Məhkəmə qərarları › İş №3(012)-2152/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2152/2024

10.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2152/2024 10.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ X14 Ənvər qızının sədrliyi, Hacıyev Xalid Nazim oğlunun katibliyi ilə İnzibati tənbeh vermə barədə protokol tərtib etmiş şəxs Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi, polis kapitanı X5, Zərərçəkmiş şəxs2, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili X9 iştirakları ilə, xx.xx.1977-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair Abşeron Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs nun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xətanı törətməsi haqqında Abşeron RPİ-nin Qobu PB-nin sahə rəisi, polis kapitanı X10 tərəfindən tərtib edilmiş MN ******* nömrəli protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi, polis kapitanı X10 izahat verərək bildirdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi, Z.Əliyeva küçəsində saat 18 radələrində X1 və onun övladları X7 və X4 döymüşdür. Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1, Şəxs və Zərərçəkmiş şəxs2 aralarında mübahisə yaranmış, bir-birlərinə xəsarət yetirmişlər. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında törətdiyi inzibati xətada özünü təqsirli bilərək izahatında göstərdi ki, Qurban bayramında bacısı gildə qalmışdır.Bacısı oğlu Tunara qarşı Əli adlı şəxs əxlaqsız təkliflər edərək onun şalvarını aşağı dartdığına görə Əli və Con qardaşlarına nə səbəbə belə etdiklərinə görə bacısı ilə birlikdə iradını bildirdikdə onlar ağlamağa başlamış, həmin vaxt Con və Əlinin anası Mehriban bayıra çıxaraq ünvanlarına nalayiq söyüş verməklə Vəfanın saçından tutub dartmış, həmin vaxt araya girib onları ayırmış və Mehribana iradını bildirdikdə Mehriban üzərlərinə hücum etmişdir. O, hazırda zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ilə barışmışdır. Zərərçəkmiş şəxs2 məhkəmə iclasında çıxış edərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə yaşadığı mənzildə olarkən azyaşlı oğlu Coy gələrək “ana məni tanımadığım 3 qadın döydü” dediyi üçün dərhal küçəyə çıxmış və digər oğlu Əlinin küçədə sonradan adlarını bildiyi Vəfa, Nigar və Lalə adlı şəxslər tərəfindən döyüldüyünü görüb onlara iradını bildirmişdir. Həmin vaxt həmin şəxslər ünvanına nalayiq söyüşlər deyərək üzərinə hücum çəkərək bədəninin müxtəlif yerlərinə vuraraq yerə yıxmaqla xəsarət yetirmişdir. Həmin şəxslər tərəfindən döyüldüyü üçün özü və iki az yaşlı övladları xəsarət almışdır. Şəxs ilə barışmışdır, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X2 məhkəmə iclasında çıxış edərək, hüquqlarını müdafiə etdiyi Şəxs ilə Zərərçəkmiş şəxs2 arasında barışıq əldə edildiyindən, iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli 1320 saylı ekspert rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs2 bədən səthində aşkar edilmiş xəsarətlər –gövdənin səthi travması,bel nahiyəsində cızılmış yara sol said nahiyələrinin qançırları, bel nahiyəsinin sol yarısınəın sıyrığı küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdilər, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin olunmur. 2.08.2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, Abşeron rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı X11 tərəfindən Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 müraciətləri əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1, Şəxs və Zərərçəkmiş şəxs2 barələrində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tədbirlərinin görülməsi üçün qərarın surəti Abşeron RPİ-nin İTŞ-nə göndərilmişdir. Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, o, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmış, ona görə də İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati işə xitam verilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, Zərərçəkmiş şəxs2 ilə barışmış, ona görə də barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati işə xitam verilməsini xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, inzibati xəta haqqında protokolu. ona əlavə olunmuş sənədləri araşdırıb, barışıq ərizəsinin zərərçəkmiş şəxsin şəxsən özü tərəfindən təqdim olunmasına əmin olub hesаb edir ki, Şəxs barəsində İXM-in 157-ci mаddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. 53.1.9-cu maddəsinə əsasən, Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Aparılmış məhkəmə araşdırması zamanı Şəxs tərəfindən Zərərçəkmiş şəxs2 və onun övladları X8 və X6 döymə hərəkəti ilə qəsdən fiziki ağrı yetirməsi iş materiallarına əlavə edilmiş inzibati xəta haqqında protokolla, ekspertin vermiş olduğu rəylə və digər sübutların bir-biri ilə müqayisəli şəkildə tədqiqi nəticəsində öz təsdiqini tapmışdır. Beləliklə məhkəmə Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkib əlamətləri müəyyən edilsə də, tərəflər arasında barışıq əldə olunması hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsi üçün əsasdır. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 03 saat olmaqla, cəmi 18 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili X12 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməldir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 03 saat olmaqla, cəmi 18 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili X12 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. X17

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar