Məhkəmə qərarları › İş №3(012)-210/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-210/2021

25.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-210/2021 25.01.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızının, Vəliyeva Nərmin Elçin qızının katibliyi ilə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və müdafiəçisi Xırdalan şəhər vəkil bürosunun vəkili X15, inzibati tənbeh vermə barədə protokol vermiş icra məmuru X12, tələbkar X5 iştirakları ilə, xx.xx.1958-ci il tarixdə Salyan rayonu, Qırmızıkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işsiz, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər şəhərciyi, ev 18, mənzil 18 A ünvanında qeydiyyatda olan həmin ünvanda yaşayan Şəxs barəsində Abşeron rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Abşeron rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X26 oğlu tərəfindən Şəxs inzibati xəta törətməsi haqqında tərtib edilmiş MN ******* saylı protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında Abşeron rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X17 protokolu müdafiə edərək bildirdi ki, Bakı şəhəri 23 saylı X14 8İ-2968 saylı xx.xx.2019-cu il tarixli, Abşeron Məhkəməsinin 2(012)-341/2020 saylı xx.xx.2020-ci il tarixli və Abşeron Rayon Məhkəməsinin 2(012)-382/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədlərinə əsasən iş üzrə borclu X10 barəsində olan icra sənədlərini icra etməmişdir. İcra sənədlərinə əsasən borclu Şəxs 180000 (yüz səksən min) manat məbləğində pul alınaraq tələbkar X8 ödənilməsi, X6 300000 (üç yüz min)ABŞ dolları, cavabdeh X1 xeyrinə vurulmuş maddi zərərə görə 200000 iki yüz min ABŞ dolları məbləğində pul vəsaitinin ödənilməsi qət edilmişdir. Cavabdeh Şəxs icra sənədlərinin icrasından yayınaraq borclarını ödəməkdən müxtəlif bəhanələrlə imtina edərək, heç bir üzrlü səbəb göstərmədən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Buna görə də, icra məmuru, borclu Şəxs barəsində inzibati tənbeh tədbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək, bildirmişdir ki, özünü qismən təqsirli bilir. Təranə Fətəliyevadan faizə pul götürüb qaytarmışdır. Onlar biznes qurmuş, həmin pullar hesabına 27(iyirmi yeddi) bina tikmiş, lakin 2018-ci ildə borcunu vaxtında ödəyə bilmədiyi üçün aralarında münaqişə yaranmışdır, əməlindən peşmandır və borcunu hissə-hissə ödəyəcəyinə söz verir. Xatirə Fətəliyevanı isə Təranə Fətəliyevanın vasitəsilə tanımış, borcunun əvəzi olaraq 15 ədəd mənzil vermişdir. Məlahət Qurbanovanı isə tələbəlik vaxtlarında tanıyır, sürücüsü ona demədən sonuncudan borca pul almış, o da həmin dövrdə deputat olduğundan notarial qaydada müqavilə bağlamağa məcbur olmuşdur. Hazırda Korrupsiyaya qarşı Mübarizə İdarəsində hər üç müqavilə ilə bağlı araşdırma davam edir. Ona görə də məhkəmə prosesinin istintaq bitənə qədər dayandırılmasını xahiş edir. Məhkəmə iclasında dindirilmiş tələbkar X13 bildirdi ki, iş üzrə borclu Şəxs 180000 manat məbləğində pul alınaraq ona ödənilməlidir. Lakin müxtəlif bəhanələrlə borcu ödəməkdən imtina edir. Belə ki, o, borclu Şəxs barəsində inzibati tənbeh tədbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Abşeron rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X12 xx.xx.2019-ci il tarixdə icraata daxil olmuş Bakı şəhəri 23 saylı Notariat Kontoru 8İ-2968 saylı xx.xx.2019-cu il tarixli icra sənədi; xx.xx.2013-cu il tarixdə icraata daxil olmuş Bakı Apellyasiya Məhkəməsinin 2(103)3402/12 saylı xx.xx.2012-ci il tarixli; xx.xx.2018-cu il tarixdə icraata daxil olmuş Abşeron rayon Məhkəməsinin 2(012)561/18 saylı xx.xx.2018-ci il, xx.xx.2020-cu il tarixdə icraata daxil olmuş Binəqədi rayon Məhkəməsinin 2(001)1621/2019 saylı xx.xx.2019-ci il, xx.xx.2019-cu il tarixdə icraata daxil olmuş Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)237/2019 saylı xx.xx.2019-ci il, xx.xx.2019-cu il tarixdə icraata daxil olmuş Abşeron rayon Məhkəməsinin 2(012)382/19 saylı xx.xx.2019-ci il, xx.xx.2020-cu il tarixdə icraata daxil olmuş Abşeron rayon Məhkəməsinin 2(012)341/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədləri üzrə icraatda eyni borclu barəsində olan bir neçə icra sənədlərinin ümumi icraatda birləşdirilməsi qərara alınmışdır. Həmin qərardan görünür ki, Bakı şəhəri 23 saylı Notariat Kontoru 8İ-2968 saylı xx.xx.2019-ci il tarixli icra vərəqəsinə əsasən X2 cəmi 180020 manat tutularaq tələbkar X7 xeyrinə ödənilməli; Abşeron rayon Məhkəməsinin 2(012)561/18 saylı xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə X2 cəmi 2222.232 ABŞ dolları məbləğində pul vəsaiti, xx.xx.2013-cü il tarixli müqavilə üzrə cəmi 326848.80 manat məbləğində və 30 manat ödənilmiş dövlət rüsumu cavabdeh Şəxs “xxxx” ASC-nin xeyrinə tutulmalı, ödəmə ipoteka qoyulmuş X9 mülkiyyətindəki əmlaklara yəni, 1)Abşeron rayonu Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər şəhərciyi, bina 5-də ümumi sahəsi 68.5 kv.m olan 3 saylı qeyri-yaşayış sahəsi, 2)Abşeron rayonu Mehdiabad qəsəbəsi Binəqədi Gənclər şəhərciyi, bina 5-də ümumi sahəsi 68.5 kv.m olan 4 saylı qeyri-yaşayış sahə; 3)Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər şəhərciyi, bina 5-də ümumi sahəsi 578.9 kv.m olan baxça; 4)Abşeron rayonu Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər şəhərciyi, bina 5-də ümumi sahəsi 371.6 kv.m olan 7 saylı qeyri-yaşayış sahələrinə yönəldilməli, həmin qeyri-yaşayış sahələri və baxça açıq hərracda satılmalı və onların satışından əldə olunmuş pul vəsaiti hesabına Şəxs ümumilikdə 2222.232 ABŞ dolları və 326848.80 manat məbləğində borcu “xxxx” ASC-nin hesabına ödənilməli, ipoteka predmetlərinin ümumilikdə ilkin satış qiyməti 1491205.69 ABŞ dolları məbləğində müəyyən edilməli, “xxxx” ASC-nə ödənilməli olan kredit borcu və dövlət rüsumunun əvəzi ödənildikdən sonra ipoteka predmetlərinin hərracdan satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsi cavabdeh X11 qaytarılmalı və ya hərracdan əldə olunmuş vəsait bborcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Şəxs tutulmalı, cavabdehlər Şəxs və X9 həmin əmlaklara istifadə hüquqlarının itirilməsi və əmlakların boşaldılması müəyyən edilməli; Bakı Apellyasiya Məhkəməsinin 2(103)3402/12 saylı xx.xx.2012-ci il tarixli icra sənədinə əsasən cavabdehlər Cəbrayılov Ehtibar Böyükkişi oğlu və Şəxs iddiaçı “Nikoyl” İKB-nın xeyrinə müştərək qaydada cəmi 214834 manat pul tutulmalı, tutulacaq məbləğ kreditin təminatı kimi Cəbrayılov Ehtibar Böyükkişi oğluna çəxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər şəhərciyində inşa edilən 6 mərtəbəli binaların İV binasının bütövlükdə 1199 kv.m təşkil edən qeyri-yaşayış sahəsinə və V binanın bütövlükdə 1199.2 kv.m təşkil edən qeyri-yaşayış sahəsinə yönəldilməli həmin qeyri-yaşayış sahələrinə tam pay hüquqları açıq hərracda satılaraq, satışdan əldə ediləək məbləğin iddia tələbi həcmində olan hissəsi “NİKOYL” İKB-na ödənilməli, Binəqədi rayon Məhkəməsinin 2(001)1621/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən X3 cəmi 56755.65 ABŞ dolları pul tutularaq “Azərbaycan Respublikası Mərkəzi Bankı”nın müəyyən etdiyi məzənnə üzrə manatla, məhkəmə xərclərinə görə 1150 manat “xxxx” ASC-nin xeyrinə tutulmalı, Cəbrayılov mRafael Kamil oğlundan iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 200 manat dövlət nəfinə tutulmalı, X9 mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər şəhərciyi 2 ünvanında yerləşən ümumi sahəsi 61kvm olan qeyri-yaşayış sahəsi ilkin satış qiyməti 49.000 manat, Abşeron rayonu Mehdiabad qəsəbəsi Binəqədi Gənclər şəhərciyi 2 ünvanında yerləşən ümumi sahəsi 61 kvm olan qeyri-yaşayış sahəsi ilkin satış qiyməti 48.000 manat, Abşeron rayonu, Mehdiabad qəsəbəsi Binəqədi Gənclər şəhərciyi 4 ünvanında yerləşən ümumi sahəsi 139.6 kvm olan qeyri-yaşayış sahəsi ilkin satış qiyməti 97.000 manat, Abşeron rayonu Mehdiabad qəsəbəsi Binəqədi Gənclər şəhərciyi 4 ünvanında yerləşən ümumi sahəsi 102.4 kvm olan qeyri-yaşayış 76.500 manat olmaqla açıq hərracda satılsın, satışdan əldə olunmuş vəsaitdən 56755.65 ABŞ dolları borc ödənişin icra edildiyi gün Azəbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla, məhkəmə xərclərinə görə 1150 manat xxxx ASC-nin hesabına, 200 manat ekspertiza tədqiqatının dəyəri dövlət nəfinə keçirilsin, X9 mülkiyyətində olan Abşeron rayonu Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər şəhərciyi 2 ünvanında yerləşən ümumi sahəsi 61 kvm olan qeyri-yaşayış sahəsi, Abşeron rayonu Mehdiabad qəsəbəsi Binəqədi Gənclər şəhərciyi 2 ünvanında yerləşən ümumi sahəsi 61 kvm olan qeyri-yaşayış sahəsi, Abşeron rayonu, Mehdiabad qəsəbəsi Binəqədi Gənclər şəhərciyi 4 ünvanında yerləşən ümumi sahəsi 139.6 kvm oaln qeyri-yaşayış sahəsi, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər şəhərciyi 4 ünvanında yerləşən ümumi sahəsi 102.4 kvm olan qeyri-yaşayış sahəsi açıq hərracda satıldıqdan bir ay sonra boşaldılsın, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)237/2019 saylı xx.xx.2019-ci il tarixli icra sənədinə X9 mülkiyyətindəki əmlakların, yəni Abşeron rayonu, Mehdiabad qəsəbə, Binəqədi Gənclər şəhərciyi, bina 5-də ümumi sahəsi 578.9 kvm olan baxçanın bazar qiyməti 579.000 manat, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər şəhərciyi, bina 5-də ümumi sahəsi 68.5 kvm olan 3 saylı qeyri-yaşayış sahəsinin bazar qiyməti 55.000 manat, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər şəhərciyi, bina 5-də ümumi sahəsi 68.5 kvm olan 4 saylı qeyri-yaşayış sahəsinin bazar qiyməti 55.000 manat, Abşeron rayonu Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər şəhərciyi, bina 5-də ümumi sahəsi 371.6 kvm olan 7 saylı qeyri-yaşayş sahəsinin bazar qiyməti 372.000 manat müəyyən edilsin, “xxxx” ASC ilə Şəxs arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən cəmi 2222.232 ABŞ dolları, xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən cəmi 326848.80 manat məbləğində pul və 30 manat dövlət rüsumunun cavabdeh X2 “xxxx” ASC-nin xeyrinə tutulması, ödəmənin ipotekaya qoyulmuş X9 mülkiyyətindəki əmlakların, yəni Abşeron rayonu, Mehdiabad qəsəbə, Binəqədi Gənclər şəhərciyi, bina 5-də ümumi sahəsi 578.9 kvm olan baxçasına, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər şəhərciyi, bina 5-də ümumi sahəsi 68.5 kvm olan 3 saylı qeyri-yaşayış sahəsinə, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər şəhərciyi, bina 5-də ümumi sahəsi 68.5 kvm olan 4 saylı qeyri-yaşayış sahəsinə, Abşeron rayonu Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər şəhərciyi, bina 5-də ümumi sahəsi 371.6 kvm olan 7 saylı qeyri-yaşayş sahəsinə yönəldilməsi, həmin qeyri-yaşayış sahələri və baxçanın hərracdan atılması və onların satışından əldə olunmuş pul vəsaiti hesabına X4 ümumilikdə 2222.232 ABŞ dolları və 326848.80 manat məbləğində borcun “xxxx” ASC-nin hesabına ödənilməsi, “xxxx” ASC- yə ödənilməli olan kredit borcu və dövlət rüsumunun əvəzi ödənildikdən sonra ipoteka predmetlərinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin cavabdeh X11 qaytarılması və ya hərracdan əldə olunmuş pul vəsaitin borcun tam ödənilməsinə kifayət etmədikdə alan məbləğin Şəxs tutulması, cavabdehlər Şəxs və X9 həmin əmlaklara istifadə hüquqlarının itirilməsi və əmlakların boşaldılması hissəsində dəyişdirilmədən saxlanılmalı, Abşeron rayon Məhkəməsinin 2(012)382/19 saylı xx.xx.2019-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 300.000 ABŞ dolları məbləğində borc və 30 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq iddiaçı X6 verilməli, Abşeron rayon Məhkəməsinin 2(012)341/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən cavabdeh X2 iddiaçı X1 xeyrinə vurulmuş maddi zərərə görə 200.000 ABŞ dolları və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pul vəsaiti tutulması qət olunmuşdur. Abşeron rayon İcra və Probasiya Şöbəsində müvafiq icra sənədlərinə dair işlər üzrə icraata başlanılmışdır. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 2(012)-6374/2020-ci il saylı, xx.xx.2020-ci il tarixli qətnamədən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan sorğulardan görünür ki, borclu Şəxs mülkiyyətində heç bir əmlakı yoxdur. Məhkəmə iclasında çıxış etmiş müdafiəçi X24 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında iş materiallarını tədqiq edərək, toplanmış sübutlara qiymət verərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi inzibati hərəkət Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İXM-in 76-cı maddəsinə görə inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, habelə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 2 saat olmaqla, cəmi 12 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X18 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 1000 (bir min) manat inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 2 saat olmaqla, cəmi 12 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X18 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar