Məhkəmə qərarları › İş №3(012)-211/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-211/2024

27.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-211/2024 27.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X5 katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Dövlət Əmək Müfəttişliyi Xidmətinin baş məsləhətçisi X1 iştirakı ilə, İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X9 Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin X3 xx.xx.2024cü il tarixli MN ******* saylı inzibati xəta haqqında qərarından verdiyi şikayətinə Abşeron rayonu, Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X14 barəsində Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin X7 tərəfindən qəbul edilən xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında qərardan şikayət ilə məhkəməyə müraciət edərək, həmin qərarın ləğv edilməsivə inzibati xətaya dair işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, onun tərəfindən X15 və X10 xx.xx.2023-cü tarixdən xx.xx.2023-cü il tarixədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən müəyyən işləri yerinə yetirilməsinə cəlb edilmişdir. O, vəzifəli şəxs deyil, onun adına heç bir müəssisə və mülkiyyətində heç əmlak yoxdur və sahibkarlıq fəaliyyəti ilə məşğul olmur. Onun adına **********2 VÖEN açılsa da əvvəllər həmin VÖEN-də istifadə etmiş, lakin sonradan həmin VÖEN dən istifadə etmir, təxminən dörd ilddən çoxdur ki, VÖEN üzrə fəaliyyətimi dayandırmışdır. Özü daş karxanasında maşinist kimi işləyir, bu barədə xx.xx- 2023-cü il tarixdə əmək müqaviləsi bağlamışdır. Özü fəhlə işlədiyindən, texnikanın təmirə ehtiyacı olanda günəmuzd olaraq özünə köməyə fəhlə çağırır. Həmin vaxtı da işlətdiyi texnikanın təmirə ehtiyacı olduğu üçün X13 və X6 ona kömək məqsədilə çağırmışdır. O özü əmək müqaviləsi ilə həmin daş karxanasında fəhlə işlədiyini halda həmin şəxslərlə əmək müqaviləsi bağlaya bilməz. Onun vəzifəli şəxs kimi cərimə edilməyi əsassız və qanunsuzdur. Buna görə də həmin qərarın təmin edilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X14 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Dövlət Əmək Müfəttişliyi Xidmətinin baş məsləhətçisi X2 qərarın məzmununa uyğun izahat verərək bildirmişdir ki, vəzifəli şəxs X14 vətəndaşlar X11 və X4 “Qızılqaya” adlanan daş karxanasında xx.xx.2023-cü tarixdən xx.xx.2023-cü il tarixədək əmək müqaviləsiz işlətmişdir. Buna görə də o, şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə zamanı tədqiq edilmiş: X9 barəsində Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Dövlət Əmək Müfəttişliyi Xidmətinin xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında qərarından müəyyən edilir ki, vəzifəli şəxs X14 vətəndaşlar X11 və X4 “Qızılqaya” adlanan daş karxanasında xx.xx.2023-cü tarixdən xx.xx.2023-cü il tarixədək əmək müqaviləsiz hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildikləri müəyyən edilmişdir. İşin materiallarında olan Qaradag rayon Prokurorunun xx.xx.2023-cü il tarixli Qərarından müəyyən edilir ki, X9 barəsindəİXM-nin 192.1-192.11 maddəsi ilə inzibati icraat başlanmış və aidiyyatı üzrə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Dövlət Əmək Müfəttişliyi Xidmətinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. 342.2.2-ci maddəsinə əsasən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, yəni normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə yüz əlli manat məbləğində cərimə edilir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, X9 Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin X3 xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında qərarından şikayəti əsassız olduğundan təmin edilməməlidir. Qərarların ləğvi üçün şikayətçinin dəlilləri iş materialları ilə təkzib olunur. Beləliklə, istinad olunan maddi və prosessual hüquq normalarına və işin faktiki hallarına əsasən məhkəmə hesab edir ki, X9 Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin X3 xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında qərarın ləğv edilməsivə inzibati xətaya dair işin icraatına xitam verilməsi barədə şikayəti əsassız olduğundan rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-129 və134-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X9 Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin X3 xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə şikayəti təmin edilməsin. Qərardan surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar