Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2140/2020 08.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Tağıyev Rəşad Pərviz oğlunun katibliyi, Abşeron rayon Pİ-in İTŞ-nin sahə rəisi polis mayoru X1 və inzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş, orta təhsilli, işləməyən, ailəli, əvvəllər məhkumluğu olan, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Yasamal rayonu, Vidadi küçəsi, dalan 9, ev 2-də yaşayan Şəxs barəsində Abşeron rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Şəxs xx xxxxx 2020-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “Gecə təndiri” çörək sexi ilə üzbəüz maşın təmiri sexində işləyən Zərərçəkmiş şəxs məxsus 499 manat dəyərində olan telefonu sexə daxil olaraq gizli yolla oğurlamışdır. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib etmiş, Abşeron rayon Pİ-in İTŞ-nin sahə rəisi polis mayoru X2 verdiyi izahatında göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti, ev 185-də yaşayan Zərərçəkmiş şəxs xx.xx.2020-ci il tarixdə polis idarəsinə ərizə ilə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “Gəncə təndiri” çörək sexi ilə üzbəüz maşın təmiri sexində işləyərkən sexə daxil olan naməlum şəxs tərəfindən kompyuterin üstünə qoyduğu 449 manat dəyərində olan Samsung A50 markalı telefonunun oğurlandığını bildirmişdir. Həmin şikayət əsasında Abşeron rayon Pİ-də araşdırma aparılmış, qeyd olunan oğurluğun Şəxs tərəfindən törədildiyi müəyyən edilmişdir. Rayon Pİ-nin İŞ-də araşdırma aparılmış, cinayət işinin başlanmasının rədd olunması haqqında qərara əsasən Şəxs əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi üçün İTŞ-nə göndərilmişdir. Bununla əlaqədar araşdırma aparılmış, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati protokol tərtib etmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs verdiyi izahatında göstərmişdir ki, qeyd olunan oğurluğu törətmişdir. Həmin telefonu 30 manata tanımadığı şəxsə sataraq narkotik almışdır. Oğurluq etməsinin səbəbi mütəmadi olaraq narkotik qəbul etməsi olmuşdur. Məhkəməyə təqdim edilmiş inzibati qaydada tutma haqqında AZA 022105 №-li protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə, saat 20:30-da inzibati qaydada tutulmuşdur. Məhkəmədə Şəxs göstərilən inzibati xətanı törətməkdə təqsirli olması özünün izahatı, cinayət işinin başlanmasının rədd olunması haqqında qərarları və işdə olan digər sübutlarla təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, törətdiyi inzibati xətaya görə Şəxs barəsində inzibati tənbeh tətbiq edilməlidir. İnzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal yoxdur. Məhkəmə, Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halı nəzərə alaraq, hesab edir ki, ona ictimai işlər cəzası təyin edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrinin rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 160 (yüz altmış) saatadək ictimai işlər cəzası təyin olunsun. İnzibati qaydada tutulmuş Şəxs dərhal məhkəmə zalında azad edilsin. Qərarın icrası Bakı şəhəri, Yasamal İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-2140/2020
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2140/2020
08.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver