Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2115/2023 17.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Qasımov Abusət Sahib oğlunun, Məhkəmə iclas katibi Rzayev Arzu Ağazeynal oğlunun katibliyi ilə, İnzibati tənbeh vermə barədə protokol tərtib etmiş şəxs: Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi, polis kapitanı: X1, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: Şəxs iştirakları ilə, xx.xx.1977-ci ildə Göygöl rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Masazır kəndi, X3 Kompleksi, bina 27, mənzil 227 ünvanında yaşayan Zərərçəkmiş şəxs barəsində Abşeron rayon Polis İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən Zərərçəkmiş şəxs barəsində tərtib olunmuş inzibati material baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan MN seriyalı ******* saylı, 18 noyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş Şəxs xx.xx.2023-cü il tarixdə saat 09 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, X3 Kompleksində Zərərçəkmiş şəxs döymüşdür. Bununla da Zərərçəkmiş şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi, polis kapitanı Vasif İsmayılov izahat verərək bildirdi ki, Abşeron rayonu, Xırdalan şəhəri, X3 Kompleksində yaşayan Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə DİN-nin 102 Xidmətinə zəng edərək, Şəxs tərəfindən döyülməsi barədə məlumat vermiş, həmçinin eyni məzmunlu ərizə ilə Abşeron RPİ-yə müraciət edərək, həmin şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Şəxs ilə Zərərçəkmiş şəxs arasında qısqanclıq münasibətləri zəmnində sözlə mübahisə yaranmış və bu mübahisə zamanı tərəflər arasında qarşılıqlı dava-dalaş yaranmışdır. Baş vermiş dava-dalaş zamanı tərəflər bir-birlərinə sağlamlğa zərərvurmayan bədən xəsarətləri yetirmişlər. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətada özünü qismən təqsirli bilərək izahatında göstərdi ki, onunla Zərərçəkmiş şəxs arasında dava-dalaş şəxsi münasibətlər zəmnində baş vermişdir. Belə ki, sonuncu onun sifətinin sol nahiyəsinə yumruq vuraraq xəsarət yetirmiş, o, da həmin şəxsə qarşılıq verərək, yumruq zərbəsi vurmuşdur. Əməlindən səmimi peşmandır. Barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış etmiş Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi əvvəllər tanımamışdır. Aralarında şəxsi münasibətlər zəmnində mübahisələri baş vermişdir. Belə ki, hər iki şəxs bir-birlərinə qarşılıqlı olaraq xəsarət yetirmişlər. Sonda isə Şəxs şikayətçi olduğunu və aralarında barışıq olmadığını bildirmişdir. İş materiallarına əlavə olunmuş 27 oktyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan aydın olur ki, vətəndaş Zərərçəkmiş şəxs və Şəxs müraciətləri əsasında toplanmış material üzrə əməllərində cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmiş, onların barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tədbirlərinin tətbiq edilməsi üçün qərarın surətinin aidiyyəti üzrə Abşeron RPİ-nin İTŞ-nə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan inzibati qaydada tutma protokolundan görünür ki, inzibati xəta törədən şəxs Şəxs xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində inzibati qaydada tutulmuşdur. Məhkəmə prosess iştirakçılarının izahatlarını dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, Şəxs inzibati xətanı törətməsində təqsiri işdə iştirak edən şəxslərin izahatları və iş üzrə toplanmış faktlarla tam sübuta yetirilir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Şəxs barəsində tətbiq ediləcək inzibati tənbeh tədbiri ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin dispozisiyasına görə, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən xətanın xarakterini, törədilmə şəraitini və şəxslər arasındakı mübahisə ilə əlaqədar mövcud vəziyyəti nəzərə alıb, barəsində cərimə növündə inzibati tənbehin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən 300 (üç yüz) manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə zalından dərhal azad edilsin. Qərarın icrası Abşeron Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abusət Qasımov
Məhkəmə qərarları › İş №3(012)-2115/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2115/2023
17.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver