Məhkəmə qərarları › İş №3(012)-2110/2020

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2110/2020

05.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2110/2020 05.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Tağıyev Rəşad Pərviz oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Ələkbərova Sevinc Ruslan qızının, protokol tərtib etmiş şəxs Abşeron rayon Polis İdarəsinin İTŞ-nin polis sahə rəisi polis mayoru X1 iştirakı ilə, xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Kəlbəcər rayonu, Lev kəndində yaşayan Ələkbərova Sevinc Ruslan qızı barəsində Abşeron rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Ələkbərova Sevinc Ruslan qızı 04 noyabr 2020-ci il tarixdə saat 21:15-də xüsusi icazə vərəqəsi olmadan komendant saatı vaxtında Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “Araz” marketdə fəaliyyətini davam etdirməklə hərbi vəziyyət rejiminin tələblərini pozmuşdur. Buna görə Ələkbərova Sevinc Ruslan qızı Azərbaycan Respublikası İXM-nin 517-2.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Şəxs göstərilən əməli törətməsi aşağıdakı qaydada müəyyən olunmuşdur. İnzibati xəta protokolu tərtib etmiş şəxs Abşeron rayon Polis İdarəsinin İTŞ-nin polis sahə rəisi polis mayoru X3 məhkəmədə verdiyi izahatında göstərmişdir ki, ƏÇPA-nın 12-ci PB-nin polis nəfəri, polis serjantı X2 tərəfindən tərtib edilmiş raporta əsasən Kəlbəcər rayonu, Lev kəndində yaşayan Ələkbərova Sevinc Ruslan qızı xx xxxxxx 2020-ci il tarixdə saat 21:15-də xüsusi icazə vərəqəsi olmadan komendant saatı vaxtında Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “Araz” marketdə hərbi vəziyyət rejiminin tələblərini pozmuşdur. Buna görə də Ələkbərova Sevinc Ruslan oğlu barəsində Azərbaycan Respublikası İXM-nin 517-2.1-ci maddəsinə əsasən protokol tərtib edilmişdir. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmədə verdiyi izahatında göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat 21:15-də Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “Araz” marketdə fəaliyyətini davam etdirərkən, polis əməkdaşları marketə daxil olaraq ona yaxınlaşmışdır. Sorğu zamanı polis əməkdaşlarına komendant saatı vaxtında xüsusi icazə vərəqəsinin olmadığını bildirdikdə, polis əməkdaşları onu Pİ-nə dəvət etmişlər. Hazırda törətdiyi əməldən peşmançılıq çəkir. Məhkəmədə Şəxs inzibati xətanı törətməsində təqsirli olması özünün izahatı və işdə olan digər sübutlarla da təsdiq olumuşdur. Məhkəmə hesab edir ki, törətdiyi inzibati xətaya görə Şəxs barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Şəxs törətdiyi əməldən peşmançılıq çəkməsini Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal yoxdur. Məhkəmə, Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinə əsasən Ələkbərova Sevinc Ruslan oğlunun törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halı nəzərə alaraq, hesab edir ki, ona maddənin sanksiyasında nəzərdə tutulan xəbərdarlıq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrinin rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 517-2.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, ona inzibati xəbərdarlıq elan edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar