Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2098/2024 07.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Prortokol tərtib etmiş: Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 Tələbkar: Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: Şəxs iştirakları ilə 22 avqust 1986-cı il tarixdə İmişli rayonunun Bəcrəvan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala icra işi birlikdə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 tərəfindən tərtib edilmiş 07 oktyabr 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol baxılaraq, hüquqi qiymət verilməsi üçün Abşeron Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Orxan Məmmədov protokolu müdafiə edərək bildirmişdir ki, Abşeron rayon məhkəməsinin 25 dekabr 2023-cü il tarixli, 2(012)- 4373/2023 nömrəli icra vərəqəsinə əsasən iddia tələbi qismən təmin edilmiş, iddiaçı Zərərçəkmiş şəxsa məxsus 18 qram 1620 manat dəyərində komplekt dəst, 1 ədəd 8 qram 720 manat dəyərində sep, 1 ədəd 5 qram 450 manat dəyərində qolbaq, 1 ədəd 8 qram 720 manat dəyərində nişan üzük, 5 qram 450 manat dəyərində paxlava üzük, bu əşyalar olmadığı halda onların dəyəri, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 60 manat dövlət rüsumunun əvəzi cavabdeh Şəxs alınıb, iddiaçıya verilməsi qət edilmişdir. Absşeron rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş müvafiq icra vərəqəsi ilə bağlı 21 avqust 2024-cü il tarixdə icraata başlama haqqında qərar qəbul edilərək, tərəflərə rəsmi bildirişlə göndərilmiş, borclu 09 sentyabr 2024-cü il tarixdə rəsmi qaydada imzalanmaqla xəbərdarlıq edilmişdir. Bundan sonra borclu 07 oktyabr 2024-cü il tarixdə icra şöbəsinə dəvət olunmuş, izahatı alınmaqla icra sənədi ilə üzərinə qoyulmuş öhdəliyin icrasını təmin etməsi tələb olunsa da o, sözügedən icra vərəqəsi ilə bağlı heç bir icra hərəkəti aparmamışdır. Tələbkar icra şöbəsinə ərizə ilə müraciət edərək, borclunun inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Bunları nəzərə alaraq məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmədə tələbkar Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, borclunun icra sənədi üzrə yaranmış borcunu tam şəkildə ödəməsini tələb etdiyini, əks halda Şəxs barəsində inzibati tənbeh tədbiri tədbiq edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs oğlunun məhkəmə iclasında iştirak edərək, tərtib edilmiş protokolla bağlı özünü qismən təqsirli bilir. Belə ki, o, icra vərəqəsində göstərilən tələbi icra etməkdən imtina etmir, lakin işləmədiyi üçün borcdan ödənişlər edə bilməmişdir. Ona müəyyən müddət vaxt verilərsə yaranmış borcundan ödəniş edə bilər. Həmçinin bildirdi ki, tələbkara hər ay aliment ödəyir, əvvəldən borcu olduğu üçün aylıq alimentdən daha artıq məbləğ ödəyir. Buna baxmayaraq əmlakla bağlı da ödənişlər edəcəkdir. Məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsi qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və icra işinin tədqiq edilmiş sənədləri ilə müəyyən edildi: -25 dekabr 2023-cü il tarixli, 2(012)-4373/2023 nömrəli Abşeron rayon Məhkəməsinin icra vərəqəsinə əsasən cavabdeh X1 iddiaçı Zərərçəkmiş şəxsa məxsus 18 qram 1620 manat dəyərində komplekt dəst, 1 ədəd 8 qram 720 manat dəyərində sep, 1 ədəd 5 qram 450 manat dəyərində qolbaq, 1 ədəd 8 qram 720 manat dəyərində nişan üzük, 5 qram 450 manat dəyərində paxlava üzük, bu əşyalar olmadığı halda onların dəyəri, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 60 manat dövlət rüsumunun əvəzi cavabdeh Şəxs alınıb, iddiaçıya verilməsi qət edilmişdir -21 avqust 2024-cu il tarixdə qeyd olunan icra vərəqəsi ilə bağlı icraata başlama haqqında qərar qəbul edilərək, tərəflərə rəsmi bildirişlə xəbərdarlıq edilmişdir. -07 oktyabr 2024-cü il tarixdə Zərərçəkmiş şəxs tərəfindən Abşeron rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış ərizədən görünür ki, Şəxs icra vərəqəsi üzrə ödənilməli olan borcunu ödəməsini, əks halda barəsində protokol tərtib olunaraq, məhkəməyə müraciət edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasda iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında işin materiallarını icra işi ilə birlikdə tədqiq edib və yuxarıda qeyd edilənləri nəzərə alaraq, hesab edir ki, Şəxs icra sənədləri ilə üzərinə qoyulmuş öhdəliyini icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən yerinə yetirməyərək, icrasını təmin etməmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə tərəfindən Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Quluyev X2 rayon məhkəməsinin 25 dekabr 2023-cü il tarixli, 1(012)- 4373/2023 nömrəli icra sənədinə əsasən üzərinə qoyulmuş vəzifələri icra etməmiş və ödəniş etməməsinə səbəb olaraq maddi imkanının yetərli qədər olmamasını qeyd etmişdir. Lakin məhkəmə qeyd olunan halı icra sənədinin üzrsüz olaraq icra edilməməsi kimi qiymətləndirirərək, Şəxs barəsində cərimə növündə inzibati tənbehin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abusət Qasımov
Məhkəmə qərarları › İş №3(012)-2098/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2098/2024
07.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver