Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2122/2020 20.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Tağıyev Rəşad Pərviz oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs1 iştirakı ilə, xx xxxxxxxx 1983-cü ildə Qobustan rayonu, Nabur kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Qobustan rayonu, Nabur kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Abşeron rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Şəxs xx.xx.2020-ci il tarixdə saat 08 radələrində idarə etdiyi VAZ 21043 markalı **- MH-*** dövlət qeydiyyat nişanlı avtomobillə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun müvafiq maddəsinin tələblərini pozaraq, Masazır qəsəbəsi istiqamətindən Sumqayıt istiqamətində hərəkətdə olarkən sağ zolaqdan sol hərəkət zolağına keçərkən "RENAULT MEGANE" markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına anidən çıxaraq toqquşmuş, ehtiyatsızlıqdan “VAZ 21043” markalı avtomobildəki sərnişinlər X1 zərərvurmayan, X2 isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirməklə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Buna görə Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə məhkəməyə verilmişdir. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmədə verdiyi izahatında göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə 08 radələrində özünə məxsus “VAZ 21043” markalı, **-MH-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Masazır qəsəbəsindən Sumqayıt istiqamətində sağ hərəkət zolağında hərəkət edərkən səkidə olan adamın qarşısına çıxacağını düşünərək avtomobili sol hərəkət zolağına keçirmək istəmişdir. Bu zaman “RENAULT MEGANE” markalı, 99-NCO812 dövlət qeydiyyat nişanlı avtomobil arxadan gələrək avtomobilin sol arxa hissəsindən vurmuşdur. Nəticədə idarə etdiyi avtobildə olan Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 xəsarət almışdır. Törətmiş olduğu yol nəqliyyat hadisəsi özünün ehtiyatsızlığı üzündən baş vermişdir. Hal-hazırda törətdiyi əməldən peşmançılıq çəkir. Zərərçəkmiş şəxs1 məhkəmədə verdiyi izahatında göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat təxminən 08:30 radələrində həmkəndlisi Bəhruzla birlikdə Səxavətin idarə etdiyi “VAZ 21043” markalı, **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Masazır qəsəbəsindən Sumqayıt istiqamətində gedərkən “Tərlan” şadlıq evinin yaxınlığında “VAZ 21043” markalı, **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobilin “RENAULT MEGANE” markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən vurulduğunu görmüşdür. İşə əlavə edilmiş canlı şəxsin məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli, 2161 saylı rəyindən görünür ki, X4 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər – sol qaş nahiyyəsinin əzilmiş yarası, sol çiyin qurşağının yumşaq toxumalarının əzilməsi bərk küt əşya (əşyalar) təsirindən törənmişdir. Sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin olunmur. İşə əlavə edilmiş canlı şəxsin məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli, 2160 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər – sol körpücük-akrominal birləşməsinin hissəvi qopuğu və sol çiyin qurşağının yumşaq toxumalarının əzilməsi bərk küt əşya (əşyalar) təsirindən törənmişdir. Dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İşə əlavə edilmiş, sərxoşluq vəziyyətinin tibbi müayinə aktından görünür ki, sürücülər Şəxs və X3 hadisə vaxtı ayıq olmuşlar. Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması öz ifadəsindən başqa, iş üzrə toplanmış digər sübutlarla təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, törətdiyi inzibati xətaya görə Şəxs barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs törətdiyi əməldən peşmançılıq çəkməsini Azərbaycan Respublikası İXM-nin 31.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal yoxdur. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halı nəzərə alaraq, hesab edir ki, onun inzibati cərimə edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrinin rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Qobustan rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-2122/2020
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2122/2020
20.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver