Məhkəmə qərarları › İş №3(012)-2140/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2140/2023

15.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2140/2023 15.12.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Şikayətçinin vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, X4 Azərbaycan Respublikası Baş X11 İdarəsi tərəfindən EQ 17221387 saylı protokola əsasən qəbul edilmiş 01 oktyabr 2023-cü il tarixli inzibati tənbeh vermək haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Baş X11 İdarəsinin EQ 17221387 saylı protokola əsasən qəbul etdiyi 01 oktyabr 2023-cü il tarixli inzibati tənbeh vermək haqqında qərarına əsasən X2 Xətalar Məcəlləsinin 329.1-ci maddəsi ilə təqsirli bilinərək 40 (qırx) manat məbləğində cərimə edilmişdir. X1 şikayət verərək qərarın ləğv edilməsini, onun əməlində İXM-nin 329.1-ci maddəsinin tərkibi olmadığından başlanmış icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. X1 şikayətini onunla əsaslandırmışdır ki, bu yaxınlarda SMS vasitəsilə aldığı məlumata görə EQ17221387 saylı inzibati xəta haqqında protokola əsasən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsi ilə 40 manat məbləğində cərimə tətbiq olunmuşdur. Barəsində tərtib olunmuş inzibati xəta haqqında protokoldan Azərbaycan Respublikası Baş X12 İdarəsinə, Bakı Şəhər Baş Polis İdarəsinin X12 İdarəsinə şikayət etmiş, lakin şikayətə baxılmasının nəticəsi barədə bu günədək ona məlumat verilməmişdir. Bu səbəbdən barəsində tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərardan məhkəməyə şikayət etmək zərurəti yaranmışdır. Aşağıdakılara əsasən, barəsində tərtib olunmuş EQ 17221387 saylı inzibati protokol və onun əsasında tərtib olunmuş 01 oktyabr 2023-cü il tarixli inzibati tənbehvermə haqqında qərar əsassız və qanunsuzdur. Belə ki: 1. Şikayətçi barəsində tərtib olunmuş EQ 17221387 saylı inzibati protokol və onun əsasında tərtib olunmuş 01 oktyabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ona rəsmi təqdim olunmamışdır; 2. İnzibati xəta hadisəsinin törədilməsi zamanı idarə olunan “Mercedes Benz GLC” markalı, ** AF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin göstərilən tarixdə və saatda onun tərəfindən idarə olunmasına dair polis orqanının qənaəti qeyrimüəyyəndir. Göstərilən tarixdə və saatda həmin nəqliyyat vasitəsi onun tərəfindən idarə olunmamış, hər hansı inzibati xəta hadisəsi törədilməmişdir. Buna görə də şikayətçi onun barəsində tərtib olunmuş EQ 17221387 saylı inzibati xəta haqqında protokolun və 01 oktyabr 2023cü il tarixli inzibati tənbeh vermək haqqında qərarın qanunsuz hesab edilərək ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, qərarından şikayət verilən Azərbaycan Respublikası Baş X11 İdarəsinin nümayəndəsi məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM-in 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Qeyd olunanlara əsasən məhkəmə inzibati xəta barədə qərar qəbul etmiş Azərbaycan Respublikası Baş X11 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçinin vəkili-nümayəndəsi Vəkil şikayətin məzmununa uyğun izahat verərək Azərbaycan Respublikası Baş X11 İdarəsinin EQ 17221387 saylı protokola əsasən qəbul etdiyi 01 oktyabr 2023-cü il tarixli inzibati tənbeh vermək haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Şikayət ərizəsində olan və məhkəmə iclasında tədqiq edilmiş: "xxxx" X7 tərəfindən verilmiş 01 iyul 2023-cü il tarixli etibarnamədən görünür ki, "xxxx" X3 məxsus “Mercedes Benz GLC” markalı, ** AF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 2 ay müddətində - 01 sentyabr 2023-cü il tarixədək X6 etibar etmişdir. EQ 17221387 saylı protokola əsasən qəbul edilmiş 01 oktyabr 2023-cü il tarixli inzibati tənbeh vermək haqqında qərara dair elektron məlumatlandırmadan görünür ki, X8 təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etmişdir. Ona görə də Azərbaycan Respublikası İXM-nin 329.1-ci maddəsilə təqsirli bilinməklə 40 manat cərimə olunması qərar alınmışdır. Məhkəmədə müəyyən edilmişdir ki, inzibati xəta hadisəsinin törədilməsi zamanı idarə olunan nəqliyyat vasitəsinin göstərilən tarixdə və saatda şikayətçi tərəfindən idarə olunmasına dair heç bir mötəbər sübut təqdim edilməmişdir. Məhkəmədə həm də müəyyən edilmişdir ki, qərar qəbul olunarkən tam və obyektiv araşdırma aparılmamışdır. Ona görə də məhkəmə hesab edir ki, qərar ləğv edilməli və yenidən araşdırılması üçün Azərbaycan Respublikası Baş X11 İdarəsinə göndərilməlidir. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, şikayət qismən təmin edilməli, X4 Azərbaycan Respublikası İXM-nin 329.1-ci maddəsi ilə təqsirli bilinib, 200 manat inzibati cərimə tətbiq edilməsinə dair Azərbaycan Respublikası Baş X11 İdarəsinin EQ 17221387 saylı protokola əsasən qəbul etdiyi 01 oktyabr 2023-cü il tarixli inzibati tənbeh vermək haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün aidiyyəti üzrə səlahiyyətli orqana göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X8 barəsində EQ 17221387 saylı protokola əsasən qəbul etdiyi 01 oktyabr 2023-cü il tarixli inzibati tənbeh vermək haqqında qərar ləğv edilsin və yenidən araşdırılması üçün qərarı qəbul etmiş Azərbaycan Respublikası Baş X11 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar