Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2144/2024 09.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ X1, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, Saray PB-nin polis sahə rəisi, polis mayoru X2, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili X3 iştirakı ilə, xx.xx.1986-cı il tarixdə Astraxan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Abşeron rayon Polis İdarəsinin Saray Polis Bölməsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 535.1-ci maddəsilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında tərtib edilmiş MN ******* saylı, xx.xx.2024-cü il tarixli protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında Saray PB-nin polis sahə rəisi, polis mayoru X4 bildirdi ki, Şəxs xx.xx.2024-cü il tarixində Saray qəsəbəsində Mor-mor adlı restoranda yeyib içib səs-küy salmış polis əməkdaşlarına tabesizlik göstərmişdir. Məhkəmə iclasında Şəxs izahat verərək bildirdi ki, hadisə barədə heç nə xatırlamır, dünən gecə tutulmuşdur. Gündəlik həyatda içki içmir, içki aludəçisi deyil, hansı vəziyyətdə, kimlə içki içdiyini xatırlamır. Dünən səhər işdə idi, axşam evə getmək üçün Şamaxinka adlanan ərazidən manatlıq taksiyə minmiş, sonrasını isə xatırlamır. Fəhlə işləyir. Əməlindən peşmandır. Evlidir, iki azyaşlı övladı var. Dəymiş zərəri ödəməyə, polis bölməsinin bütün işçilərindən üzr istəməyə hazır olduğunu, ona cərimə cəzasının təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında müdafiəçi X8 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində tərtib olunmuş protokolun rədd edilməsini xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, işdə iştirak edən şəxsləri dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə 1-ci çağırışlı avtopatrul ilə Saray qəsəbəsində saat 00 10-dan xidmətə başlamışlar. Xidmətdə olan zaman saat təxminən 00 20 radələrində Saray qəsəbəsində yerləşən təzə yol adlanan ərazidə yol kənarında yerləşən “Mor-Mor” kafesinin qarşısında bir nəfər şəxs onlara əl edərək saxladıb kafenin içərisində 2 nəfər vətəndaşın aşırı dərəcədə içkili olduğunu və Mor-Mor kafesində olan qabları qıraraq orada olan vətəndaşların üzərinə hücum çəkdiyini və uca səslə nalayiq sözlər və təhqirlər etdiyini bildirdi Onlar dərhal həmin vətəndaşlara yaxınlaşıb özlərini təqdim edib vətəndaşları dəfələrlə mühim nizam-intizama dəvət etsələr də onların tələblərinə məhəl qoymayaraq öz əməllərini yenə də davam etdirdilər. Həmin vətəndaşları Saray PB-nə dəvət etsələr də onların tələbə kobudca qoymayaraq onların übvanına nalayiq, təhqiredici sözlər vəşəxsiyyətlərini alçaldacaq ifadələr işlədərək və onlara əl-qol ataraq tabesizlik göstərək avtopatrula əyləşmədilər. Həmin vətəndaşlar onlara kobudcasına tabesizlik və müqavimət göstərdiklərinə görə vətəndaşlara fiziki güc tətbiq edərək avtopatrula əyləşdirib Saray PB-nə gətirdilər.Saray PB-də vətəndaşları avtopatruldan düşürən zaman biri bilərəkdən 9681 çağırışlı avtopatrulun sağ orta şüşəsinə başla zərbə yetirərək şüşəni qırmış arxa qapıya dəfələrlə təpik zərbələri yetirərək ciddi zərər vermis və polis serjantı X9 vətəndaşın belə hərəkətlərinin qarşısını almaq məqsədi ilə müdaxilə edərəkən həmin vətəndaş Cabbarov Kənanın sol əlinə təpik zərbəsi yetirərək xəsarət yetirmişdir. N/H-də məlum olmuşdur ki, həmin şəxs Şəxs (xx.xx.1986-cı il təvəllüdlü) və X5r. (xx.xx.1967-ci il təvəllüdlür) İş materiallarında olan tutma protokolundan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə 02:00 radələrində tutulmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən törətdiyi əməli səmimi etiraf etməsini və əməlindən peşmançılıq çəkməsini Şəxs məsuliyyətini yüngülləşdirən hallar hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs cərimə növündə tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 03 saat olmaqla, cəmi 18 manat pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili X6 Azərbaycan Respublikasının Dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 150 (bir yüz əlli) manat inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 03 saat olmaqla, cəmi 18 manat pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili X6 Azərbaycan Respublikasının Dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın icrası Abşeron Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X15
Məhkəmə qərarları › İş №3(012)-2144/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2144/2024
09.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver