Məhkəmə qərarları › İş №3(012)-2114/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2114/2023

17.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2114/2023 17.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis kapitanı X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi, Xırdalan şəhəri vəkil bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, MD mex kalon 23 y/k, fərdi evdə yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 157-ci maddəsində nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Abşeron RPİ-si tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materialdan görünür ki, xx.xx.2023-cü tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, “Abşeron City” y/k-nin yaxınlığında Zərərçəkmiş şəxs ilə Şəxs arasında qısqanclıq münasibətləri zəminində yaranmış mübahisə zamanı Manafov X9 Eşqin İsa oğlunu döyərək, sonuncuya sağlamlığa zərərvurmayan xəsarət yetirməklə ona qəsdən fiziki ağrı yetirmişdir. Məhkəmə iclasında İnzibati xəta haqqında protokol tərtib edən şəxs Abşeron RPİnin İTŞ-nin polis sahə rəisi, polis kapitanı X5 inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında göstərmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, MD qəsəbəsində kirayədə yaşayan Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə DİN-nin 102 xidmətinə zəng edərək, ona məxsus 3000 manat pulun oğurlanması və Şəxs tərəfindən döyülməsi barədə məlumat vermiş, həmçinin eyni məzmunlu ərizə ilə Abşeron RPİ-nə ərizə ilə müraciət edərək həmin şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Abşeron rayonu, Masazır qəsəbəsi, “Abşeron City” y/k-də yaşayan X7 xx.xx.2023-cü il tarixdə DİN-nin 102 xidmətinə zəng edərək Zərərçəkmiş şəxs tərəfindən döyülməsi barədə məlumat vermiş, həmçinin eyni məzmunlu ərizə ilə Abşeron RPİ-nə ərizə ilə müraciət edərək həmin şəxs barəsində qanuni tədbir görülməsini xahş etmişdir. Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixində DİNnin 102 xidmətinə zəng edərək X4 tərəfindən evindən 3000 manat dəyərində pulunun oğurlanması və Şəxs adlı şəxs tərəfindən döyülməsi ilə bağlı Abşeron RPİ-nə mürcaiət etməsi, lakin aparılan araşdırmadan narazı olması səbəbindən özünü qatarın altına ataraq intihar edəcəyi barədə məlumat vermişdir. Eyni zamanda Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə DİN-nin 102 xidmətinə zəng edərək 3000 manat pulun Əmirxanov Sevgül adlı qadın tərəfindən oğurlanması, Eşqin adlı şəxs tərəfindən döyülməsi, xx.xx.2023-cü il tarixdə Nurlan adlı əməkdaş tərəfindən araşdırılmadan narazı olması səbəbindən özünü intihar edəcəyini bildirmişdir. Həmin şikayətlər əsasında araşdırma aparılmış, həmin şikayətlər əsasında cinayət işinin başlanmasının rədd olunması haqqında qərara əsasən Şəxs əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi üçün İTŞ-nə göndərilmişdir. Bununla əlaqədar araşdırma aparılmış və Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 157-ci maddəsi ilə inzibati protokol tərtib etmişdir. Qanuna müvafiq qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixində saat 09 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, “Abşeron City” y/k-nin yaxınlığında yolla gedərkən Zərərçəkmiş şəxs arxadan gələrək onu saxlamış, Sevgül adlı qadınla münasibətinin olub-olmadığını soruşmuş, o isə tanımadığını deyərək yoluna davam etmiş, Zərərçəkmiş şəxs isə əlində olan daşla Şəxs üzündən vurmuşdur. Sonuncu nəticədə yerə yıxılmış, özünə gəldikdən sonra o da Zərərçəkmiş şəxs qarşılıq verərək onu döymüş və oradan uzaqlaşmış, DİN-nin 102 xidmətinə zəng edərək baş vermiş hadisə barədə məlumat vermişdir. Hal-hazırda törətdiyi əməldən peşmandır,bir daha belə hallara yol verməyəcəyinə söz vermişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmədən onun barəsində yüngül qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs qızı izahatında göstərmişdir ki, o, 6 ildir ki, X4 ilə qeyri-rəsmi münasibətdə yaşamışdır. xx.xx.2023-cü il tarixində Sevgülün işlədiyi Abşeron rayonu, Xırdalan şəhəri ərazisndə yerləşən adını bilmədiyi şirkətin qarşısına gəlmişdir. Həmin vaxt Sevgülün tanımadığı şəxslə səmimi münasibətini görüb həmin şəxsə yaxınlaşan kim olduğunu soruşduqda ona adının Eşqin olduğunu bildirmşdir. Həmin vaxt Eşqin adlı şəxs qəfildən onu təhqir edib yumruqla başına və bədənin müxtəlif nahiyyələrinə zərbələr vuraraq xəsarət yetirmişdir. Buna görə də o, DİN-nin 102 xidmətinə zəng edərək baş vermiş hadisə barədə məlumat vermişdir. O, əlavə olaraq qeyd etmişdir ki, baş vermiş dava-dalaş 4-5 dəqiqə davam etmiş, həmin vaxt orada başqa şəxslər də olmuş, eyni zamanda Sevgül Əmirzanova 4 ay əvvəl ona məxsus 3000 manat dəyərində pulu və qızılzinyət əşyalarını oğurlamışdır. O, Eşqindən şikayətçidir, barəsində ciddi inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Xırdalan şəhəri vəkil bürosunun vəkili X6 mübahisəni zərərçəkmiş şəxsin başlatdığını, X8 da barəsində inzibati xəta ahqqında iş üzrə icraat aparılan şəxsi döydüyünü, eyni zamanda hüquqlarını müdafiə etdiyi şəxsin törətdiyi əməldən peşmançılıq çəkməsini nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan müəyyən edilir ki, Şəxs və Zərərçəkmiş şəxs müraciətləri əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş və onların əməlində inzibati xətanın tərkib əlamətləri müəyyən edildiyindən Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati tənbeh tədbirlərinin tətbiq olunması üçün qəbul olunmuş qərarın surəti Abşeron RPİ-nin İTŞ-nə göndərilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli inzibati qaydada tutma haqqında BB ******* nömrəli protokoldan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 16 noyabr 2023-cü il tarixində saat 18:00-da inzibati qaydada tutulmuşdur. xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Məhkəmə Tibbi Ekspertizasının xx.xx.2023-cü il tarixli 2191 nömrəli rəyinə əsasən 1977-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlər – sol gicgah nahiyyəsinin qançır-şişkinliyi, sol qulaq seyvanının sıyrığı, üst dodağın selikli qişasının səthi əzilmiş yarası küt əşyanın (əşyaların) təsirindən qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixində əmələ gələ bilərdilər, həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin edilmir. Məhkəmə proses iştirakçılarının işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs zərərçəkmiş şəxs ilə barışmamışdır, ona görə İXM-nin 39.1-ci maddəsində nəzərdə tutulduğu qaydada iş üzrə icraata xitam verilməsi üçün əsaslar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materilları ilə tanış olmaqla birlikdə məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla dövlət büdcəsinin hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 300 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. İnzibati qaydada tutulmuş Şəxs dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə 3 iş saatı hüquqi yardım göstərdiyinə görə Xırdalan şəhəri vəkil bürosunun müdafiəçisi vəkil X3 müvafiq olaraq 18 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın icrası Bakı şəhəri Səbail rayon İcra Şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmənin hakimi: Cəmilə Səfiyeva AZƏRBAYCAN RESPUBLİKASİ ABŞERON RAYON MƏHKƏMƏSİ ____________________________________________________________________ AZ 0100, Abşeron rayonu, Xırdalan şəhəri, Kalyubeya küçəsi 5 Telefon: (+994 12) 342 07 07; faks: (+994 12) 342 11 44; e-mail: mailto:court@azdata.netElektron ünvan xx.xx.2023-cü il № 3(012)-2114/2023 Abşeron rayon Polis idarəsinin rəisi, polis polkovniki cənab Musa Musayevə Abşeron rayonu, Xırdalan şəhəri, MD qəsəbəsi, fərdi yaşayış evi – Zərərçəkmiş şəxs Abşeron rayonu, Xırdalan şəhəri, MD mex kalon 23 y/k, fərdi ev- İnzibati xəta törətmiş şəxs Şəxs Xırdalan şəhər Vəkil Bürosuna Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarının surəti məlumat üçün Sizə göndərilir. Qoşma: qərarın surəti ______ vərəqədə Məhkəmənin hakimi: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar