Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-210/2025 04.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron rayon Polis İdarəsindən daxil olmuş İXM-nin 327.8-ci maddəsi üzrə inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2024-ci il tarixdə saat 17:00 radələrində idarə etdiyi “Mitsubishi- Outlander” minik, markalı **-ZS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsi ilə Mehdi Hüseynzadə küçəsinin kəsişməsinə çatıb sağa dönəcəyi yolun hərəkət hissəsini piyada keçidi ilə keçməkdə olan piyada Zərərçəkmiş şəxs yol verməli olduğu halda buna riayət etməyib vuraraq Zərərçəkmiş şəxs yüngül bədən xəsarətinin alması ilə nəticələnən ehtiyatsızlıqdan yol nəqliyyat hadisəsi törətmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında İİİ Tağım YPX inspektoru polis baş serjantı X3 tərəfindən xx.xx.2024-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, xx.xx.2024-ci il tarixdə saat 17:00 radələrində “Mitsubishi-Outlander” minik, markalı **-ZS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsi ilə Mehdi Hüseynzadə küçəsinin kəsişməsində hərəkətdə olan zaman ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs vurmuşdur. Əraziyə gələn X7 avtomobili Zərərçəkmiş şəxs xəstəxaxaya aparmışdır. O, özü də xəstəxanaya getmiş, lakin Zərərçəkmiş şəxs müalicədən imtina etmişdir. Bundan sonra o, Zərərçəkmiş şəxsı səhhəti ilə maraqlanmamışdır. Əməlindən peşmandır. Qeyd ediklərinin nəzərə alınaraq barəsində yüngül inzibati tənbeh tədbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında göstərdi ki, xx.xx.2024ci il tarixdə saat 17:00 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsi ilə Mehdi Hüseynzadə küçəsinin kəsişməsində hərəkətdə olan zaman qəflətən onu avtomobil vurmuşdur. Bu zaman o, başından xəsarət almışdır. Onu vuran avtomobilin sürücüsü onu avtomobilə mindirərək öz evinə aparmış, daha sonra evə həkim gətirmişdir. Həmin şəxs ona bildirmişdir ki, bu barədə heç kəsə bildirməsin. Lakin, onun vəziyyəti yaxşı olmadığı üçün qızına zəng vuraraq həmin yerə dəvət etmişdir. Qızı onun vəziyyətini gördükdən sonra dərhal X7 dəvət etmiş, 102 Zəng Mərkəzinə zang vuraraq hadisə barədə məlumat vermişdir. X7 avtomobili Sumqayıtda yerləşən xəstəxanaya aparmışlar. Lakin onun qızı daha sonra onu özəl xəstəxanaya aparmışdır. Onu avtomobil ilə vuran şəxs xəstəxanaya gəlməmiş, onun səhhəti ilə maraqlanmamışdır. O, zərərinin ödənilməsini tələb edir və Şəxs şikayətçidir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi özünün, zərərçəkən şəxsin izahatı və işin materialları ilə tam sübuta yetirilir. Ona görə də onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. İş materiallarında olan Abşeron RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı polis mayoru Nicat Hadıyev tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, toplanmış material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi, sürücü Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə toplanmış material Abşeron RPİ-nin DYPŞ-si vasitəsi ilə Abşeron rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmçinin, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” X6 xx.xx.2024-cü il tarixdə verilmiş 2586 nömrəli rəyindən görünür ki, 1951-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər-başın təpə-ənsə nahiyyəsinin əzilmiş-cırılmış yarası, sol əlin arxa səthinin və sol diz oynağı nahiyəsinin qançuları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə yol-nəqliyyat hadisəsi zamanı piyada qismində hərəkətdə olan avtomaşınla vurulması nəticəsində əmələ gələ bilmələri mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. xx.xx.2024-cü il tarixli 2/61739 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 20:17-də ayıq olmuşdur. Məhkəmə tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs xx.xx.2024-ci il tarixdə saat 17:00 radələrində idarə etdiyi “Mitsubishi-Outlander” minik, markalı **-ZS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsi ilə Mehdi Hüseynzadə küçəsinin kəsişməsinə çatıb sağa dönəcəyi yolun hərəkət hissəsini piyada keçidi ilə keçməkdə olan piyada Zərərçəkmiş şəxs yol verməli olduğu halda buna riayət etməyib vuraraq Zərərçəkmiş şəxs yüngül bədən xəsarətinin alması ilə nəticələnən ehtiyatsızlıqdan yol nəqliyyat hadisəsi törətmiş, nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsi tərtib edilmiş inzibati xəta haqqında protokol, özünün izahatı və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, o, Azərbaycan Respublikası İXMnin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və o həmin maddənin sanksiyası həddində cərimə tənbeh növü ilə inzibati tənbeh edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin dispozisiyasına görə, həmin Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, onun təqsirinin dərəcəsini, eləcə də cəmiyyətin maraqlarını nəzərə almaqla barəsində nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinsin, ona 1 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Azərbaycan Respublikası DİN BDYPİ-yə həvalə edilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №3(012)-210/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-210/2025
04.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver