Məhkəmə qərarları › İş №3(012)-2143/2023

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-2143/2023

27.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-2143/2023 27.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən Abşeron rayon Məhkəməsinin hakim Qasımov Abusət Sahibb oğlu X2 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi Şöbəsinin tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq/, MÜƏYYƏN ETDİM: X4 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi Şöbəsinin tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, sözügedən qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahş etmişdir. İşin baxılmağa hazırlanması zamanı müəyyən edilmişdir ki, X4 barəsində inzibati xəta haqqında qərar xx.xx.2023-cü il tarixdə qəbul edilsə də, həmin qərardan şikayət 22 noyabr 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İş materiallarından göründüyü kimi, X4 barəsində qəbul edilmiş qərarı xx.xx.2023-cü il tarixdə almasını qeyd etməsinə baxmayaraq qərarı rəsmi qaydada nə vaxt almasına dair sənədi şikayətə əlavə etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə görə bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 3 may 2019-cu il tarixli qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apelyasiya şikayəti vermək hüququ istisna edilir. Göründüyü kimi şikayətçi X1 orqan tərəfindən çıxarılmış qərarı prosessual qanunvericilikdə nəzərdə tutulmuş müddət keçdikdən və həmin qərar qanuni qüvvəyə mindikdən sonra mübahisələndirmiş, lakin şikayətinə müddətin bərpasına dair vəsatəti əlavə etməmiş və bunun üçün üzrlü səbəblər barədə sübutlar təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə qərardan X4 tərəfindən verilmiş şikayət geri qaytarılmalı, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra zəruri olarsa müddətin bərpa edilməsinə dair vəsatətlə məhkəməyə müraciət etmə hüququ izah olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-cu maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verilmiş şikayət geri qaytarılsın. X3 qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra adiyyatı üzrə məhkəməyə müraciət etmə hüququ izah olunsun. Qərardaddan apellyasiya şikayəti verilə bilməz. Sədrlik edən: Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar