Məhkəmə qərarları › İş №3(012)-2150/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2150/2024

10.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2150/2024 10.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, İnzibati xəta haqqında protokol Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi, polis kapitanı X4, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1979-cu il tarixdə Tovuz rayonu, Əsrikcırdaxan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 yaşayış evində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Abşeron Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuş 10 oktyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 18:00 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Z.Əliyeva küçəsində Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 döymüşdür. Məhkəmə iclasında Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi, polis kapitanı X10 bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 18 radələrində Abşeron rayonu Masazır qəsəbəsi, Z.Əliyev küçəsində X8 və X2 Zərərçəkmiş şəxs2 övladı Tunarın şalvarını aşağı dartması ilə əlaqədar aralarında münaqişə yaranmış münaqişə zamanı Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 Coy və Əli qardaşlarının müxtəlif yerlərinə vuraraq onlara xəsarət yetirmiş, həmin vaxt Coy və Əlinin anası Şəxs mübahisəyə müdaxilə etmiş, Vəfa, Lalə və Nigar Mehribana, Mehriban isə Vəfa və Nigara dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmişdir. Hadisə zamanı ictimai qaydanın kobud surətdə pozulması halı baş verməmiş, hadisə şəxsi münasibətlər zəmnində baş vermiş və qısa müddətdə başa çatmışdır. Toplanmış material üzrə cinayətin tərkibi yaranmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, lakin Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Şəxs əməllərində Azərbaycan Respubilkası İXM-nin 157-ci maddəsinin tərkib əlamətləri olduğundan barələrində inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Abşeron RPİ-nin İctimai təhlükəsizlik şöbəsinə göndərilmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş “döymə və fiziki ağrı yetirmə” növündə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, etdiyi əməldə özünü təqsirli bilmir. Özü tək valideyndir, iki uşağı təkbaşına böyüdür. Qurban bayramı günü evdə qonaqları olarkən kiçik oğlu Coy gəlib böyük oğlu Əlinin döyüldüyünü bildirmişdir. Qonaqları evdə qoyaraq oğlu ilə birlikdə hadisə yerinə getmişdir. Oğlu qorxudan qaçıb çıxıb getmişdir. X5 onun oğlunu döymüş, şalvarını aşağı çəkərək hədələmişdir. Baş verənlərin səbəbini soruşarkən üç nəfər qadın onun üstünə gələrək saçından tutmuşlar, həmin vaxt ürəyi getmiş, yıxılmışdır. Ayıldıqdan sonra evə gələrək polisə zəng etmişdir. Olan hadisədən oğlu güclü həyəcan keçirmişdir. Araşdırma aparılsa da, X5ın adı çəkilməmişdir. Sonda o, hal –hazırda barışdıqlarını bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 izahatında göstərdi ki, Qurban bayramı günü nəvələri ona yaxınlaşıb Coy və Əli adında qardaşların ona qarşı əxlaqsız təkliflər edərək, şalvarını aşağı çəkdiyini demişdir. Həmin vaxt qızı Ləman əsəbiləşmiş, uşağa yaxınlaşıb onu qorxutmuşdur ki, polisə verəcəklər. Uşağın valideyni onların üstünə nalayiq söyüşlər işlədərək gələndə qızını vuracağını fikirləşərək onun qabağına çıxmışdır. Aralarında qarşılıqlı dava düşmüş, bacısı onları ayırmaq istəyərkən, Mehriban özünü yerə yıxmışdır. Hadisə zamanı onun ağızı cırılmışdır. Sonda o, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışdığını bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 izahatında göstərdi ki, Mehriban ilə heç bir qohumluq münasibətləri yoxdur. Qurban bayramı günü bacısı ilə qapının yanında duraraq uşaqları dükana göndərmişlər. Qonşuların içində Coy adında qonşu uşağı onun qızının paltarını aşağı çəkmişdir. O da bir valideyn kimi Coya yaxınlaşaraq irdını bildirmiş, qorxutmuşdur ki, onu polisə verəcəkdir. Həmin vaxt Coy özünü yerə yıxaraq qışqırmış, qaçıb getmişdir. Sonra anası gəlmiş, aralarında mübahisə baş vermişdir. Sonda o, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışdığını bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin zərərçəkənlərlə barışması əsası ilə iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilmədir. İş materiallarında olan və məhkəmə zamanı tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X6” X13 xx.xx.2024-cü il tarixli 1466 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 Vaqil qızı tibbi müayinəsi zamanı müəyyən edilmişdir ki, başın alın nahiyəsinin səthi travması və sırığı, belin cızılmış yarası küt əşyanın təsirindən törənmişdir və qərarda göstərilən vaxtda yəni xx.xx.2024-cü il tarixdə dava dalaş nəticəsində əmələ gələ bilər və sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcələri təyin edilmir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X6” X13 xx.xx.2024-cü il tarixli 1520 saylı rəyindən görünür ki, X1 tibbi müayinəsi zamanı müəyyən edilmişdir ki, bədəni üzərində, yanağın sıyrığı xəsarəti vardır həmin xəsarət küt əşyanın təsirindən törənmişdir və qərarda göstərilən vaxtda yəni xx.xx.2024-cü il tarixdə dava dalaş nəticəsində əmələ gələ bilər və sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcələri təyin edilmir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X6” X13 xx.xx.2024-cü il tarixli 1321 saylı rəyində X2 tibbi müayinəsi zamanı bədən səthində aşkar edilmiş xəsarətlər said səthinin travması, qarın nahiyəsinin cızılmış yarası, qarın və sol said nahiyəsinin sıyrıqları küt əşyanın təsirindən törənmişdir və qərarda göstərilən vaxtda yəni xx.xx.2024-cü il tarixdə dava dalaş nəticəsində əmələ gələ bilər və sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcələri təyin edilmir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X6” X13 xx.xx.2024-cü il tarixli 1322 saylı rəyində X3 tibbi müayinəsi zamanı bədən səthində aşkar edilmiş xəsarətlər boyun səthinin travması, kürək nahiyəsində cızılmışyara, sol kürək və boyun nahiyəsinin sıyrıqları küt əşyanın təsirindən törənmişdir və qərarda göstərilən vaxtda yəni xx.xx.2024-cü il tarixdə dava dalaş nəticəsində əmələ gələ bilər və sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcələri təyin edilmir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X6” X13 xx.xx.2024-cü il tarixli 1320 saylı rəyində Şəxs tibbi müayinəsi zamanı bədən səthində açkar edilmiş xəsarətlər gövdənin səthi travması, bel nahiyəsində cızılmış yara sol said nahiyələrinin qançırları, bel nahiyəsinin sol yarsının sıyrığı küt əşya təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə dava dalaş nəticəsində əmələ gələ bilər və sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcələri təyin edilmir. Cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Abşeron rayonu Masazır qəsəbəsi, Babək küçəsi, ev 12 də yaşayan Zərərçəkmiş şəxs2, Abşeron rayonu Masazır qəsəbə sakini Şəxs müraciət etməsi faktı əsasında toplanmış materialda cinayət tərkibi yaranmadığından material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Şəxs barələrində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Abşeron RPİ-nin İTŞ-nə göndərilməsi qərara alınmışdır. Bundan sonra Şəxs barəsində xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokolu tərtib olunmuşdur. Beləliklə, işin təsvir edilmiş hallarından göründüyü kimi, Şəxs xx.xx.2024-cü il tarixdə aralarında baş vermiş mübahisə zamanı qonşuları Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 Sahib qızını döymüşdür. Onun əməli İXM-nin 157-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin dispozisiyasına görə, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri özünün etirafı, zərərçəkmiş şəxslərin, eləcə də inzibati xəta haqqında müvafiq protokolu tərtib etmiş Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi, polis kapitanı X4 ifadəsi, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə əsasən, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Eyni zamanda, həmin Məcəllənin 53-cü maddəsində göstərilir ki, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxsin zərərçəkmiş şəxslə barışması inzibati xəta haqqında iş üzrə icraatı rədd edən haldır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs törətmiş olduğu məlum inzibati xəta Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yaratsa da, zərərçəkmiş şəxslərlə barışığın əldə olunması iş üzrə başlanmış inzibati icraata xitam verilməsi üçün əsasdır. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materialları ilə tanış olmaqla birlikdə məhkəmədə iştirak etdiyi müddət 4 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla dövlət büdcəsinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinsin, iş üzrə icraata zərərçəkmiş şəxslərlə barışması əsası ilə iş üzrə icraata xitam verilsin. Şəxs inzibati məsuliyyətdən azad edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 4 iş saatı hüquqi yardım göstərdiyinə görə Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil müvafiq olaraq 24 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar