Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2139/2023 15.12.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Şikayətçinin vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, X3 Azərbaycan Respublikası Baş X8 İdarəsi tərəfindən EQ 17079746 saylı protokola əsasən qəbul edilmiş 24 sentyabr 2023-cü il tarixli inzibati tənbeh vermək haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Baş X8 İdarəsinin EQ 17079746 saylı protokola əsasən qəbul etdiyi 24 sentyabr 2023-cü il tarixli inzibati tənbeh vermək haqqında qərarına əsasən X2 Xətalar Məcəlləsinin 328.3-cü maddəsi ilə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə edilmişdir. X1 şikayət verərək qərarın ləğv edilməsini, onun əməlində İXM-nin 328.3-cü maddəsinin tərkibi olmadığından başlanmış icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. X1 şikayətini onunla əsaslandırmışdır ki, bu yaxınlarda SMS vasitəsilə aldığı məlumata görə EQ 17079746 saylı inzibati xəta haqqında protokola əsasən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsi ilə 200 manat məbləğində cərimə tətbiq olunmuşdur. Barəsində tərtib olunmuş inzibati xəta haqqında protokoldan Azərbaycan Respublikası Baş X9 İdarəsinə, Bakı Şəhər Baş Polis İdarəsinin X9 İdarəsinə şikayət etmişdir. Lakin Azərbaycan Respublikası Baş X9 İdarəsinin 31 oktyabr 2023-cü ildə daxil olmuş 28 oktyabr 2023-cü il tarixli, 3-13-16/2-Ə-77078 saylı məktubunda müraciətlə bağlı əlaqə saxlanıldığı və X8nin xidməti fəaliyyətini tənzimləyən normativ hüquqi aktların tələblərinin izah olunduğu göstərilməklə, müraciətin mahiyyəti üzrə cavablandırılmasından yayınmışlar. Bu səbəbdən barəsində tərtib olunmuş inzibati tənbehvermə haqqında qərardan məhkəməyə şikayət etmək zərurəti yaranmışdır. Aşağıdakılara əsasən, onun barəsində tərtib olunmuş EQ 17079746 saylı inzibati protokol və onun əsasında tərtib olunmuş 24 sentyabr 2023-cü il tarixli inzibati tənbehvermə haqqında qərar əsassız və qanunsuzdur. Belə ki: 1. Şikayətçi barəsində tərtib olunmuş EQ 17079746 saylı inzibati protokol və onun əsasında tərtib olunmuş 24 sentyabr 2023-cü il tarixli inzibati tənbehvermə haqqında qərar ona rəsmi təqdim olunmamışdır; 2. İnzibati xəta hadisəsinin törədilməsi zamanı idarə olunan “Mercedes Benz GLC” markalı, ** AF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin göstərilən tarixdə və saatda onun tərəfindən idarə olunmasına dair polis orqanının qənaəti qeyri-müəyyəndir. Göstərilən tarixdə və saatda həmin nəqliyyat vasitəsi onun tərəfindən idarə olunmamışdır; 3. Habelə “Mercedes Benz GLC” markalı, ** AF *** dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsi zamanı sürət həddinin aşılmasına istinad olunan yer tamamilə uydurmadır. İnzibati xətanın törədildiyi yer kimi Bakı-Şamaxı-Yevlax yolunun 129 km-liyi göstərilmişdir. Lakin onda olan məlumata görə nəqliyyat vasitəsi Bakı şəhərindən Şamaxı şəhərinə doğru hərəkətdə olmuş, Şamaxı şəhərindən kənara və ya daha uzağa keçilməmişdir. Şamaxı şəhəri isə Bakı-Şamaxı yolunun 122 km-liyində yerləşir. Yəni nəqliyyat vasitəsi elektron sistemdə qeyd olunmuş Bakı- Şamaxı-Yevlax yolunun 129 km-liyində, ümumiyyətlə, olmamışdır. Həmin vaxtda həmin yerdə olmasına dair heç bir mötəbər dəlil yoxdur; 4. Nəqliyyat vasitəsinin idarə edilməsi zamanı sürət həddi aşılmamışdır. Nəqliyyat vasitəsinin foto və video qeydiyyata alındığı ünvanda sürət həddi 60 km/saat olmamışdır; 5. Onun inzibati şikayətinə baxan yuxarı inzibati orqanlar bu halların mövcudluğunu yoxlamamış, şikayətlərinə mahiyyətinə uyğun olaraq cavab verməkdən ciddi cəhdlə çəkinmişdirlər. Buna görə də şikayətçi onun barəsində tərtib olunmuş EQ 17079746 saylı inzibati xəta haqqında protokolun və 24 sentyabr 2023-cü il tarixli inzibati tənbeh vermək haqqında qərarın qanunsuz hesab edilərək ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, qərarından şikayət verilən Azərbaycan Respublikası Baş X8 İdarəsinin nümayəndəsi məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM-in 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Qeyd olunanlara əsasən məhkəmə inzibati xəta barədə qərar qəbul etmiş Azərbaycan Respublikası Baş X8 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçinin vəkili-nümayəndəsi Vəkil şikayətin məzmununa uyğun izahat verərək bildirmişdir ki, “Mercedes Benz GLC” markalı, ** AF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X1nun bir müddət əvvəl işlədiyi şirkətin mülkiyyətində olmuşdur, şikayətçi “Mercedes Benz GLC” markalı, ** AF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini etibarnamə əsasında idarə etmişdir, lakin inzibati xəta törədildiyi zaman şirkət tərəfindən verilmiş etibarnamə şikayətçinin adına olmamışdır. Şikayətçi hal-hazırda həmin şirkətdə işləmir, EQ 17079746 saylı protokola əsasən qəbul edilmiş 24 sentyabr 2023-cü il tarixli inzibati tənbeh vermək haqqında qərara görə dəbbə pulu hesablanır. Ona görə də qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Şikayət ərizəsində olan və məhkəmə iclasında tədqiq edilmiş: EQ 17079746 saylı protokola əsasən qəbul edilmiş 24 sentyabr 2023-cü il tarixli inzibati tənbeh vermək haqqında qərara dair elektron məlumatlandırmadan görünür ki, X5 nəqliyyat vasitəsini idarə edərkən yolda müəyyən edilmiş hərəkət sürətini 48 km/saat həddində aşmışdır. Ona görə də Azərbaycan Respublikası İXM-nin 328.3-cü maddəsilə təqsirli bilinməklə 200 manat cərimə olunması qərar alınmışdır. Məhkəmədə müəyyən edilmişdir ki, inzibati xəta hadisəsinin törədilməsi zamanı idarə olunan nəqliyyat vasitəsinin göstərilən tarixdə və saatda şikayətçi tərəfindən idarə olunmasına dair heç bir mötəbər sübut təqdim edilməmişdir. Məhkəmədə həm də müəyyən edilmişdir ki, qərar qəbul olunarkən tam və obyektiv araşdırma aparılmamışdır. Ona görə də məhkəmə hesab edir ki, qərar ləğv edilməli və yenidən araşdırılması üçün Azərbaycan Respublikası Baş X8 İdarəsinə göndərilməlidir. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, şikayət qismən təmin edilməli, X3 Azərbaycan Respublikası İXM-nin 328.3-cü maddəsi ilə təqsirli bilinib, 200 manat inzibati cərimə tətbiq edilməsinə dair Azərbaycan Respublikası Baş X8 İdarəsinin EQ 17079746 saylı protokola əsasən qəbul etdiyi 24 sentyabr 2023-cü il tarixli inzibati tənbeh vermək haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün aidiyyəti üzrə səlahiyyətli orqana göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X5 barəsində EQ 17079746 saylı protokola əsasən qəbul etdiyi 24 sentyabr 2023-cü il tarixli inzibati tənbeh vermək haqqında qərar ləğv edilsin və yenidən araşdırılması üçün qərarı qəbul etmiş Azərbaycan Respublikası Baş X8 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №3(012)-2139/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2139/2023
15.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver