Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2102/2024 22.11.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi ilə, Barəsində inzibati icraat aparılan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat İdarəsi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə Abşeron rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat İdarəsinin Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Abşeron rayon Polis İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli AP seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Abşeron rayon Polis İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola əsasən hüquqi şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat İdarəsinin mülkiyyətində olan nəqliyyat vasitəsini xx.xx.2024-cü il tarixdə inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı Abşeron RPİ-nin DYPŞ-nin sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Məhkəmə iclasında iştirak etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat İdarəsinin nümayəndəsi X2 inzibati xəta haqqında protokolun dəlilləri ilə razı olmayaraq bildirmişdir ki, təmsil etdiyi şirkətin mülkiyyətində olan «UAZ 3163-185-27» markalı **-JG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən sürücü haqqında məlumat xx.xx.2024-cü ildə Abşeron rayon Polis İdarəsi Dövlət X4 təqdim edilmişdir. Belə ki, Abşeron Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi tərəfindən göndərilmiş sorğu idarəyə xx.xx.2024-cü il tarixdə də göndərilmişdir. Sözügedən sorğuya cavab məktubu da bir gün sonra elektron formada imzlanaraq polis şöbəsinə göndərilmişdir. Qeyd edir ki, Əliyeva adlı şəxsin kim olduğunu bilmir. Onların idarəsinə sorğu 23 oktyabr 2024-cü il tarixdə daxil olmuşdur. Buna dair sübutu məhkəməyə təqdim etməklə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Protokol tərtib etmiş orqana məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildirişlər göndərilmiş, lakin orqanın nümayəndəsi məhkəmə iclasına nümayəndəsini göndərməmiş və ya tərəfindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli AP seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, hüquqi şəxs olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat İdarəsinin mülkiyyətində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, İdarə Abşeron rayon Polis İdarəsi Dövlət X4 elektron qaydada məktub göndərərək, şirkətə məxsus olan «UAZ 3163-185-27» markalı **-JG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən sürücü haqqında məlumatı təqdim etmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat İdarəsi mülkiyyətində olan «UAZ 3163-185-27» markalı **-JG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən şəxs barədə məlumat barədə sorğunun 23 oktyabrda deyil 07 avqust 2024-cü il tarixdə idarəyə göndərilməsi barədə müvafiq xəbərnamə təqdim edilsə də, xəbərnamədə sorğunu alan şəxsin adının Əliyeva olduğu bildirilir, həmin şəxsin barəsində icraat aparılan idarənin səlahiyyətli şəxsi olması barədə məhkəməyə hər hansı bir sənəd təqdim edilməmişdir, barəsində icraat aparılan idarə tərəfindən isə məhkəməyə sorğunun onlara 23 oktyabr 2024-cü il tarixdə daxil olması barədə müvafiq sənəd təqdim edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi həmin maddədə nəzərdə tutulan məsuliyyəti yaradır. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 105.1-ci maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs)inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Abşeron rayon Polis İdarəsi Dövlət X5 tərəfindən ünvanlanmış sorğu SX ********* nömrəli xəbərnaməyə əsasən xx.xx.2024-cü il tarixdə “Əliyeva Nigar” adlı şəxs tərəfindən imzalanaraq qəbul edilmişdir. Lakin, həmin məktubu qəbul edən şəxsin kim olması, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat İdarəsində işləyib-işləməməsi müəyyən olunmur. Lakin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat İdarəsinin nümayəndəsi tərəfindən təqdim edilmiş sənədlərdə görünür ki, müvafiq sorğu idarəyə xx.xx.2024-cü il tarixdə rəsmi qaydada daxil olmuş və xx.xx.2024-cü il tarixdə də sorğuya cavab olaraq UAZ 3163-185-27» markalı **-JG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən şəxs barədə məlumatlar Abşeron Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə elektron formada göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd edilənlərə əsasən hazırkı iş üzrə inzibati xəta tərkibi olmadığından, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 53, 105, 115,128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat İdarəsi barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi üzrə icraata əməldə inzibati xəta tərkibi olmadığı üçün xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Firuzə Kərimova
Məhkəmə qərarları › İş №3(012)-2102/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2102/2024
22.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver