Məhkəmə qərarları › İş №3(012)-2109/2020

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2109/2020

18.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2109/2020 18.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron RPİ-dən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM : Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında DİN-nin Abşeron Rayon polis mayoru X2 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli İXP ******* saylı protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. İş üzrə məhkəmə iclası xx xxxxxx 2020-ci il tarixə, saat 10:00-a təyin edilmiş, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasına dəvət edilmişdir. Lakin, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxslər məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədilməsi haqqında işə inzibati xəta törətmiş şəxs Şəxs və zərərçəkən şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. xx xxxxxxxx 2020-ci il tarixdə saat 11 radələrində Şəxs idarə etdiyi Kia Sportage markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Saray-Novxanı qəsəbəsi istiqamətinə saatda 60-70 km sürətlə hərəkətdə olan zaman fikirli olduğundan orta düz xəttdən sola doğru yəni, əks istiqamətli hərəkət zolağına çıxıb, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndini Üfiqi nişanlanma xətlərinin 1.1-1.3 xətlərini kəsib keçməldə yol nişanının tələblərini pozaraq, Saray qəsəbəsi istiqamətindən Xırdalan şəhəri-Vaz dairəsi istiqamətində saatda 70-80 km sürətlə hərəkət edən X1 idarə etdiyi Volksvagen Passat markalı, **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sürücü Seymur Tağıyev sağlamlığa Yüngül zərər vurmaya aid bədən xəsarətləri almışdır. İş materiallarında olan sənədlərdən görünür ki, Şəxs oğlunun barəsində Abşeron RPİnin təhqiqat şöbəsinin təhqiqatçısı polis mayoru X3 tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi qərarı verilmişdir. İş materiallarında olan zərərçəkmiş şəxs X4 tərəfindən verilmiş ərizədən görünür ki, haqqında inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs barəsində heç bir şikayət və tələbi yoxdur. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddələri ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini, ilk dəfə inzibati xəta törətməsini, maddi və ailə vəziyyətini nəzərə alır. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Ona görə də məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və inzibati tənbeh növü tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlb etmənin məqsədlərinə uyğundur. Zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsi üçün mülki qaydada şikayət vermək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43,114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 200 manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Sumqayıt şəhər probasiya şöbəsinə həvalə edilsin Zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsi üçün mülki qaydada şikayət vermək hüququ izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar