Məhkəmə qərarları › İş №3(012)-2136/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2136/2023

21.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2136/2023 21.12.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi ilə, Şəxs MMC -nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Abşeron rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli AP ******* saylı protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs MMC-nin mülkiyyətində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. İnzibati xəta haqqında protokol tərtib edən Abşeron rayon Polis İdarəsi və ‘’AVT LOGİSTİCS’’ MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında onların səlahiyyətli nümayəndəsi iştirak etməmiş, məhkəmədə iştirak etməmə səbəbləri barədə əvvəlcədən məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə əsasən işə qərar qəbul etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Abşeron RPİ-nin DYPŞ-nin məktubundan və məktubun rəsmi verilməsinə dair xəbərnamədən görünür ki, Abşeron RPİ-i DYPŞ-i tərəfindən Şəxs MMC-nə sorğu ilə müraciət edilərək şirkətin mülkiyyətində olan “Renault Express” yük markalı, 77D138 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2023-cü il tarixdə, saat 09:40 radələrində qeydə alınan inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın 5 gün müddətində Polis İdarəsinə təqdim edilməsi xahiş edilmiş, məktub şirkətin səlahiyyətli nümayəndəsi tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilmişdir. İş materiallarına əlavə olunmuş materialardan görünür ki, Şəxs MMC-nin elektron kabinet vasitəsilə məhkəməyə təqdim etdiyi sənədlərdən göründüyü kimi, “**-JD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat verilməsi ilə bağlı” Abşeron Rayon Polis İdarəsinin DYP şöbəsinin məktubu xx.xx.2023-cü il tarixdə Şəxs MMC-yə daxil olmuş, qanunvericiliklə müəyyən edilmiş müddəti ötürmədən, sorğu edilən məlumatlar cəmiyyət tərəfindən xx.xx.2023-cü il tarixdə Abşeron Rayon Polis İdarəsinin DYP şöbəsinə göndərilmişdir. Belə ki, Şəxs MMC-nin xx.xx.2023-cü il tarixli, LD-6122 saylı cavab məktubundan və “AzeriExpress” poçtdaşıma xidmətinin A313358 saylı qaiməsindən (kuryer qəbzindən) göründüyü kimi, digər sorğu edilmiş sürücülərlə yanaşı, **-JD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə də məlumatlar (yol vərəqələri) Abşeron Rayon Polis İdarəsinin DYP şöbəsinə xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir Məhkəmə tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, hüquqi şəxs olan Şəxs MMC-nin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 347-ci maddəsinin dispozisiyasına görə, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 114.1.4-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş subutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iş materiallarında olan Abşeron RPİ-nin DYPŞ-nin məktubundan və məktubun rəsmi verilməsinə dair xəbərnamədən görüdüyü kimi Abşeron RPİ-i DYPŞ-i tərəfindən Şəxs MMC -nə sorğu ilə müraciət edilərək şirkətin mülkiyyətində olan Şəxs MMC-nə sorğu ilə müraciət edilərək şirkətin mülkiyyətində olan “Renault Express” yük markalı, 77D138 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2023-cü il tarixdə, saat 09:40 radələrində qeydə alınan inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın 5 gün müddətində Polis İdarəsinə təqdim edilməsi xahiş edilmiş, məktub şirkətin səlahiyyətli nümayəndəsi tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilmiş, Şəxs MMC-nin elektron kabinet vasitəsilə məhkəməyə təqdim etdiyi sənədlərdən göründüyü kimi, “**-JD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat verilməsi ilə bağlı” Abşeron Rayon Polis İdarəsinin DYP şöbəsinin məktubu xx.xx.2023-cü il tarixdə Şəxs MMC-yə daxil olmuş, qanunvericiliklə müəyyən edilmiş müddəti ötürmədən, sorğu edilən məlumatlar cəmiyyət tərəfindən xx.xx.2023-cü il tarixdə Abşeron Rayon Polis İdarəsinin DYP şöbəsinə göndərilmişdir. Belə ki, Şəxs MMC-nin xx.xx.2023-cü il tarixli, LD-6122 saylı cavab məktubundan və “AzeriExpress” poçtdaşıma xidmətinin A313358 saylı qaiməsindən (kuryer qəbzindən) göründüyü kimi, digər sorğu edilmiş sürücülərlə yanaşı, **-JD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə də məlumatlar (yol vərəqələri) Abşeron Rayon Polis İdarəsinin DYP şöbəsinə xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir Göründüyü kimi Şəxs hərəkətlərində (hərəkətsizliyində) İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin tərkib hissəsi olmadığından iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,128-130-cu maddərini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs MMC barəsində başlanmış İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar