Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2125/2020 20.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi ilə barəsində icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X2, iştirakları, Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi (bundan sonra İXM) ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Abşeron rayonu Polis idarəsinin polis mayoru X4 tərəfindən tərtib edilmiş xx xxxxxxx 2020-ci il tarixli İXP ******* saylı protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Şəxs xx.xx.2020-ci il tarixdə saat 17 radələrində idarə etdiyi **-VU-*** dövlət qeydiyyat nişanlı Nissan Latio minik markalı avtomobillə hərəkətdə olan zaman Abşeron rayonu, Qobu qəsəbəsində hərəkətdə olan zaman idarəetməni itirərərək əks istiqamətli hərəkət zolağına çıxmaqla əvvəlcə yolun hərəkət hissəsinin sol kənarında yerləşən bardura, daha sonra isə hasar və dəmir boruya dəymişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində **-VU-*** dövlət qeydiyyat nişanlı Nissan Latio minik markalı avtomobildə sərnişin qismində əyləşmiş X1 bud çanaq oynağı nahiyəsinin həmin oynaqda hərəkət məhdudluğu və kəskin ağrı ilə müşayiət edilən qançır-şişkinliyi, sağ bazu nahiyəsinin orta 1/3-nin, sağ diz oynağı nahiyəsinin və sağ baldır nahiyəsinin 1/3-nin qançırları ilə nəticələnən sağlamlığa Yüngül zərərvurmaya aid xəsarətlər almışdır. Məhkəmə iclasında barəsində icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, özünə məxsus “Nissan Latio” minik markalı **-VU-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur və sifarişləri *2111 taksi şirkəti vasitəsilə qəbul edir. xx.xx.2020-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, 20 Yanvar metrostansiyası yaxınlığından Abşeron rayonu, Qobu qəsəbəsinə sifariş qəbul etmiş, sifarişi qəbul etdikdən sonra müştəri avtomobilə əyləşmiş və o, idarə etdiyi “Nissan Latio” minik markalı **-VU-*** dövlət qeydiyyat nişanlı avtomobillə yola düşmüş, Abşeron rayonu, Qobu qəsəbəsində hərəkətdə olan zaman sürəti azaltmaq məqsədilə əyləci basmış, bu zaman idarəetməni itirmiş, idarə etdiyi avtomobil əvvəlcə yolun sol kənarındakı bardürə, daha sonra isə bir qədər irəlidə sol tərəfdə yerləşən hasar və dəmir boruya dəymiş, daha sonra müştəri avtomobildən düşmüş və xəsarət almasını bildirmiş, həmçinin DİN-in “102” xidmətinə zəng vurub baş vermiş yolnəqliyyat hadisəsi barədə məlumat vermiş, bundan sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və hadisə yerinin fotoşəkilləri çəkilmişdir. O, “Nissan Latio” minik markalı **-VU-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük vəsiqəsi və nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi əsasında idarə etməsini, hadisə zamanı idarə etdiyi avtomobilin sürətinin 80-90 km/saat olmasını, həmin vaxt spirtli içki qəbul etmədiyini və sərxoş olmadığını, avtomobilinin texniki cəhətdən saz olmasını, hadisə nəticəsində sol çiyin nahiyəsindən xəsarət almasını, həmçinin idarə etdiyi avtomobildə əyləşən müştərinin də xəsarət almasını bildirməsini, lakin həmin şəxsin konkret olaraq hansı nahiyələrindən xəsarət almasından məlumatı olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 izahatında bildirdi ki, xx.xx.2020-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, 20 Yanvar metrostansiyası yaxınlığında olan zaman yaşadığı evə getmək üçün *0404 taksi şirkəti vasitəsilə taksi sifariş etmiş, bir qədər sonra “Nissan Latio” minik markalı **-VU-*** dövlət qeydiyyat nişanlı avtomobil yaxınlaşmış və o, avtomobilə əyləşmiş, avtomobilə əyləşdikdən sonra sürücü Şəxs yaşadığı ünvana doğru hərəkət etməyə başlamışdır. Abşeron rayonu, Qobu qəsəbəsində hərəkətdə olan zaman sürücü Rövşən sürəti artırmış və avtomobilin idarəetməsini itirmiş, nəticədə avtomobil yolun sol kənarındakı hasar və dəmir boruya dəymiş, baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində o, ayaq nahiyyələrindən xəsarət almış, eləcə də özünə məxsus “Samsung J4” markalı mobil telefonun ekranı sınmış, buna görə də o, DİN-in “102” xidmətinə zəng vurub baş vermiş yol-nəqliyyat hadisəsi barədə məlumat vermiş, həmçinin hadisədən sonra müayinə olunmaq üçün Respublika Klinik Xəstəxanasına müraciət etmişdir. O, izahatında əlavə olaraq yol-nəqliyyat hadisəsi nəticəsində ayaq nahiyələrindən xəsarətlər almasını, yol-nəqliyyat hadisəsinin sürücü Şəxs idarə etdiyi “Nissan Latio” minik markalı **-VU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürətini artırması və avtomobilin idarəetməsini itirməsi nəticəsində baş verməsini, yol-nəqliyyat hadisəsi zamanı özünə məxsus “Samsung J4” markalı mobil telefonun ekranının sınması nəticəsində ona 310 manat məbləğində maddi ziyan dəyməsini göstərmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, Şəxs barəsində Abşeron rayon Polis idarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, polis kapitanı X5 tərəfindən xx xxxxxxx 2020-ci il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.8-ci maddələri ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin aidiyyati üzrə Abşeron RPİ-nin DYPŞ-yə göndərilməsi qərara alınmışdır. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8ci maddələri ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alır. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Ona görə də məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və inzibati tənbeh növü tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsi üçün mülki qaydada şikayət vermək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43,114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 200 (iki yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsi üçün mülki qaydada şikayət vermək hüququ izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-2125/2020
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2125/2020
20.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver