Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2111/2023 06.12.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Baş X4 İdarəsi tərəfindən EQ 17912155 saylı elektron protokol üzrə qəbul olunmuş xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayətinə Abşeron rayonu, Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Baş X4 İdarəsi tərəfindən EQ 17912155 saylı elektron protokol üzrə qəbul olunmuş xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, xx.xx.2022-ci il tarixdə, saat 16:53-də 8-ci mkr., İ. Dadaşov küç. 72 (88 saylı marşrutun son dayanacağı) ünvanında küçəni keçərkən idarə etdiyi nəqliyyat vasitəsi ilə piyadaya yol vermədiyi üçün barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 330.0.1-ci maddəsi ilə (Nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya yol verilməməsinə görə) inzibati cərimə tətbiq olunması haqqında elektron qərar verilmiş və ona bu barədə elektron portal vasitəsilə SMS bildiriş göndərilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinin 41-ci bəndinə əsasən, yol vermək - sürücünün hərəkəti davam etdirməsi və ya yenidən hərəkətə başlaması, hər hansı manevr etməsi başqa nəqliyyat vasitələrinin sürücülərini və piyadaları qəflətən hərəkət istiqamətini və ya sürəti dəyişdirməyə məcbur edə biləcəyi halda, onun hərəkəti davam etdirməməsi və ya yenidən hərəkətə başlamaması, manevr etməməsidir. İnzibati xəta haqqında işlə bağlı olan fotoşəkillərdə bu halların heç biri baş vermədiyinə görə hesab edir ki, İXM-nin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadığı və 53.0.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadığı üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İnzibati xəta haqqında qərardan şikayət verən şəxs X2 məhkəmə iclasında şikayətin məzmununa uyğun izahat verərək göstərdi ki, Azərbaycan Respublikası Baş X4 İdarəsi tərəfindən EQ 17912155 saylı elektron protokol üzrə qəbul olunmuş xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsaslanmadan verilmişdir. Ona görə də o, Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş qərarla razı deyil, həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında qərar qəbul etmiş orqana iclasın vaxtı və yeri barədə lazımi qaydada məlumat versə də məhkəmə iclasına gəlməmiş və orqan tərəfindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında qərar qəbul etmiş orqanın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə qərardan şikayət vermiş şəxsin izahatını, bundan əlavə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsinə əsaslar olmadığına görə şikayət rədd edilməlidir. İş materiallarında olan X1 ona məxsus mobil telefondan çəkdiyi ekran görüntüsündən müəyyən edilir ki, Azərbaycan Respublikası Baş X4 İdarəsinin EQ 17912155 saylı elektron protokol üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə bağlı o, mobil telefon nömrəsinə göndərilən SMS vasitəsilə məlumatlandırılmışdır. X2 nəqliyyat vasitəsini idarə edərkən nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya yol verməməsinə görə AR İnzibati Xətalar Məcəlləsinin 330.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinərək, 50 manat məbləğində cərimə olunmuşdur. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 54-cü mаddəsinin İ hissəsinə əsasən əgər piyada keçidində nəqliyyat vasitələrinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsilə nizamlanmırsa, sürücü keçidə yaxınlaşarkən sürəti lazımınca azaltmalıdır ki, yolu keçməyə başlamış piyadaları təhlükəyə məruz qoymasın. Əgər piyada keçidə daxil olmuşdursa və ya daxil olmaqdadırsa sürücü nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 54-cü mаddəsinin İİ hissəsinə əsasən əgər nəqliyyat vasitəsi nizamlanmayan piyada keçidinin qarşısında dayanmışdırsa və ya sürətini azaltmışdırsa, qonşu zolaqlarda hərəkət edən digər nəqliyyat vasitələrinin sürücüləri yalnız dayanmış nəqliyyat vasitəsinin qarşısında piyadaların olmadığını yəqin etdikdən sonra hərəkəti davam etdirə bilərlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 330.0.1-ci maddəsinə əsasən sürücü tərəfindən nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya yol verilməməsinə görə əlli manat məbləğində cərimə nəzərdə tutulmuşdur. Belə ki, X2 hazırki şikayətində Baş X4 İdarəsi tərəfindən onun barəsində tərtib olunmuş EQ 17912155 saylı elektron protokol üzrə qəbul olunmuş xx.xx.2023-cü il tarixli qərarın əsassız olduğunu qeyd etməklə həmin qərarı mübahisələndirsə də məhkəmə iclasında müəyyən edilmişdir ki, X2 idarə etdiyi 90BV022 dövlət qeydiyyat nişanlı avtomobillə 8-ci mkr., İ. Dadaşov küç. 72 ünvanında hərəkət edən zaman nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya yol verməli və buna görə nəqliyyat vasitəsini dayandırmalı olduğu halda, hərəkətini davam etmişdir. Bununla da X1 yol hərəkəti qaydalarını pozduğu və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 330.0.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsini törətdiyi aşkar surətdə müəyyən edilir. X1 qayda pozuntusu etmədiyini iddia etməsinə baxmayaraq bu barədə məhkəməyə hər hansı sübut təqdim etməməsini nəzərə alaraq məhkəmə hesab edir ki, X2 yalnız formal mülahizələrinə əsaslanaraq, faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı olan və mahiyyəti üzrə düzgün olan EQ 17912155 saylı elektron protokol üzrə qəbul olunmuş xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında qərarının ləğv edilməsi, nəticə etibarı ilə isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin qanunçuluq, qanun qarşısında bərabərlik, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinin əhəmiyyətli dərəcədə pozulmasına şərait yaradılması yolverilməzdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinin məzmununa görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmadıqda həmin qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsinin tələbinə əsasən qərara gəlir ki, Baş X4 İdarəsi tərəfindən EQ 17912155 saylı elektron protokol üzrə qəbul olunmuş xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsinə əsaslar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-129 və 134-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X1 şikayəti rədd edilsin. Baş X4 İdarəsi tərəfindən EQ 17912155 saylı elektron protokol üzrə qəbul olunmuş xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №3(012)-2111/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2111/2023
06.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver