Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2119/2023 20.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi, Xırdalan şəhər Vəkil Bürosunun Vəkil iştirakı ilə xx.xx.1990-cu il tarixdə Naxçıvan Muxtar Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, Abşeron rayonu, Məhəmmədli kəndində qeydiyyatda olan və yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Abşeron rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materialdan görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-1328/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs X8 xeyrinə 10370 manat məbləğində borc, hüquqi yardıma görə ödənilmiş 500 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 10900 (on min doqquz yüz) manat məbləğində pul vəsaiti, Abşeron rayonu 2 saylı Notariat Kontorunun 1433 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 8448,72 manat məbləğində pul vəsaiti, Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(078)-20/2023 saylı icra vərəqəsinə əsasən Şəxs 19 avqust 2022-ci il tarixdən hesablanmaqla hər ay sabit pul məbləğində 170 (bir yüz yetmiş) manat miqdarında aliment tutularaq 22 iyun 2014-cü il təvəllüdlü X1 üçün X7 xeyrinə ödənilməlidir. Borclu Şəxs dəfələrlə xəbərdarlıq olunmasına və izahatlarının alınmasına baxmayaraq icra sənədi üzrə hazıradək yaranmış borclarını icra etməkdən və icra sənədləri üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən üzrsüz səbəbdən qəsdən boyun qaçırmışdır. Göstərilənlərə əsasən, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyətə cəlb edilməsinə dair protokol tərtib edilmişdir. Şəxs protokolla tanış olaraq imzalamışdır. Məhkəmə iclasında Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək, əlavə olaraq qeyd etmişdir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-1328/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra vərəqəsi xx.xx.2021-ci il tarixində, Abşeron rayonu 2 saylı Notariat Kontorunun 1433 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi xx.xx.2022-ci il tarixində, Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(078)-20/2023 saylı icra vərəqəsi xx.xx.2023-cü il tarixində Abşeron rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və icra sənədləri dərhal icraya yönəldilmişdir. 30 yanvar 2023-cü il tarixli bir neçə icra sənədinin ümumi icraatda birləşdirilməsi barədə qərarla Abşeron Rayon Məhkəməsinin 2(012)-1328/2021 saylı, xx.xx.2021-ci il tarixli, Abşeron rayonu 2 saylı Notariat Kontorunun 1433 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi, Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(078)-20/2023 saylı icra sənədləri ümumi icraatda birləşdirilmişdir. Şəxs hərəkətləri nəticəsində icra sənədlərini icra etmək mümkün olmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə və izahatları baxmayaraq, borclu Şəxs icra sənədləri icraya yönəldiyi vaxtdan bu günədək tələbkarlara olan borclarını tam ödəməmişdir. Sadəcə tələbkar X9 bu vaxta kimi 300 manat məbləğində aliment, X3 olan borcundan 2000 manat məbləğində pul ödəmişdir. Hazırda borclu Şəxs tələbkar X9 2550 manat məbləğində, tələbkar Azərbaycan Xalq Bankı” Açıq Səhmdar Cəmiyyətinə 8448,72 manat məbləğində, X3 8900 manat məbləğində pul borcu vardır. Tələbkarlar borclarının ödənilməsini təkidlə tələb etsələr də borclu borcunu ödəməkdən imtina edir. Buna görə də borclu barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərmişdir ki, qeyd edilən borcların yığılmasına səbəb işsiz olmasıdır. Maddi vəziyyəti ağırdır. X3 olan borcundan 2000 manat məbləğində pul, X9 isə 300 manat məbləğində aliment ödəyə bilmişdir. İcra sənədlərinin icrasından imtina etmir. İmkanı olduqca tələbkarlara olan borclarını ödəyəcəyinə söz verir. Hal-hazırda tələbkar X9 olan 2550 manat məbləğində, tələbkar Azərbaycan Xalq Bankı” Açıq Səhmdar Cəmiyyətinə 8448,72 manat məbləğində, X3 8900 manat məbləğində borcunu bir dəfəyə ödəməyə maddi imkanı yoxdur. Məhkəmə iclasında müdafiəçi Xırdalan şəhər Vəkil Bürosunun Vəkil bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs işsızdir. Maddi vəziyyəti ağırdır. Buna görə də zərərçəkmiş şəxslərə olan borcunu ödəyə bilmir. Qeyd olunanları nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Abşeron Rayon Məhkəməsinin 2(012)-1328/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs X8 xeyrinə 10370 manat məbləğində borc, hüquqi yardıma görə ödənilmiş 500 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 10900 (on min doqquz yüz) manat məbləğində pul vəsaiti, Abşeron rayonu 2 saylı Notariat Kontorunun 1433 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 8448,72 manat məbləğində pul vəsaiti, Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(078)-20/2023 saylı icra vərəqəsinə əsasən Şəxs 19 avqust 2022-ci il tarixdən hesablanmaqla hər ay sabit pul məbləğində 170 (bir yüz yetmiş) manat miqdarında aliment tutularaq 22 iyun 2014-cü il təvəllüdlü X1 üçün X7 xeyrinə ödənilməlidir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-1328/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra vərəqəsindən görünür ki, Şəxs X8 xeyrinə 10370 manat məbləğində borc, hüquqi yardıma görə ödənilmiş 500 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 10900 (on min doqquz yüz) manat məbləğində pul vəsaiti ödənilməlidir. Abşeron rayonu 2 saylı Notariat Kontorunun 1433 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədindən görünür ki, Şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 8448,72 manat məbləğində pul vəsaiti ödənilməlidir. Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(078)-20/2023 saylı icra vərəqəsindən görünür ki, Şəxs 19 avqust 2022-ci il tarixdən hesablanmaqla hər ay sabit pul məbləğində 170 (bir yüz yetmiş) manat miqdarında aliment tutularaq 22 iyun 2014-cü il təvəllüdlü X1 üçün X7 xeyrinə tutulmalıdır. xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərardan və bildirişdən görünür ki, Şəxs barəsində olan Abşeron Rayon Məhkəməsinin 2(012)-1328/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra işi üzrə icraata başlanılmış və ona tələbin könüllü icrası barədə rəsmi bildiriş göndərilmişdir. xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərardan və bildirişdən görünür ki, Şəxs barəsində Abşeron rayonu 2 saylı Notariat Kontorunun 1433 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata başlanılmış və ona tələbin könüllü icrası barədə rəsmi bildiriş göndərilmişdir. xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərardan və bildirişdən görünür ki, Şəxs barəsində olan Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(078)-20/2023 saylı icra işi üzrə icraata başlanılmış və ona tələbin könüllü icrası barədə rəsmi bildiriş göndərilmişdir. 30 yanvar 2023-cü il tarixli bir neçə icra sənədinin ümumi icraatda birləşdirilməsi barədə qərardan görünür ki, bşeron Rayon Məhkəməsinin 2(012)-1328/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra vərəqəsi, Abşeron rayonu 2 saylı Notariat Kontorunun 1433 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi, Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(078)-20/2023 saylı icra sənədlərinin ümumi icraatda birləşdirilməsi qərara alınmışdır. Məhkəmə proses iştirakçılarının işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tövsif olunmuş, qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilməlidir. Məhkəmə işin müəyyən olunmuş hallarına münasibət bildirərək qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hərəkətləri məhkəməyə onun bu hərəkətlərinin icra sənədinin icrasından üzrsüz səbəbdən yayınması kimi qiymətləndirilməsi qənaətinə gəlməyə əsas verir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” iş üzrə 19 mart 1997-ci il tarixli Qərarında vurğulayır ki, Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı. Həmçinin, Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” iş üzrə 7 may 2002-ci il tarixli Qərarında qeyd edir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs maddi imkanı ilə əlaqədar icra sənədini icra edə bilməməsinə istinad etsə də, məhkəmə qeyd edir ki, istinad edilən dəlil əslində keçən uzun müddət ərzində yuxarıda sadalanan sənədin icra edilməsi üçün bəhanə olmaqla dövlətin adından qəbul edilmiş və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə etinasız yanaşmanın göstəricisidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İXM-nin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan RespublikasıİXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə, inzibati tənbeh tətbiq etdiyi zaman Azərbaycan Respublikası İXM-nin 33.1.1-ci maddəsinə əsasən icra məmurunun Şəxs hüquqa zidd hərəkətlərini dayandırmasını tələb etməsinə baxmayaraq, onun hərəkətlərini davam etdirməsini onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmədə təklif edilməsinə baxmayaraq Şəxs yenə də borcunu ödəyə bilməyəcəyini bildirmişdir. Şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının İXM-nin 31-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini səciyyələndirən halı, məsuliyyətini ağırlaşdıran halı, zərərçəkmiş şəxsin şikayətçi olmasını nəzərə alaraq hesab edir ki, onun barəsində inzibati tənbeh tədbiri kimi həbs tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materilları ilə tanış olmaqla birlikdə məhkəmədə iştirak etdiyi müddət 5 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 08 (səkkiz) gün müddətinə inzibati həbs olunsun. İnzibati həbs müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən saat 17:40-dan hesablansın. Qərarın icrası Abşeron rayon Pİ-nə tapşırılsın. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə 5 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Xırdalan şəhər Vəkil Bürosunun Vəkil müvafiq olaraq 30 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №3(012)-2119/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2119/2023
20.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver