunun barəsində Abşeron Rayon Polis İdarəsi Qobu PB-dən daxil olmuş Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Abşeron RPİ-nin Qobu PB-nin sahə rəisi polis mayoru X5 tərəfindən tərtib edilmiş MN ******* nömrəli protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında dindirilmiş Abşeron RPİ-nin Qobu PB-nin sahə rəisi polis mayoru X5 bildirdi ki, Şəxs 20.11.2021-ci il tarixdə Hökməli qəsəbəsində yaşadığı evdə Zərərçəkmiş şəxs döymüşdür. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs izahatında bildirdi ki, Zərərçəkmiş şəxs ilə 2007-ci ildə evlənmiş və evliliklərindən bir azyaşlı oğlan uşaqları var. Aynurun əvvəlki nigahlarından bir qızı və bir oğluda var. Son vaxtlar işləmədiyi üçün Aynur onunla yola getməmiş, daim onunla mübahisə və münaqişə edib onu evdən qovmaq istəmişdir. Sonuncu dəfə 20.11.2021-ci il tarixdə axşam saatlarında yaşadıqları evə gəlmiş və həmin vaxtı ailəməişət münasibətləri zəminində Aynurla aralarında mübahisə olmuş və mübahisə vaxtı o, Aynuru itələmişdir. Həmin vaxtı Aynurun qızı Kəmalə üstünə gəldiyi üçün o, Aynurun sifətinə şillə vurmuşdur. Bundan sonra evdən çıxıb getmişdir. Məhkəmə iclasında Şəxs müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X6 hüquqlarını müdafiə etdiyi şəxsə yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş zərərçəkən şəxs Zərərçəkmiş şəxs bildirdi ki, 2007-ci ildə Şəxs ilə evlənmişdir. Rəfail onun ikinci həyat yoldaşı olmuşdur və evliliklərindən iki azyaşlı uşaqları var. Rəfail son vaxtlar sərxoşluq edib onu incitdiyi üçün o, boşanmaq qərarına gəlmiş və 2020-ci ilin mart ayında o, Rəfaildən boşanmışdır. Lakin Rəfail yenədə onlardan əl çəkməmiş, onun evində yaşamışdır. Bu müddətdə də Rəfail sərxoşluq edib evdə onunla münaqişə etmiş və onu döymüşdür. Sonuncu dəfə yəni 20.11.2021-ci il tarixdə saat 19 radələrində o, Rəfailə işləmədiyini, daim spirtli içki içdiyini irad bildirib, evdən çıxıb getməsini tələb etmişdir. Rəfail isə onun üstünə gəlib başına və sağ qoluna yumruqla vurmuşdur. Bu zaman qızı Kəmalə Rəfailin üstünə gəlib onu vurmamasını bildirmiş və bu zaman Rəfail Kəmalənin qarın nahiyəsinə təpiklə vurmuşdur. Hazırda Şəxs ilə barışmamışdır, ondan şikayətçidir. Buna görə də o, Şəxs barəsində inzibati tədbir görülməsin xahiş edir. İş materiallarına əlavə olunmuş 02 dekabr 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlardan görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surəti aidiyyəti üzrə Abşeron RPİ-nə göndərilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş məhkəmə-tibbi ekspertizasının 02.12.2021-ci il tarixli 2898 nömrəli rəyində 1996- cı il təvəllüdlü X1 bədən səthində aşkar olunmuş xəsarət- üzün sağ yarısının səthi kəsilmiş yarası iti kənarlı əşyanın (alətin) təsirindən müayinədən 8-12 gün əvvələ əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən 20.11.2021 -ci il tarixdə əmələ gələbilərdi və sağlamlığz zərərvurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin olunmur. İş materiallarına əlavə olunmuş məhkəmə-tibbi ekspertizasının 02.12.2021 -ci il tarixli 2899 nömrəli rəyində 1976- cı il təvəllüdlü Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarət- sağ bazu nahiyəsinin qançırı küt əşyanın təsirindən müayinədən 8-12 gün əvvəl əmələ gələ bilərdi və sağlamlığa zərərvurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin olunmur. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi, zərərçəkmiş şəxsi və inzibati xəta haqqında icraat aparılan şəxsi dinləyərək, məhkəmə hesab edir ki, Şəxs inzibati xətanı törətməsində təqsiri, zərərçəkmiş şəxsin izahatı və ekspert rəyi ilə tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmədə Şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə iş üzrə Şəxs əməlindən peşman olmamasını onun şəxsiyyətini xarakterizə edən hal kimi nəzərə almaqla hesab edir ki, ona həbs növündə inzibati tənbeh tətbiq edilməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 5 saat olmaqla, cəmi 30 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X4 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 15 (on beş) gün müddətində inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 28 dekabr 2021-ci il tarixdən, saat 17:45-dən hesablansın. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 5 saat olmaqla, cəmi 30 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X3 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın icrası Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-2096/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2096/2021
28.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver