Məhkəmə qərarları › İş №3(012)-2126/2025

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-2126/2025

02.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-2126/2025 02.10.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Abbasova Fatimə Ramil qızının katibliyi, X1, Maraqlı şəxs X3 və onun vəkili Bakı şəhəri 5 Saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati cərimə edilməsinə dair Baş X12 İdarəsinin TP ******* saylı, 03 avqust 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından, X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsi İİİ tağım YPX inspektoru polis baş serjantı X4 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 (qırx) manat məbləğində inzibati cərimə edilmişdir. X8 şikayət verərək qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X5 şikayət ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, Azərbaycan Respublikasının vətəndaşı, xx.xx.1989-cu il təvəllüdlü, ünvan 1 ünvanında yaşayan, Azərbaycan Respublikası İXM-nin 327.1 -ci maddəsi ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X6 barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP7412917 saylı inzibati təhbeh vermə haqqında qərardan verimişdir. Zərərçəkmiş şəxs kimi qərardadan narazıdır. Aşağıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, şəxsin əməlinə düzgün hüquqi qiymət qiymətləndirilməmişdir. Belə ki, onun əməlində inzibati xəta deyil, cinayət tərkibi var. Çünki o, Qobustan rayonu ərazisində avtomobili idarə edərkən qəsdən onun avtomobilinə zərər yetirmiş və qəsdən yol nəqliyyat hadisəsi törətmişdiur. Hadisəni təsdiq edən şahidlər var. Bu səbəbdən də hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X6 barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP7412917 saylı inzibati təhbeh vermə qərar ləğv edilməli iş yenidən araşdırılmaya göndərilməli və şəxsi əməlinə düşgü hüquqi qiymət verilməlidir. Odur ki, şikayətin təmin olunmasını və inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxs X6 izahatında bildirdi ki, inzibati tənbeh vermə haqqında qərar onun barəsində qəbul edilmişdir. O, qeyd olunan qərardan şikayət verməmişdir. Məhkəmə iclasında maraqlı şəxs X3 müdafiəçisi Bakı şəhəri 5 Saylı Vəkil Bürosunun vəkili X6 müdafiə etdiyi şəxs barəsində qəbul edilmiş qərardan şikayət verilmədiyini, onun qərardan razı olduğunu bildirərək verilmiş şikayətin əsassız olduğundan təmin olunmamasını xahiş etdi. Məhkəmə, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı və şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, geri qaytarılmalıdır. Belə ki, işdə olan xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan və ona əlavə edilmiş sənədlərdən görünür ki X6 TP ******* saylı qərar ilə Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 40 manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 327.1 maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə - fiziki şəxslər qırx manat məbləğində cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, inzibati xəta hadisəsi X6 tərəfindən törədilmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 40 manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin dispoziyasından da göründüyü kimi həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi zamanı zərərçəkmiş şəxs qismində heç bir fiziki subyektin tanınması, habelə törədilməsi zamanı digər şəxsə zərər vurulması öz əksini tapmamışdır. Göstərilənləri ümumiləşdirərək məhkəmə hesab edir ki, inzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən həmin qərardan şikayət vermək hüququ olmayan şəxs tərəfindən verildiyindən X5 tərəfindən verilmiş şikayət geri qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə Q Ə R A R A A L D İ: X5 tərəfindən verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsi İİİ tağım YPX inspektoru polis baş serjantı X4 tərəfindən qəbul edilmiş 03 avqust 2025-ci il tarixli TP ******* saylı qərardan şikayət geri qaytarılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Firuzə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar