Məhkəmə qərarları › İş №3(012)-2137/2023

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-2137/2023

23.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-2137/2023 23.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi ilə, X2 tərəfindən daxil olmuş şikayətə baxılmasına hazırlıq zamanı Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ: xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli qərar ilə X2 Azərbaycan Respublikası İXMin 157-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuşdur. X2 həmin qərardan şikayət vermiş, şikayət xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmə şikayət ərizəsini və əlavə edilmiş sənədləri nəzərdən keçirib belə qərara gəlir ki, aşağıda göstərilən səbəblərə görə şikayət və sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materialında olan ərizəyə nəzər yetirilən zaman məlum olur ki, inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət həmin şikayət ərizəsini vermiş X2 tərəfindən imzalanmadığından, bununla da inzibati qərardan şikayət verilməsi nəzərdə tutulduğu halda şikayət Azərbaycan Respublikasının İXM-nin müddəalarına uyğun şəkildə tərtib olunmadığından X2 tərəfindən verilmiş ərizə geri qaytarılmalı, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra aidiyyatı üzrə məhkəməyə müraciət etmə hüququ izah olunmalıdır. Azərbaycan Respublikasının İXM-nin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Azərbaycan Respublikasının İXM-nin 132.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətin və ya protestin baxılmasına hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcud olub-olmamasını həll edilir. Buna görə də hesab edirəm ki, inzibati xəta haqqında iş üzrə qərardan X2 tərəfindən verilmiş ərizə geri qaytarılmalı, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra aidiyyatı üzrə məhkəməyə müraciət etmə hüququ izah olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 109 və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X2 tərəfindən 30 oktyabr 2023-cü il tarixli, MN seriyalı ******* saylı qərardan verilmiş ərizə geri qaytarılsın. X1 qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra aidiyyatı üzrə məhkəməyə müraciət etmə hüququ izah olunsun. Qərardaddan apellyasiya şikayəti verilə bilməz. Sədrlik edən: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar