Məhkəmə qərarları › İş №3(012)-210/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-210/2023

01.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-210/2023 01.02.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Həsənov Vaqif İskəndər oğlu, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Abşeron Rayon Polis İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ M: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Abşeron Rayon Polis İdarəsinin əməkdaşı yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiqetmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməməyinə görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə məsuliyyət nəzərdə tutan İXP5124749 nömrəli inzibati xəta haqqında protokol tərtib etmiş və baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin DYP Portal çıxarışından və xx.xx.2022-ci il tarixli EQ9231432 nömrəli protokola əsasən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə «Qaz 24» minik markalı, ** CB *** dövlət qeydiyyat nömrəli avtomobili idarə edərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun müvafiq maddəsinin tələblərini pozduğuna görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və səlahiyyətli orqan tərəfindən 10 manat məbləğində cərimə edilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin ASAN PAY ödəniş portalından çıxarışdan görünür ki, Şəxs EQ9231432 nömrəli protokol üzrə cəriməni ödəmişdir. Hazırda qüvvədə olan Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəlləsinin 529-cu maddəsinin qeyd hissəsində göstərilir ki,bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cərimə,dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda),529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni,dəbbə pulunu,nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Həmin Məcəllənin 145.1.4.-cü maddəsinə əsasən şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yarandıqda iş üzrə icraata xitam verilir. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, Şəxs tərəfindən EQ9231432 nömrəli inzibati protokola əsasən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar üzrə ona təyin edilmiş cərimə və hesablanmış dəbbə pulu tam şəkildə ödənilmişdir. Beləliklə də, Şəxs İXM-in 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətdən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,114.1.4 və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair iş üzrə inzibati məsuliyyətdən azad edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar