Məhkəmə qərarları › İş №3(012)-2151/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2151/2023

21.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2151/2023 21.12.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Cəmilə Səfiyeva İbrahim qızının sədrliyi, Məhkəmə iclasının katibi Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi X1 iştirakı ilə, Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 464-cü maddəsi ilə tərtib olunmuş MN1918327 nömrəli, xx.xx.2023-cü il tarixli daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 464-cü maddəsi ilə tərtib olunmuş MN1918327 nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə proses iştirakçılarına xəbərdarlıq edilmiş, Şəxs MMC-nin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi X2 izahatında bildirdi ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 464-cü maddəsi ilə tərtib olunmuş MN1918327 nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Təşkilatın 2021-ci il üzrə illik maliyyə hesabatlarının auditinin keçirilməsi ilə əlaqədar auditor rəyini mövcud olduğu təqdirdə qeyd olunan tarixədək bildirişdə göstərilən emailə göndərmək lazım idi. Buna baxmayaraq belə rəy daxil olmamışdır. İş materiallarından məlum olur ki, AZ0100, ünvan 1 ünvanında fəaliyyət göstərən EMV GROUP MMC (VÖEN- **********) tərəfindən 2021-ci il üzrə maliyyə hesabatlarının auditinin 2022-ci ildə qanunla nəzərdə tutulmuş hallarda həyata keçirilməməsi ilə əlaqədar məcburi auditdən yayınmağa görə inzibati xəta haqqında işə 14 noyabr 2023-cü il tarixdə saat 12 00-da Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsində baxılacağı ilə əlaqədar bildiriş göndərilmişdir. Şəxs MMC-yə inzibati xəta haqqında işin baxılması barədə 13 oktyabr 2023-cü il tarixdə, 3-23/2-5613/2023 saylı bildiriş göndərilmiş, təşkilatın 2021-ci il üzrə illik maliyyə hesabatlarının auditinin keçirilməsi ilə əlaqədar auditor rəyini mövcud olduğu təqdirdə qeyd olunan tarixədək bildirişdə göstərilən emailə göndərmək lazım idi. Buna baxmayaraq belə rəy daxil olmamışdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə - vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən Şəxs MMC-yə inzibati xəta haqqında işin baxılması barədə 13 oktyabr 2023-cü il tarixdə, 3-23/2-5613/2023 saylı bildiriş göndərilmiş, təşkilatın 2021-ci il üzrə illik maliyyə hesabatlarının auditinin keçirilməsi ilə əlaqədar auditor rəyini mövcud olduğu təqdirdə qeyd olunan tarixədək bildirişdə göstərilən emailə göndərmək lazım idi. Buna baxmayaraq belə rəy daxil olmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40-cı, 43-cü, 48-50ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq Qərara aldım: Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 464-cü maddəsi ilə təqsirli bilinsin və 1500 manat məbəğində cərimə olunsun. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi:Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar