Məhkəmə qərarları › İş №3(012)-2151/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2151/2025

30.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2151/2025 30.09.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Həsənov Vaqif İskəndər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Nəsibov Fərid Fərman oğlunun katibliyi Protokol tərtib edən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi orqanın nümayəndəsi: yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarət Xidmətinin 02 saylı Abşeron-Xızı Regional Bölməsinin nümayəndəsi Nümayəndə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi və vəkili: hüquqi şəxsin nümayəndəsi: Vəkil iştirakı ilə Şəxs (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və olan əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidmətinin 02 saylı X2 tərəfindən Şəxs (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən 02 sentyabr 2025-ci il tarixdə ünvan 1 ünvanında fəaliyyət göstərən Şəxs MMC-də formalaşan tullantı suları heç bir təmizlənmə prosesindən keçmədən birbaşa Daşagil gölünə axıdılması faktı aşkar olunmuşdur. Məhkəmə iclasında iştirak edən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi orqanın nümayəndəsi yanında Suların İstifadəsinə və X3 Xidmətinin 02 saylı X1 nümayəndəsi Nümayəndə protokolu müdafiə edərək bildirdi ki, keçirilən monitorinq zamanı ünvan 1 ünvanında fəaliyyət göstərən Şəxs MMC-də formalaşan tullantı suları heç bir təmizlənmə prosesindən keçmədən birbaşa Daşagil gölünə axıdılması faktı aşkarlanmış, bununla da Şəxs MMC Azərbaycan Respublikası İXM-in 264.0.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Odur ki, izahatında göstərilən halların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, özlərini nzibati xətanın törədilməsində təqsirli bilmirlər. Belə ki, “X5” ilə Şəxs MMC arasında bağlanmış müqaviləyə əsasən icraçı 01 aprel 2025-ci il tarixdən etibarən 01 aprel 2028-ci il tarixədək sifarişçiyə məxsus obyektlərdə yaranan çirkab sularının mütəmadi olaraq çəkilməsi və xüusi nəqliyyat vasitəsi ilə müvafiq tullantı yerlərinə daşınması xidmətinin göstərilməsi ilə əlaqədar öhdəlikləri müəyyən olunmuşdur. 02 sentyabr 2025-ci il tarixdə tərtib edilmiş protokolda qeyd edilənlər həqiqəti əks etdirmir. MMC-nin hərəkətlərində inzibati xəta tərkibi olmadığı üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:

1. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidmətinin 02 saylı X2 tərəfindən 05 sentyabr 2025-ci il tarixli, MN ******* saylı protokoldan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs (VÖEN: **********) MMC-nin fəaliyyəti zamanı formalaşan tullantı suları təmizləmə prosesi aparılmadan Daşagil gölünə axıdılmasına yol vermişdir.

2. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidmətinin 02 saylı X2 tərəfindən verilmiş 000446 №li, 02 sentyabr 2025-ci il tarixli aktdan görünür ki, su qanunvericiliyinin tələblərinə riayət olunmaması ilə bağlı keçirilən monitorinq zamanı Şəxs (VÖEN: **********) barəsində formalaşan tullantı sularının birbaşa təmizlənmə prosesi aparılmadan Daşagil gölünə axıdılması müəyyən edilmiş və bununla da epidemloji tələblərin qaydasının pozulması müəyyən edilmiş və bununla bağlı akt tərtib edilmişdir.

3. İşdə olan 02 sentyabr 2025-ci il tarixli, inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərardaddan görünür ki, 000446 nömrəli 02 sentyabr 2025-ci il tarixli akt və toplanmış material üzrə Azərbaycan Respublikası İXM-nın 264.0.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır.

4. “X5” ilə Şəxs MMC arasında bağlanmış müqaviləyə əsasən icraçı 01 aprel 2025-ci il tarixdən etibarən 01 aprel 2028-ci il tarixədək sifarişçiyə məxsus obyektlərdə yaranan çirkab sularının mütəmadi olaraq çəkilməsi və xüusi nəqliyyat vasitəsi ilə müvafiq tullantı yerlərinə daşınması xidmətinin göstərilməsi ilə əlaqədar öhdəlikləri müəyyən olunmuşdur.

Məhkəmə barəində inzibati icraat aparılan hüquqi şəxsin nümayəndəsini dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri mövcud deyildir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 264.0.1-ci maddəsinə əsasən su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsinə görə fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Su Məcəlləsinin: 1-ci maddəsinə əsasən su obyekti dedikdə, relyef formasına uyğun olaraq yerin üstündə və ya yerin təkində suların toplandığı sərhədləri, ölçüləri və xüsusi su rejimi əlamətləri olan təbii formalaşmış landşaft, yaxud geoloji struktur nəzərdə tutulur. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən kanalizasiya sistemi- yaşayış məntəqəsində və ya sənaye müəssisələrinin fəaliyyəti nəticəsində əmələ gələn tullantı sularını tullantı təmizləyən məntəqəyə nəql etdirən şəbəkədir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi 37 nömrəli, 07 aprel 2009-cu il tarixli əmri ilə təsdiq olunmuş Tibb müəssisələrində sanitariya-epidemioloji tələblərə dair Qaydaların 8.2-ci bəndinə əsasən tibb müəssisələrində yaranan çirkab suların təmizlənməsi və zərərsizləşdirilməsi, çirkab suların səmərəli zərərsizləşdirilməsini təmin edən mərkəzləşdirilmiş və ya digər tipli kanalizasiya təmizləyici qurğularında həyata keçirilir. Bu qurğular olmadığı zaman tibb müəssisələrinin çirkab suları lokal təmizləyici qurğularda tam bioloji təmizlik mərhələsi keçdikdən sonra zərərsizləşdirilməli və kənarlaşdırılmalıdır. Yoluxucu xəstəliklər və vərəm təyinatlı tibb müəssisələrinin (şöbələrin) çirkab suları xarici kanalizasiya sisteminə atılmazdan əvvəl mütləq zərərsizləşdirilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə inzibati xəta tərkibi müəyyən edilmir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına əsasən məhkəmə qeyd edir ki, “X5” ilə Şəxs MMC arasında müqavilə bağlanmış və həmin müqaviləyə əsasən icraçının 01 aprel 2025-ci il tarixdən etibarən 01 aprel 2028-ci il tarixədək sifarişçiyə məxsus obyektlərdə yaranan çirkab sularının mütəmadi olaraq çəkilməsi və xüusi nəqliyyat vasitəsi ilə müvafiq tullantı yerlərinə daşınması xidmətinin göstərilməsi ilə əlaqədar öhdəlikləri müəyyən olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.1.2–ci maddəsində isə göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Beləliklə, məhkəmə proes iştirakçılarının izahatlarını və iş materialında olan digər sübutları nəzərə alaraq belə nəticəyə gəlir ki, inzibati xəta tərkibini yaradan halların yaranmasına səbəb olan hərəkətlər və ya hərəkətsizlik və ya bu fəaliyyətin həyata keçirilməsində Şəxs MMC-nin birbaşa iştirakı, yaxud qanunla müəyyən edilmiş tələblərin pozulmasında təqsiri müəyyən edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, Şəxs MMC-nin məsuliyyətə cəlb edilməsi üçün hüquqi əsas yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə R A R A A L D İ:

Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən xitam verilsin. Qərardan işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Abşeron Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar